Azərbaycan atalar sözləri/Ü

Vikisitat saytından
Keçid et: naviqasiya, axtar
< Azərbaycan atalar sözləri
  • Ümidsiz yaşamazlar.
  • Ümid həyatın sərmayəsidir.
  • Ürək dənizdən dərindir.
  • Ürək istəyəni əl eylər.
  • Ürək ki var şüşədir, sındırarsan kim yamar?!
  • Ürək götürməyəni, əl götürməz.
  • Ürək öz dostunu tanıyar.
  • Ürək yanar, göz yaşarar.
  • Ürək yanmasa, gözdən yaş çıxmaz.
  • Ürəkdə olmayanı dil deməz.
  • Ürəkdən ürəyə yol var.
  • Ürəyi yanan yaxşı fatihə verər.
  • Ürkütməsən sanamaq olmaz.
  • Üstü bəzək, altı təzək.
  • Üstümü unlu görüb, adımı dəyirmançı çağırma.
  • Üz döndü, göz döndü.
  • Üz döndü, könül döndü.
  • üz görən iman görməyib.
  • Üz göstərsən qohumluq iddiası edər.
  • Üz götürüb gedəni zəncir ilə saxlamaq olmaz.
  • Üz ki var – ətdəndir.
  • Üz ki var - ürəyin aynasıdır.
  • Üz üzdən utanar.
  • Üz verdik dəliyə, palçıqlı çıxdı xalıya.
  • Üz verilən yerdən ərinmə, üz verilməyən yerdə görünmə.
  • Üz vermə - arsız olar, az vermə xırsız olar.
  • Üz vermə - astar da istər.
  • Üz göstərsən qohumluq iddiası eylər.
  • Üzdə gülür, dalda hürür.
  • Üzə gülür, ayaqdan çəkir.
  • Üzərliksən varsan, yetmiş dərdə davasan, o yerdə ki, varsan, qada-balanı qovarsan.
  • Üzrü günahından artıq.
  • Üzü bəzək, içi təzək.
  • Üzü üstə gələniarxası üstə çevirməzlər.
  • Üzük nişanəsindən ürək nişanəsi yaxşıdır.
  • Üzük tanınar qaşı ilə, qız - qardaşı ilə.
  • Üzünü xalqa çevirənin arxası mökkəm olar.
  • Üzüyü qaşça tanırlar.