İnsaflı
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalaiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
Ə
[redaktə]- Əgər sən istəsən, keçmiş unudula bilər. Amma etdiyin hər seçimdə bir daha düşün. Çünki, gələcək, keçmiş qədər insaflı olmaya bilər. Pol Oster
İ
[redaktə]- İncəsənətdə əxlaqsızlıq mövcud ola bilməz. Hətta artıq iyrənc görünən istək tələb olunsa belə, incəsənət həmişə müqəddəsdir. Çünki o yalnız müşahidə səmimiliyini özündə birləşdirir, özünü aşağılamağa qadir deyildir. Əsl incəsənət əsəri həmişə alicənabdır. Hətta mal-qaranın həyəcanını verməyə çalışan rəssam belə hiss etdiyi ən insaflı təəssüratı verməyə çalışır. Oqust Rodin
- İnsaf qəlbin incəliyindən doğduğu üçün insaflı adam daşürəkli ola bilməz. Abbasqulu ağa Bakıxanov
- İnsafla yaşayan mərddir, kişidir,
İnsaflı olmamaq namərd işidir. Nizami Gəncəvi - İnsaflı cəza yersiz təltifdən yaxşıdır. Xaqani Şirvani
- İnsanlar öz həmnövlərinin hüquqlarını qorumalı, böyüklərə hörmətlə yanaşmalı, əmanətə xəyanət etməməli, müamilədə insaflı olmalıdırlar. Nəsirəddin Tusi