Məzmuna keç

Amansız



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aldanmış pərəstişkar amansız bir tənqidçi olur. Pyer Büast
  • Amansız baxışları olan qocanı bu dünyada öz ideyalarına inamından başqa yuxuya apara biləcək bir illüziya yoxdur. Albert Eynşteyn
  • Amansız hökmdarı, savadsız müəllimi, qəzəbli arvadı və laqeyd qohumları təcili tərk etmək lazımdır. Çanakya
  • Amansız olmağı isə nə vətən, nə də təbiət əmr etmədi. Mark Tulli Siseron
  • Arzudan daha qüdrətli, daha amansız maqnit ola bilməz.[1] Fransua de Kurel
  • Bədbəxtlər axmaqlardan daha az eqoist, qəzəbli, ədalətsiz, amansız olur və bir-birini axmaqlardan daha az başa düşürlər. Anton Çexov
  • Bir cinayət o biri cinayətlərə yol açır. Buna görə cinayətə qarşı amansız olmaq lazımdır. Horatsi
  • Bir qadının nə dediyinə deyil, nə demək istədiyinə qulaq as. Çünki onlar, kimsə qırılmasın deyə bəzi şeyləri söyləməzlər. Birisini unutmaq məcburiyyətindəsənsə, bunu sindirə-sindirə edin. Çünki ağlın zamansız öldürdükləri, ürəkdə amansız dirilər. Pol Oster
  • Əgər din və dinə aid olan hər bir şeyi Avropa sivilizasiyasından çıxarıb atmaq istəyirsinizsə, bunu ancaq başqa təlimlər vasitəsilə edə bilərsiniz. Bu təlimlər lazım gələndə özlərini müdafiə edə bilmək üçün dini təlimlərlə eyni psixoloji xüsusiyyətlərə malik olmalıdır. Eynilə dini təlimlər kimi müqəddəs, amansız və ciddi olmalı və həmçinin insan zehninə qandal vurmalıdır. Təhsilin zərurətlərini yerinə yetirmək üçün bu cür sistemə malik olmalıyıq; çünki təhsil vacibdir. Ziqmund Freyd
  • Ən amansız qisas, qisas almaq imkanına məhəl qoymamaqdır. Onore de Balzak
  • Xalq ayağa qalxanda necə də amansız olur. O, öz yolunda heç nəyə rəhm etmir, heç kəsin kömək çağırışlarını eşitmir, darda olan heç kəsə yardım etmir. Müəmmər əl-Qəzzafi
  • Mən kritik ana qədər maksimal demokratiya xəttini gözləyirəm və həmin məqam Çatanda amansız diktatora çevrilib deyirəm: "Mən sizin hamınızı dinlədim. İndi isə filan-filan işləri görmək lazımdır". Li Jakkoka
  • Müharibənin böyük böhranında Allah bizi qüdrətli həqiqətlə üz-üzə qoydu ki, biz öz azadlığımızı itirməliyik və ya onu qullara verməliyik. Çətinliyimizdə biz qara adamı Respublikanı xilas etməyə kömək etməyə çağırdıq; Biz onunla əhd bağladıq, həm onun qanı ilə, həm də bizim qanımızla möhürləndik və Yehova şəhadət verdik ki, xalq satın alındıqdan sonra o, azad olsun və onun izzətini, onun nemətlərini bizimlə bölüşsün. Əgər biz bu əhdi yerinə yetirməsək, hər şeyi bilən Şahid bizə qarşı hökm çıxaracaq. Biz bunu etdikmi? Qara adama azadlıq verdikmi? Azadlıq nədir? Bu sadəcə inkardırmı? Zəncirlənməmək, alınıb-satılmamaq, damğalanmamaq və qamçılanmamaq üçün çılpaq bir imtiyazmıdır? Əgər bunlar hamısıdırsa, azadlıq acı bir istehzadır, amansız bir aldatmadır və köləliyin daha yaxşı olub-olmaması şübhə altına alına bilər. Amma azadlıq inkar deyil. Bu, əsaslı, hiss olunan reallıqdır. “Bütün insanlar bərabər yaradılmışdır” Bəyannaməsinin həmin ölməz həqiqətlərinin həyata keçirilməsidir; bütün ədalətli hökumətin sanksiyasının "idarə