Məzmuna keç

Əfv



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Əfv etmək və unutmaq yaxşı insanların intiqamıdır. Fridrix Şiller
  • Əfv etmək yaxşıdır, unutmaq ondan da yaxşıdır. Robert Brauninq
  • Əfv insanlıq dilinin ən şirin kəlməsidir. Viktor Hüqo
  • Əfv ona deyilir ki, nəfs pislik üstündə veriləcək cəzanı, yaxşılıq müqabilində alınacaq mükafatı birincini verməyə qadir, ikincini almağa qüdrətli olduğu halda bağışlasın. Nəsirəddin Tusi
  • Heç vaxt yalan danışmayan və əfv etməyi bacaran adam insanların ən xoşbəxtidir.[1]İbn Sina
  • Hər şeyi başa düşmək — əfv etmək deməkdir. Madam de Stal
  • Kimyaçı qəlbindən şəfqət, hörmət, həsrət, səbr, peşmanlıq və əfv etmək kimi elementləri çıxarıb onları birləşdirərək sevgi adlı bir atoma çevirə bilər. Cübran Xəlil Cübran
  • Mərdliyin üç əlaməti var: sözünün üstündə durmaq, boş yerə lovğalanmamaq və sorğu-sualsız əfv etmək. İmmanuel Kant
  • Səxavət ona deyilir ki, mal-dövlətin sərf edilməsi necə lazım, necə layiqdirsə, elə də yerinə yetirilsin və sona qədər bu cür də davam etdirilsin. Səxavətin özünün də bir çox növləri vardır. Onlardan bəziləri haqqında aşağıda izahat veriləcəkdir. Lakin "səxavət" cinsinə daxil olan fəzilətlər səkkizdir: birinci, kərəm, ikinci, əliaçıqlıq, üçüncü, əfv, dördüncü, mürüvvət, beşinci, xeyirxahlıq, altıncı, yardım, yeddinci, pay, səkkizinci, üzüyumşaqlıq. Nəsirəddin Tusi

Mənbə

[redaktə]
  • Ağıla və qəlbə işöq saçan sözlər. Bakı,2014

İstinadlar

[redaktə]
  1. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014