Qurban
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ac toyuq leyin ilk qurbanı olur. Fin atalar sözləri
- Acgöz şaman iki qurban yerinə tələsər və ikisinə də gecikər. Monqol atalar sözləri
- Aciz, köməksiz insanlar maraqlı xüsusiyyətə malikdirlər. Onlar milçəklərin qonduğu havayı bal kimidir. Onlara heç kim heç nə vermir, amma onlardan çox şey alırlar. Mülayim, güzəştə gedən, şəxsi mənfəət güdməyən insan həmişə kütlənin qurbanı olur. İnsanlar onların xeyirxahlığını və acizliyini uzaqdan hiss edirlər. Teodor Drayzer
- Ağıl və bilik uğrunda hər şeyi qurban verməyə hazır olan adam heç şey itirməz. Epiktet
- Аsiyаlı və аvrоpаlı əcdаdlаrımızdаn bizə irs qаlаn irqi, mədəni, əxlаqi və sоsiаl kоnsеpsiyаlаr həmvətənlərimizə, оnlаrın istеdаd və rifаhınа hörmətdən kеçməklə hər şеyi qəbul еtməli və еhtirаm göstərməlidir. Pirаmidаnı öz şəxsi şərəfin üzərində qurmаq yоlvеrilməzdir. Nə qədər ki, biz şəxsi və milli аdətlərimizi möhkəm sаxlаyırıq, bizim həyаt еnеrjimizi sümürən təmtərаqlı özünüsеvmə оyunlаrının qurbаnı оlmаmаlıyıq. Atilla
B
[redaktə]- Başqalarını xoşbəxt etmək üçün öz səadətini qurban verən adam xoşbəxtdir. Mahatma Qandi
- Böhtanın dəhşəti ondadır ki, onun ədalətsizliyinin qurbanı günahsız adam olur və bu ədalətsizliyi iki nəfər həyata keçirir: böhtanı yayan və böhtana inanan. Herodot
- Böyük zəka sahibləri üç şeydən birinin qurbanı olurlar: ya ehtiyac içində yaşayır, ya gənc ikən ölür, ya da dünyadan sonsuz köçürlər. Qautama Budda
D
[redaktə]- Dost yolunda can qurban. Azərbaycan atalar sözləri/Birlik və dostluq
E
[redaktə]- Eşşəkdən qurban olmaz, amma dəyərində puldan qurbanlıq olar. Kürd atalar sözləri
Ə
[redaktə]- Əgər siz sevdikləriniz uğrunda özünüzü qurban verməkdən başlarsanız, bu, özünüzü qurban verdiklərinizə nifrətlə bitər. Viktor Hüqo
- Ər eldəndi, oğul beldən, qardaşa canım qurban. Azərbaycan atalar sözləri/Ə
G
[redaktə]- Gələcəyə sadiq olan və onun gözəl olması üçün həyatını qurban verən hər kəs mərmərdən yonulmuş heykələ bənzəyir. Yulius Fuçik
H
[redaktə]- Heç kəs əziyyət çəkmək istəmir, amma yenə də hər kəs ağrı və qurban axtarır, axtarıb tapanda isə hiss edirlər ki, həyatları təsdiqlənib. Paulo Koelyo
- Həyatda bütün şöhrətimi və pulumu qurban verərdim ki, Scotun həyatını xilas edim. Rual Amundsen
Q
[redaktə]- Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
L
[redaktə]- Lovğa və inadkar adam hər şeyi öz bildiyi kimi edir, heç kəsin məsləhətinə qulaq asmır və tezliklə öz səhvinin qurbanı olur. Ezop
M
[redaktə]- Müdriklik – ediləcək hərəkətin ayrı-ayrı nəticələrini qabaqcadan görmək, gələcəkdəki böyük faydaların xatirinə, hazırkı ötən mənfəətləri qurban vermək qabiliyyəti və idarə olunanı idarə etmək məharətidir. Rassel Akoff
O
[redaktə]- Oxumuş xalqların həqiqi cəsarəti vətən naminə özünü qurban vermə hazırlığından ibarətdir. Georq Vilhelm Fridrix Hegel
S
[redaktə]- Saqqal başa qurban olsun. Türk atalar sözləri
- Sədaqət ona deyilir ki, bəslənilən məhəbbət dostun bütün arzularının yerinə yetirilməsinə səbəb olsun, mümkün ola biləcək hər şey onun yolunda qurban edilsin. Nəsirəddin Tusi
Ş
[redaktə]- Şöhrətpərəstlik insana qalib gəlsə, onu öz nəfsinin qurbanı edər. Abbasqulu ağa Bakıxanov