olunanların razılığı" ilə olduğunun qəbul edilməsidir. Hər bir insanın özünə aid olan bütün məsələlərdə dinlənilmək hüququ olana qədər bunlar həyata keçirilə bilərmi? Açıq həqiqət budur ki, hər kəs öz mənafeyini daha yaxşı bilir. Deyilmişdir: “Əgər o, pul ödəməyə məcbur olsa, döyüşmək məcburiyyətində qalarsa, dolayısı ilə itaət etmək tələb olunarsa, qanuni olaraq ona deyilməyə haqqı olmalıdır. nə üçün; onun razılığını almaq və onun rəyinin nəyə dəyər olduğunu hesablamaq. Yetkin və sivil bir xalqda heç bir pariya olmamalıdır, heç bir şəxs öz öhdəliyi istisna olmaqla diskvalifikasiya edilməməlidir. Bu nəslin ehtiras və qərəzliliyi Bəyannamənin aksiomlarını şübhə altına almasaydı, mən bu qədər açıq bir həqiqəti müzakirə etməklə sizin zəkanızı təhqir etməzdim. Ceyms Qarfild
  • Onların susması- ucadan qışqırmaqdır. Roma, azadlığı edamların amansızlığı ilə qorxutmur. Çünki, qanunların mərhəmətliliyi ilə qorunur. Mark Tulli Siseron
  • Öz keçmişini ciddi mühakimə etmək əvəzinə, indiki zamandakı işlərinə qarşı amansız olmaq daha yaxşıdır. Nikolay Qoqol
  • Özümüzə münasibətdə kiçik saydığımız xətanı başqalarına münasibətimizdəki ən məkrli xəyanətdən daha amansızlıqla mühakimə edirik. Fransua de Laroşfuko
  • Özünə qarşı səhlənkarlıq və güzəşt , başqalarına qarşı amansızlıq və günahın ayrı-ayrı tərəfləridir. Jan de Labrüyer
  • Sevgi və nifrət kimi iki ehtirasdan hədsizliyə daha çox meyilli olanı sevgidir. O daha alovlu, daha güclü və daha möhkəmdir. Sevgi nə qədər ehtiraslı olarsa, ona mane olanlara və onu hədələyənlərə qarşı bir o qədər amansız olur. O, nifrətinə sərbəstlik verir və beləliklə də şərin bütöv bir dəstəsini azad edir. Rene Dekart
  • “Sən yalanların içində yaşayırsan, mən isə həqiqətlərin” — Bir insanın digərinə deyə biləcəyi ən amansız sözdür bu. Lev Tolstoy
  • "Türklərdən bəhs edirəm... Düşməninə hücum edərkən amansız bir qasırğaya, qorxunc bir dənizə və insafsız bir ildırıma bənzəyən Türk;dost yanında və silahsız düşmən qarşısında bir səhər yelidir, sakit bir göldür. Türkü incitdiyin zaman könül açan bu yel bir ildırıma, göz qamaşdıran bu göl coşqun bir dənizə çevirilir". Torkvato Tasso
  • Yaşamaq özünə və həm də başqalarına qarşı pislik etməkdir. Amansız torpaq! Heç bir şeyə toxunmamaq üçün nə etməli? Alber Kamyu
  • Yenidən doğulmaq nə deməkdir? Bu artıq mənim həyatım deyil. Bu artıq başqasının həyatıdır. Hər kəsin yaşamaq üçün ancaq bir həyatı olur (əlini sinəsinə qoyur) və o, burdadır. Onu cəmi bir dəfə əldə etdim. Bu mənim həyatımdır. Başqasına əmanət edə bilmərəm, yenisini oğurlaya bilmərəm, başqası üzərində zorlaya bilmərəm, unuda və silə bilmərəm. Qəzəblənə bilmərəm, gülə bilmərəm, gözəlləşdirə bilmərəm! Heç nə edə bilmərəm! Mən həyatımdakı tək şansı qəbul etməliydim, mənası yoxdur necə qəddar, necə amansız, necə haqsız idi! Cənab, məni başa düşmürsüz? Buna görə də döyüşməliyəm. Döyüşməyə davam etməliyəm! Çünki... çünki mən heç vaxt (əlini partaya çırpır) bu cür həyatı qəbul edə bilmərəm! Angel Beats!

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.28