Mehriban
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Aclıq mehriban ailəyə də narazılıq salar. Fin atalar sözləri
- “Ağıl… Mehribanlıq… Cəsarət…” Bunlar insanın, dünyanın hər yerində qəbul edilmiş üç mənəvi dəyəridir. Konfutsi
- Axmaq insanlara qarşı mehriban olun. Don Herold
- Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini sənə bir dildə bəyan edir.Bir dil ki sən hələ beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqs bağlayıbdır. Nəriman Nərimanov
- Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir. Demokrit
B[redaktə]
- Bir az utancvericidir... bütün ömrü boyu insan problemi ilə məşğul olmuş və sonunda “bir az daha mehriban olmağa çalışın”dan başqa nəsihət verə bilməyəcəyini görmək. Oldos Haksli
- Bir mehriban söz qənddən yaxşıdır. Tacik atalar sözləri
- Bir zamanlar güclü insanların qalıqları Afrikanın barbar orduları arasında itdi; xalq olmağı dayandırdılar; səkkiz əsr ərzində fərqli və şərəfli bir dövlət qursalar da, özlərindən sonra bir ad belə qoymadılar. Seçdikləri ölkə, sevimli evləri, qəsb edənlər istisna olmaqla, onları tanımaqdan imtina edir. Yüksək qayaların nöqtələri bəzi böyük daşqınların miqyasını göstərdiyindən, yalnız xarabalığa çevrilmiş bir neçə bina öz qədim gücünü təsdiq edir: Əlhambra, qotik binaların ortasındakı bu şərq sarayı, bu cəsur, ağıllı insanların zərif abidəsidir; mehriban, zəfər çalan, hakim olan və yoxa çıxan.
- "Ərəblərin İspaniyada hökmranlığı haqqında düşüncə" (1832), Elhamra Nağılları , Vaşinqton İrving , ed. H. Fournier, 1832, t. 1, s. 83-84 Vaşinqton İrvinq
C[redaktə]
- “Can” deməklə candan can əysik olmaz,
Məhəbbət artırar, mehriban eylər. Aşıq Ələsgər - Cənnətə can atan insanlarla mehriban davranmağı öyrənməlidir. Əbu Bəkr
E[redaktə]
- Evdə mehriban qadın qarışqa kimidir, pis qadın isə deşilmiş çəllək kimidir. Menandr
- Evi ocaq yox, mehriban həyat qızdırar. Madaqaskar atalar sözləri
Ə[redaktə]
- Əgər dostun sənə qarşı çox mehriban olub, demək ki, dostluq artıq pozulur. Uilyam Şekspir
- Ərəb müdrikləri (filosofları) beş cür arvaddan qaçmağın vacib olduğunu demişlər: “hənnanə”, “mənnanə”, “ənnanə”, “kiyyət əl-qəfa”, “xəzra üd-dəmən”. “Hənnanə” başqa kişidən uşağı olan və təzə ərinin dövləti ilə onlara mehribanlıq göstərən qadına deyərlər. “Mənnanə” öz dövləti ilə ərinin boynuna minnət qoyan qadına deyərlər. “Ənnanə” əvvəllər daha yaxşı yaşamış, ya daha dövlətli ər görmüş, indiki halından və ərindən daima şikayət edən arvada deyərlər. “Kiyyət əl-qəfa” elə əxlaqsız qadına deyərlər ki, əri ayağını bir yana qoycaq özünə başqa bir kişi tapar, ərinin adını bədnam edər. “Xəzra üd-dəmən” bədcins gözəl arvada deyərlər, onu “yaşıl təzək” adlandırmışlar. Nəsirəddin Tusi
H[redaktə]
- Heç vaxt bir iti və ya insanı ilk baxışdan mühakimə etməyin. Çünki sadə bir mələk... mehriban ruha sahib ola bilər, zahiri görkəmli adam isə... nadir əclaf ola bilər... Vladimir Vısotski
Q[redaktə]
- Qonşu ilə mehriban davranmaq istəyirsənsə - ondan borc alma. Ləzgi atalar sözləri
S[redaktə]
- Səndən aşağı olana mehriban ol. Ərəb atalar sözləri
Ü[redaktə]
- Üç şey adamın gözünü işıqlandırar: yaxşı arvad, ağıllı oğul, mehriban qardaş. Ərəb atalar sözləri
Y[redaktə]
- Yaxşı insanlar haqqında danışmaq və yazmaq çox asandır, maraqlıdır. Çünki mehriban insanlar çox fərqli və maraqlıdırlar. Pisləri isə hamısı eynidir və maraqsızdır. Dmitri Lixaçov