Məzmuna keç

Ümid



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Acı həyatla həyatsızlıq arasında bir seçim etməli olduğumu desələr, heç düşünmədən acı həyatı seçərəm. İnsanlar həyatın nə qədər acı olduğunu söyləsələr də, mən ümidimi heç vaxt itirmədim. Hələ ki, necə ümid itiriləcəyini öyrənməmişəm. Uilyam Folkner
  • Addımlarını, atdığımız sivilizasiya və yenilik addımlarına uydurmaq istəməyənlər nə talehsizdirlər! Bu kimilər hələ milləti aldadacaqlarını ümid edirlərsə bu ümidləri, özlərinin zərərə uğramalarından başqa bir nəticə verməyəcəyinə indidən əmin ola bilərlər. Mustafa Kamal Atatürk
  • Afrika musiqisinin son dərəcə gözəlliyi ondan ibarətdir ki, ən kədərli mövzuda olsa belə, yenə də şən səslənir. Sən kasıb ola bilərsən, kardon qutudan tikilmiş evdə yaşaya bilərsən, işini itirə bilərsən, lakin musiqi həmişə sənə ümid verəcək. Nelson Mandela
  • Axmaqlığın ən böyük dəlili, eyni şeyi dəfələrlə edib fərqli bir nəticə əldə etməyi ümid etməkdir. Albert Eynşteyn
  • Alim hər hansı bir fərziyyəni dinləməyə çalışan, lakin bunun ədalətli olub-olmadığını özü müəyyən edən insan olmalıdır. Fenomenlərin xarici əlamətləri alimin mühakimələrini bağlamamalı, sevdiyi bir fərziyyəyə malik olmamalı, məktəbdən kənar olmalı və heç bir səlahiyyətə malik olmamalıdır. Fərdlərə deyil, obyektlərə hörmət etməlidir. Bu keyfiyyətlərə zəhmət əlavə edilsə, təbiət məbədində pərdəni qaldıracağına ümid edə bilər. Maykl Faradey
  • Allaha üsyan edərək bir şeyə çatmaq istəyən kimsə ümid etdiyindən uzaqlaşaraq, qorxduğu şeyə yaxınlaşmaqdadır. İmam Hüseyn
  • Allahın sevgisi o demək deyil ki, biz Onu birinci sevməliyik. Əksinə O birinci bizi sevdi. Dünyanı yaradaraq bizim qayğımıza buraxdı, xoş xəbəri yaymaq üçün bizə Öz yeganə Oğlunu göndərdi və nəhayət günahsız Oğlunu çarmıxa çəkməklə bizim öz günahlarımızdan qurtarmağımıza yol açdı. İsanın dirilməsi vasitəsilə Allah əbədi həyat üçün bizə ümid verdi. Elə bu dəqiqə Allah səninlədir. O səni sevir və sən Ona sidq ürəkdən inananda və itaət edəndə O həyatdakı bütün düz və səhv şeylərdən sənin üçün yaxşını yaradır. Kim Daecanq
  • Artıq fəhlə üçün o qədər işlər görülüb ki, mənim gələcəyə ümidim və böyük ümidim var. Bir çox ölkələrdə iş saatları qısaldılmış və maddi cəhətdən qısaldılmışdır. Vaxt var idi ki, kişilər gündə on beş-on altı saat işləyirdilər. İndi, ümumiyyətlə, bir günlük iş on saatdan çox deyil və saatların daha da azaldılması tendensiyası var. Uzun müddətləri müqayisə edərək, əldə edilmiş irəliləyişi daha aydın dərk edirik. 1860-cı ildə fəhlələrin, fəhlələrin, mexaniklərin ildə qazandıqları orta məbləğ təxminən iki yüz səksən beş dollar idi. İndi təqribən beş yüz dollardır və bu gün bir dollar 1860-cı ildə olduğundan daha çox həyat üçün lazım olan əşyalar, daha çox yemək, geyim və yanacaq alacaq. Bu faktlar gələcəyə ümidlə doludur. Robert Qrin İngersoll
  • Arzu bir, ümid iki. Azərbaycan atalar sözləri/Ümid, arzu və istək
  • Atalar gözəl demişlər: "Dünyanı ümid ilə yemişlər". Azərbaycan atalar sözləri/Ümid, arzu və istək
  • Bəziləri Allahdan bir şey ümid edərək ibadət edərlər; bu tacirlərin ibadətidir. Bəziləri də qorxaraq ibadət edərlər; bu da kölələrin ibadətidir. Bəziləri isə Allaha şükr olaraq ibadət edərlər; bu da azad insanların ibadətidir; bax ən fəzilətli ibadət də məhz budur. İmam Hüseyn
  • Bir insan ümidini itirər və məqsədsiz qalarsa, sırf can sıxıntısı belə onu bir heyvana çevirə bilər. Fyodor Dostoyevski
