Ehtiyac
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- "Ağılmı, pulmu?" Dedi. Mən pul dedim. Mən olsaydım ağılı seçərdim dedi. Haqlısan dedim; Hər kəs ehtiyacı olduğu şeyi seçər. Bob Dilan
- Allah həmin o varlıqdır ki, bütün yaradılmışlar ehtiyac və çətinliklər zamanı, həmçinin Ondan başqa hər bir şeydən ümidini kəsən vaxt Ona pənah aparır.[1] Həsən əl-Əskəri
- Azadlıq üçün göy üzünü satın almanıza ehtiyac yoxdur. Ruhunuzu satmayın yetər. Nelson Mandela
B[redaktə]
- Bəlkə yağışa da ehtiyac qalmazdı; insanlar bu qədər kirli olmasaydı. Turqut Uyar
- Bəzən həyatda qibtə etdiyiniz adam da ruhən sizə ehtiyac duya bilər. Onore de Balzak
- *Bədənim zəifləyib, taqətdən düşmüşəm, elə arıqlamışam ki, tanınmalı halım qalmayıb. Bilmirəm, əyin-baş, pul, ərzaq göndərməyə ehtiyac varmı... Yenə də cəhd edin.[2] Osip Mandelştam
- Bir dostun köməyindən çox, bu köməyi ala bilmək inamına ehtiyac duyuruq. Sokrat
- Böyük zəka sahibləri üç şeydən birinin qurbanı olurlar: ya ehtiyac içində yaşayır, ya gənc ikən ölür, ya da dünyadan sonsuz köçürlər. Qautama Budda
D[redaktə]
- Danışmaq ehtiyac ola bilər, lakin susmaq bir sənətdir. Anna De Stal
- Dəmir od içində bərkiyər, insan ehtiyac içində. Gürcü atalar sözləri
- Dərk sürəti ona deyilir ki, nəfs yalnız öyrəniləsi şeylərə doğru yönəldilsin, mənimsəmədə “dayanmaq”, “duruxmaq” kimi “rəzilətlərə” ehtiyac qalmasın. [[Nəsirəddin Tusi[[
- Dolu dolu yaşa həyatı, dilini kaş kilər qucaqlamasın. Və elə birini sev ki; gündüz günəşə, gecə ulduza ehtiyac qalmasın. Can Yücəl
E[redaktə]
- Ehtiyac ayıdan rəqqas, meymundan skripkaçı eləyər. Alman atalar sözləri
- Ehtiyac duyulan yoldaş gerçək yoldaşdır. İtalyan atalar sözləri
- Ehtiyac öz qaydalarını özü yazır. Fransız atalar sözləri
- Ehtiyac şeytanı məcbur edər ki, milçəyi də udsun. Alman atalar sözləri
- Ehtiyac və tələbatlarımız dəyişirsə, nə üçün düşüncələrimiz dəyişməsin? Teodor Fontane
- Ehtiyac yoxdur səni xatırlamağı xatırlamağa. Sən mənə qəlbim qədər, əlim qədər yaxınsan. Attila İlhan
Ə[redaktə]
- Əgər bir millət azad olacaqsa: qürura, iradə gücünə, meydan oxumağa, nifrətə, nifrətə və yenə də nifrətə ehtiyac duyacaq. Adolf Hitler
- Əgər böyük kütlələri razı sala bilmişsə, fikirlər silahlara ehtiyac duymaz. Fidel Kastro
- Əgər ehtiyac içində yaşayırsınızsa, onda maliyyə problemlərini həll edin. İnternetdən istifadə edin, o sizə hərraclarda nəyisə daha ucuz almağa imkan verir. Əgər siz hazırda əmək haqqından əmək haqqına yaşayırsızsa, onda bu dövrü iki həftə yerinə üç həftəyə kimi genişləndirin. Sonra, işlər yoluna girməyə başlayanda, 1 aylıq, sonra 3, 6 və nəhayət bir il irəli üçün planlaşdıra bilərsiz. Məqsəd –5 il irəlini planlaşdıracağınız ana çatmaq. Culian Smit
- Əgər hirslənmisənsə, 10-a qədər say, sonra danış, əgər bərk qəzəblənmisənsə, 100-ə qədər say, bəlkə onda heç danışmağa da ehtiyac qalmasın. Tomas Cefferson
- Əhəmiyyətli olan; həyatda ən çox şeyə sahib olmaq deyil ən az şeyə ehtiyac duymaqdır. Platon
- Əslində düşünməyə belə ehtiyac yoxdur. Mən özümü bilirəmsə, özünü bilməzlərin haqqımda söylədiklərinin nə əhəmiyyəti ola bilər ki? Bob Dilan
H[redaktə]
- Hər kəs günəşi görə bilsəydi, günəşin işıqlarına dəlalət edən ulduzlara nə ehtiyac vardı? Mövlana Cəlaləddin Rumi
- Həyatda ehtiyac duyulanlar; bilməməzlik və özünə inam bax o zaman müvəffəqiyyət şübhəsizdir. Mark Tven
İ[redaktə]
- İki saniyə sonrasına zəmanətimiz olmayan bir həyata görə fırıldaq olmağa ehtiyac yoxdu. Möhsün Yazıçıoğlu
- İqtidar iqtidara düşkün olmayan və iqtidardan gələcək faydalara ehtiyacı olmayanlara verilməlidir. Platon
Q[redaktə]
- Qadının sizdən məsləhəti istəməsi o demək deyil ki, sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə, özünə həmsöhbət axtarır.. Onore de Balzak
- Qanun kölələr üçün məcburiyyətdir, azadlar üçün ehtiyac. Demand
- Qəlbi qırdıqdan sonra gələn üzr, doyandan sonra süfrəyə gələn duz kimidir; "ehtiyac" qalmaz. Pablo Neruda
M[redaktə]
- Məni dayandırmaq üçün tapançaya ehtiyac duyardılar. Amma Messini dayandırmaq üçün pulemyota ehtiyac var.[3] Xristo Stoiçkov
T[redaktə]
- Televiziya psixiatriya üzərinə çox şey bacarmışdır, həm psixiatriyanı tanıtmış həm də ehtiyac yaratmışdır. Alfred Hiçkok
- Tərk edən adam, özünün əsla tərk edilməyəcəyinə inanan insandır. Heykəlini tikməyə isə ehtiyac yoxdur, çünki o onsuz da daşdandır. Pol Oster
Y[redaktə]
- Yaxşı bir nəsihətdən faydalanmaq, ən az onu vermək qədər sağlam fikirə ehtiyac duyar. Fransua de Laroşfuko
Z[redaktə]
- Ziyankarlığın səmərəsi məhrumiyyət, məhrumiyyətin meyvəsi ehtiyac, ehtiyacın bəhrəsi alçalmaqdır. Qabusnamə
İstinadlar[redaktə]
- ↑ Biharul-Ənvar, c.3, səh.41, hədis16
- ↑ Mandelştamın son məktubundan
- ↑ Futbol tarixində iz buraxan sitatlar