Rifah

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ailəni dəstəkləmək və gücləndirmək cəmiyyətə rifah, dövlətə də qüdrət deməkdir.[1] Turqut Özal
  • Аsiyаlı və аvrоpаlı əcdаdlаrımızdаn bizə irs qаlаn irqi, mədəni, əxlaqi və sоsiаl kоnsеpsiyаlаr həmvətənlərimizə, оnlаrın istedad və rifаhınа hörmətdən kеçməklə hər şеyi qəbul еtməli və еhtirаm göstərməlidir. Pirаmidаnı öz şəxsi şərəfin üzərində qurmаq yоlvеrilməzdir. Nə qədər ki, biz şəxsi və milli аdətlərimizi möhkəm sаxlаyırıq, bizim həyаt еnеrjimizi sümürən təmtərаqlı özünüsеvmə оyunlаrının qurbаnı оlmаmаlıyıq. Atilla

B[redaktə]

  • Butun millətin rifah halı uşaqların tərbiyəsindən asılıdır. Con Lokk

H[redaktə]

  • Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir.[2] Abdullah Gül
  • Hətta bizi idarə edən dörd nazirliyin adlarında belə faktların həyasızcasına təhrif olunması var. Sühl nazirliyi müharibə ilə, həqiqət nazirliyi yalanla, məhəbbət nazirliyi işgəncələrlə məşğul olur, rifah nazirliyi isə acından öldürür. Belə ziddiyyətlər təsadüfi deyil və sadəcə ikiüzlülükdən irəli gəlmir: bu fəaliyyətdə olan ikifikirlilikdir. Zira yalnız ziddiyyətlərin vəhdəti hakimiyyəti uzun zaman saxlamağa imkan verir. Sonsuz dövrü başqa cür kəsmək olmaz. Əgər insan bərabərliyini həmişəlik mümkünküz etmək lazımdırsa, əgər yuxarılar (biz onları belə adlandırdırırıq) öz yerlərini həmişəlik saxlamaq istəyirlərsə, onda hakimiyyətdə olanların ruhi vəziyyətini dəlilik idarə etmiş olmalıdır. 1984

K[redaktə]

  • Kim rifah içində olmaq istəyirsə, ehtiyac içində yaşamağı öyrənməlidir. Plutarx
  • Kim yeməkdən əvvəl və sonra əllərini yusa həmin yeməyin əvvəlində və axırında ona bərəkət verilər və nə qədər ki, sağdır rifah halında yaşayar və cismani xəstəlikdən amanda qalar.[3] Cəfər Sadiq

Q[redaktə]

  • Qanunvericiliyin ən böyük işi şəxsi maraqlardan ictimai rifah yaratmaqdır. Pyer Büast

M[redaktə]

  • Model dövlətin məqsədi yalnız vətəndaşlar üçün maddi rifah təmin etmək deyil, həm də gələcək talelərini yaratmaqdır. Fərabi

O[redaktə]

  • Orta təbəqəyə aid olanlar ən dinc həyat yaşayırlar. Əmin-amanlıq və rifah, çox zəngin olmayan və çox kasıb olmayanları müşayiət edir. Orta təbəqəyə mənsub olmaq insanlara sakit və rahat, deməli, xoş hisslərlə yaşamağa imkan verir. Daniel Defo

R[redaktə]

  • Rifah, arzularının əsiri olanları müşayiət etmir. Çanakya
  • Rifah, bəsirəti olmayan uğurlu bir insandan da yan keçər. Çanakya
  • Rifah, gücünü düzgün yerləşdirən insanı müşayiət edir. Çanakya
  • Rifah xoşbəxtlərə, çətinliklər böyük insanlara işarə edir. Kiçik Plini
  • Rifahdan kor olmuş gözlənilən təhlükəni görmür və ağıllı məsləhətlərə qulaq asmır. Çanakya

S[redaktə]

  • Sabitlik, təhlükəsizlik, əmin-amanlıq, iqtisadi inkişaf, maddi rifah - bu amillər ölkənin ümumi inkişafını təmin edir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik. İlham Əliyev

Ş[redaktə]

  • Şöhrətpərəstlik bütün dövrlərdə insanları aldatmaq üçün ictimai rifah və ya din donu geyinib. Pyer Büast

Y[redaktə]

İstinadlar[redaktə]

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.20
  2. Abdullah Gül, Türkiyə Respublikasının Prezidenti
  3. əl-Məhəccətul-bəyza, c.3, səh. 6