Təkəbbür
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bu yolda nəzərlərimizi əbədiyyətə dikib böyük yaşamalı, böyük ölməliyik. Bu yolda hərislik tikan, mənəm-mənəmlik və təkəbbür isə çəpərdir, oğul! Şeyx Ədabali
H[redaktə]
- Həddsiz kiçik insanlar həddsiz təkəbbürlü olurlar. Volter
İ[redaktə]
- İman əhlinin üzündə təbəssüm, qəlbində hüzn vardır. Onun könlü hər şeydən geniş, nəfsi hər şeydən azdır. Təkəbbürə nifrət edər, şöhrətə düşməndir, qəm-qüssəsi çox, düşüncəsi isə dərindir. Çox zaman susar; vaxtı yoxdur. Çox şükr edər, çox səbrlidir. Daim düşüncəlidir; ehtiyacı olanı görərkən öz ehtiyacını belə unudar. Xasiyyəti gözəl, rəftarı xoş və yumyaşaqdır. Şərəf və din baxımından sərtdir, xasiyyət baxımından qul kimidir. Həzrəti Əli
Q[redaktə]
- Qəzəbin səbəbi ondur: birinci, “iddialılıq”, ikinci, “iftixar”, üçüncü, “dava-dalaş”, dördüncü, “höcət”, beşinci, “zarafat”, altıncı, “təkəbbür”, yeddinci, “təlxəklik”, səkkizinci, “xəyanət”, doqquzuncu, “qisas”, onuncu, “mübahisə, münaqişə və həsədə səbəb olan nəfis şeylərə hərislik”. Bu səbəblərin birgə son nöqtəsi intiqam arzusu olar. Nəsirəddin Tusi
M[redaktə]
- Mənəviyyatca zəngin adamlar – sadə, maddi imkan baxımından zəngin adamlar – təkəbbürlü olurlar. Əbu Turxan
T[redaktə]
- Təkəbbür insanı alçaldır və kiçildir.
- Təkəbbür savadsızlıqdan və tamahkarlıqdan irəli gəlir. Aristotel
- Tərbiyəli adam vəzifəcə özündən aşağıdakılarla təkəbbürsüz, özündən yuxarıdakılarla isə hörmətlə və sərbəst danışmağı bacarır. Filip Dormer Çesterfrild
Y[redaktə]
- Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, hə də (boyca) yüksəlib dağlara çata bilərsən. [1]
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014