  • Bircə sən döy. Bu dəfə qapıları üzünə taybatay açacam. Nəinki qapıları açmaq, səni bağrıma basıb zəif ürəyimə sıxacam. Bunun nə vaxtsa baş verəcəyinə bəslədiyim ümid kimi zəif olan ürəyimə. Xalid Hüseyni
  • Biz çox tez ruhdan düşürük, hər zaman ”bunu etməyin mənası nədir ki” deməyə hazırıq. Lakin, yalnız ümid elə bir xoş haldır ki, bu əsrdə, bu günlərdə insanları yalnız həvəsləndirmək lazımdır. Aqata Kristi
  • Biz heç vaxt yaşamırıq, biz yalnız ümid edirik ki, yaşayacağıq. Volter
  • Bizi ömrü boyu müşayət edən ümid, hətta ömrün son saatında belə bizi tərk etmir. Aleksandr Pop
  • Borc alırsan, deməli ümid verirsən. Amxar atalar sözləri
  • Boş ümidlərdən və gerçəkləşməyəcək arzulardan uzaqlaşmaq insan üçün ən böyük qazancdır. Uilyam Şekspir
  • Bütün insan müdrikliyi iki sözdən ibarətdir: gözləmək və ümid etmək! Aleksandr Düma (ata)
  • Bütün ümidim gənclikdədir. Mustafa Kamal Atatürk
  • Ehtiras: bu ən böyük həzzdir, ali xoşbəxtlik və yüksək ümidin simvoludur. Fridrix Nitsşe
  • Elə ya da belə, o əcaib və dəli dövrün, o uzaq saatların şeirlərinin bir çoxu bax buradadır. Siqaret tüstüsüylə buğlanmış otaqda altmış səkkiz bir vəziyyətdə şansımızı sınadıq. Ümid edirəm işinizə yarayar, yaramazsa da, eh o zaman, (...). Çarlz Bukovski
  • Elm adamlarının qiymətinin bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər. Volter
  • Əgər elm ümidlə olsaydı, dünyadakı bütün insanlar alim olardı. Əli
  • Əgər soruşsalar Allahlardan əzəl kim olub, Cavab ver: qorxu və ümid. Pifaqor
  • Ən böyük ümid ümidsizlik üzərində qələbədir. Jorj Bernanos
  • Güllələriniz var, ancaq silahlarınızın boşaldığında mənim ölmüş olduğumu ümid edin. Əgər ayaqda qalsam silahlarınızı doldura bilmədən ölmüş olarsınız. V for Vendetta
  • Heç kimi günahlandırma, günahlandırılacaq biri varsa o da sənsən. O sənə kiçik bir ümid verdi, sən isə ona hər şeyini verdin. Camal Sürəya
  • Həqiqətin budaqlarına ümidsizliklə çıxmaq mümkün deyil. Fridrix Nitsşe
  • Həmişə xəyallarınıza inanın, çünki inanmasanız, hələ də ümidiniz olacaq. Mahatma Qandi
  • Hər gün özümü biraz daha yaxşı hiss edəcəyimi ümid edərək oyanıram. Bəzən elə də olur. Sonra gecə düşür və o hələ də yoxdur.. Adam Faver
  • Hər yaranın sağalmasına ümid etmək olar, lakin namus yarası sağalmaz. Ərəb atalar sözləri
  • Hətta ən ümidsiz insanda da bir ümid qığılcımı közərməkdədir. Rene Dekart
  • Həyat olduğu müddətcə ümid vardır. İtalyan atalar sözləri
  • Həyatımız boyu bizi müşayiət edən ümid hətta ölüm ayağında da bizi tərk etmir. Aleksandr Pop
  • Həyatın müxtəlif çətinliklərinə qarşı bu üç şey hədiyyə edilmişdir: ümid, yuxu və gülmək. İmmanuel Kant
  • Hitlerin sisteminə nifrət etmək olar, amma onun vətənpərvərlik naliyyətlərinə heyran qalmamaq olmaz. Əgər bizim ölkəmiz məğlub olsa, ümid edirəm ki, bizdə də belə bir heyranedici, layiqli lider tapılacaq və o bizə yenidən cəsarət verəcək, başqa millətlər arasında yerimizi bizə qaytaracaqdır.Uinston Çörçill
  • Xəstələr üçün həyat var olduqca ümid də var. Siseron
  • Lovğalanmaq –özünə inamsızlıq əlamətidir. Kobudluq isə acizlik əlamətidir. Onların xeyirli olmasına ümid etmək isə - axmaqlıq göstəricidir. Sun Dzı
  • Məni tanıyan hər kəsin sizə söyləyəcəyi kimi, məqbul biri deyiləm. Pis adamı sevdim həmişə, qanunsuzu, hərgələyi. Yaxşı işləri olan ağcaqanad qeydi təraşlı, qalstuklu tiplərdən xoşlanmam. Ümidsiz adamları sevərəm, dişləri qırıq, ağılları qırıq, yolları qırıq adamları. Marağımı çəkərlər. Kiçik sürpriz və partlamalarla doludurlar. Adi qadınlardan da xoşlanaram; corabları sallanmış, makiyajları axmış, sərxoş və söyüşbaz qadınlardan. Əzizlərdən çox azğınlar maraqlandırır məni. Sərsərilərin yanında rahatam, çünki mən də sərsəriyəm. Qanun sevməm, əxlaq sevməm, din sevməm, qayda sevməm. Cəmiyyətin məni şəkilləndirməsindən xoşlanmam. Çarlz Bukovski
