İdeologiya
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Antisemitizm dezinfeksiya ilə tamamilə eynidir. Bitlərdən qurtulmaq ideologiya deyil, təmizlik məsələsidir. Yalnız bu şəkildə antisemitizm bizim üçün ideologiya deyil, təmizlik məsələsi oldu. Henrix Himmler
B[redaktə]
- Bütün ideologiyalar axmaq bir şeydir. İstər dini olsun, istər siyasi. Hər biri insanlar arasında bölgü yaradır. Jiddu Krishnamurti
Ç[redaktə]
- Çağımızdakı ideologiyaların sonunu göstərən işarələri qeyd etməli. Atom bombası ideoloji baxımdan qadağandır. Alber Kamyu
D[redaktə]
- Dövlət müəyyən ideologiya əsasında fəaliyyət göstərir. Bu ideologiya milli ruha uyğun gəlirsə, deməli, o, milli dövlətdir, gəlmirsə, millətlə dövlət arasında qarşıdurma labüddür. Tur Xander
G[redaktə]
- Gerçək zəka sahibi insan, bir ideologiyadan yapışmayacaq; niyə etsin? Hazır cavablardan ibarət olan bir yükü daşımayacaq. Kifayət qədər ağıllı olduğu üçün hər hansı bir vəziyyət ortaya çıxanda ona qarşılıq verə biləcəyini bilir. Niyə keçmişdən gələn gərəksiz bir yükü daşısın? Onu daşımağın nə anlamı var? Əslində, keçmişdən nə qədər çox şey daşısan, indiki zamana o qədər az qarşılıq verə biləcəksən, çünki indiki zaman keçmişin bir təkrarı deyildir, daima yenidir, daima yenidir. Əsla köhnə deyildir; bəzən köhnə kimi görünə bilər amma köhnə deyildir, təməl fərqlər vardır. Oşo
H[redaktə]
- Hər bir ideologiya insan psixologiyasına ziddir. Alber Kamyu
İ[redaktə]
- İdeologiya – haradasa fəlsəfə ilə siyasətin arasındadır. Tur Xander
- İnsanların ürəyinə, qəlbinə təsir edə bilən ədəbiyyatımız olubdur, şeirimiz olubdur və həmin şeirlər, sözlər doğrudan da xalqımızda, millətimizdə milli ruhu oyadıbdır, milli əhval-ruhiyyəni canlandırıbdır. Məhz bunların nəticəsində bizdə milli psixologiya, milli ideologiya formalaşmağa başlayıbdır. Heydər Əliyev
M[redaktə]
- Müəyyən bir ölkədə milli ideologiya nə olursa olsun, onun milli maraqları dəyişməz qalır. Franklin Delano Ruzvelt
T[redaktə]
- Tolerantsızlıq insanın öz ideologiyasına inanmamasının sübutudur. Mahatma Qandi