Anna De Stal
Jump to navigation
Jump to search
Anna Luiza Stal | |||
![]() | |||
Tam adı | Anna-Luiza Yermena de Stal-Qolşteyn | ||
Doğum tarixi | 22 aprel 1766 | ||
Doğum yeri | Paris, Fransa | ||
Vəfatı | 14 iyul 1817 | ||
Vəfat yeri | Paris, Fransa | ||
|
Anna Luiza Stal, tam adı - Anna-Luiza Yermena de Stal-Qolşteyn (Fransız dilində. Anne-Louise Germaine de Staël-Holstein), - (Paris, Fransa - 22 aprel 1766 — Paris, Fransa - 14 iyul 1817) — Fransız yazıçısı, ədəbiyyat nəzəriyyəçisi, publisist, madam de Stal adı ilə daha çox tanınır.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıl fərqli olan şeylər arasındakı oxşarlığı və eyni olan şeylər arasındakı fərqi dərk etməkdədir.
- Azadlıq uğrunda ölməyə hazır olanlar onun nə olduğunu yaxşı bilirlər.
D[redaktə]
- Daha yüksək mövqelər dik qayalara bənzəyir: onlara yalnız qartallar və sürünənlər qalxır.
- Danışmaq ehtiyac ola bilər, lakin susmaq bir sənətdir.
- Dövlətin qüdrəti və müqəddəsliyi, ilk növbədə ədalətin durmadan həyata keçirilməsi ilə bağlıdır.
- Dünyanın ən böyük alimi təcrübədir. Amma biz bu həqiqəti uzun illər dərk edə bilmirik, dərk edəndə isə artıq iş-işdən keçmiş olur.
E[redaktə]
- Eşq bir qadının həyatının hamısı, bir kişinin həyatının isə bir hissəsidir.
Ə[redaktə]
- Ən gözəl xatirələr üçün biz sevgiyə borcluyuq.
G[redaktə]
- Güc dincəlməkdən deyil, mübarizədən doğur.
H[redaktə]
- Heç bir qanunu pozmadan çox pis insan olmağın min bir yolu var.
- Hər şeyi anlamaq - insanı tolerant edər.
- Hər şeyi başa düşmək - əfv etmək deməkdir.
- Həyat maşın sürmək kimi bir şeydir: nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var.
X[redaktə]
- Xoşbəxtlik, qarşısını ala bildiyimiz bədbəxtliklərin xatirələrindən ibarətdir.
K[redaktə]
- Kişi həyatında bir epizod olan sevgi, qadın həyatının bütün hekayəsidir.
- Kişilər üçün sevgi məqsəddir; bu hissin qalıcı olması qadının yeganə xoşbəxtliyidir.
Q[redaktə]
- Qadının sevgisi çox vaxt hisslərinin, dostluq isə hər zaman qəlbinin və ruhunun ehtiyacıdır.
- Qəlbin əxlaqsızlığı ağlın məhdudluğuna dəlildir.
M[redaktə]
- Mən necə də xoşbəxtəm ki, kişi doğulmamışam, çünki doğulsam, qadınla evlənməli olardım.
S[redaktə]
- Sevgi əbədiyyət simvoludur, bütün zaman anlayışını yox edir, başlanğıcın yaddaşını söndürür və son qorxusunu boğur.
- Sevgi iki nəfər üçün eqoizmdir.
- Sevginin əsas mahiyyəti güvəndir.
- Söz gücünə yaxşı adam olmaq olmaz, sən öz yaxşılığını əməlinlə sübut etməlisən.[1]
Y[redaktə]
- Yalnız azad xalq milli xarakter daşıyır.
- Yalnızlıq ölümün vestibülüdür.
Z[redaktə]
- Zərif qadın pişiyin pəncəsinə bənzəyir, onu bir az sıxın, caynaqlarını hiss edəcəksiniz.
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.511