  • Mümkünsüz bir şeyə ümid etmək kamil intellekt göstəricisidir. Oskar Uayld
  • Müvəffəqiyyətlərdə qüruru məğlub etmək, fəlakətlərdə ümidsizliyə müqavimət göstərmək lazımdır. Mustafa Kamal Atatürk
  • Nə qədər ki, can var - ümid də var. Fars atalar sözləri
  • Nə sahib olduğundur həyat, nə də ümid etdiklərin bu qədər zaman. Ürəyin qədərdir həyat! Sevilirsənsə rəngli, sevirsənsə qara ağ. Can Yücəl
  • Nəfəs alırsansa ümid var deməkdir; amma nöqtə qoyulduqdan sonra, 'bəlkə' demək ümid deyil, çarəsizlikdir. Seneka
  • Öz sirrini saxlamaq müdriklik, bu sirri başqalarının da saxlaya biləcəklərinə ümid etmək isə axmaqlıqdır. (Samuel Conson:İngilis şairi və tənqidçisi)
  • Şan-şöhrətini itirsən də ,ümidini itirmə.Günəş hər gün batır,amma ertəsi gün yenidən doğur. Platon
  • Tunelə girəndə diqqətli olun, ümid sandığınız işıq qatarın farası da ola bilər. Çarlz Bukovski
  • Türkiyə həm Türk dünyasının, həm də islam aləminin ümid işığıdır. Bu işığın sönməsi həm islam aləminin, həm də Türk dünyasının qaranlığa basdırılması deməkdir! Cövhər Dudayev
  • Uğurun iki səbəbi var: səbr və ümid. Aleksandr Düma
  • Uşaq xəyalların,arzuların ümid tumurcuğu,ailə qalasının misilsiz sevinc qaynağı,cənnətin qoxusunu dünyada yayan yeganə gül,millətin övladı və ilahi əmanətdir ("Füyuzat" jurnalından)
  • Ümid çılpaq həqiqətləri gizlədən bir pərdədir. Alfred Nobel
  • Ümid edirəm ki, mən hesab etdiyim bütün titullardan ən qibtə ediləni olan səmimi adam xarakterini qoruyub saxlamaqda sarsılmazlıq və kifayət qədər comərdlik əldə edəcəyəm. Corc Vaşinqton
  • Ümid ən sonuncu pislikdir, çünki işgəncəni uzadır. Fridrix Nitsşe
  • Ümid hər şəraitdə lazımdır. Yoxsulluğun, xəstəlik və əsarətin əzabları bu rahatlıq olmadan dözülməz olardı. Samuel Conson
  • Ümid həyatın sərmayəsidir. Azərbaycan atalar sözləri/Ü
  • Ümid içimizdəki o şeydir ki, əksini sübut edən bütün dəlillərə baxmayaraq, ona çatmaq və onun üçün çalışmaq və onun uğrunda mübarizə aparmaq cəsarətimiz varsa, bizi daha yaxşı bir şeyin gözlədiyini israr edir. Barak Obama
  • Ümid ilə ümüdsüzlüyün arası bir addımdır. Napoleon Bonapart
  • Ümid inamın təməlidir. Cek London
  • Ümid insan ruhunu qanadlandırıb həqiqət aləminə aparan nur nişanəsidir. O bu yolçuluğa çıxarkən həm qəlbi, həm əqli, həm dəduyğuları saflaşdırır. O uzağı yaxın edən dəyər, yaxını mətinləşdirən iksir və insan şəxsiyyətini zirvələrə yüksəldən həqiqətdir. Füyuzat jurnalı
  • Ümid qızıl kimidir, heç bir mühitdə paslanmaz. Ümid almaz kimidir, onu heç nə kəsə bilməz. Demokrit
  • Ümid səsi göyərçin çağırışıdır. Hippokrat
  • Ümidini üzmə, könlünü pozma. Özbək atalar sözləri
  • Ümidləri heç vaxt puça çıxmayanlar heç vaxt ümid etməyənlərdir. Corc Bernard Şou
  • Ümidsiz vəziyyətlər olmur. Yalnız ümidsiz insanlar olur. Mən heç vaxt ümidimi itirməmişəm.Mustafa Kamal Atatürk
  • Ümidsiz yaşamazlar. Azərbaycan atalar sözləri/Ü
  • Ümidsizlik ölümə gedən yolun başlanğıcıdır. Napoleon Bonapart
  • Ümidsizliklə mübarizə aparmaq lazımdır, çünki ümidsizlik dirilər üçün deyil, ölülər üçündür. Ernest Bakler
  • Və ümid edirəm ki, mən Xristiyanlığı sona çatdırmış adam olaraq yaddaşlarda qalacağam. Marilyn Manson
  • Ya ümidsizsiniz. Ya da ümid sizsiniz. Ya çarəsizsiniz. Ya da çarə sizsiniz. Behçet Necatigil