Şan Yan
Görünüş
Şan Yan | |||
Doğum tarixi | e.ə. 390 | ||
Doğum yeri | Puyan | ||
Vəfat tarixi | e.ə. 338 | ||
Vəfat yeri | Xianyang | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bütün ölkələrin qanunları var, lakin qanunun tətbiqinə zəmanət verən qanun yoxdur. Bütün ölkələrdə cinayəti və pisliyi qadağan edən, oğruları və quldurları cəzalandıran qanunlar var, lakin oğru və quldurun tutulmasını təmin edən qanun yoxdur.
Ə
[redaktə]- Əgər cəzalar ağır, mükafatlar azdırsa, hökmdar xalqı sevir.
- Əgər ölkədə qarışıqlıq yaranıbsa, bu, qanunların çaşqınlıq yaratdığı üçün deyil, heç kimin onlara tabe olmamasıdır.
G
[redaktə]- Güclü dövlətlər yad torpaqları zəbt etməyə can atır, zəiflər ancaq müdafiə ilə məşğuldur.
H
[redaktə]- Hərəkət etməkdən çəkinən heç nə etməyəcək.
X
[redaktə]- Xeyirxah insan başqalarına yaxşılıq edə bilər, lakin başqalarının xeyirxah olmasına səbəb ola bilməz.
İ
[redaktə]- İnsan təbiəti acları yemək uğrunda döyüşməyə, yorğunları dincəlməyə, işdən yorulanları möhlət axtarmağa, rüsvay olanları şərəf axtarmağa məcbur edir.
- İnsan təbiəti elədir ki, bir şeyi ölçəndə hər kəs ən uzun parçanı, bir şeyi çəkdikdə isə ən ağırını istəyir.
- İnsanlar bir-birinə qarşı xəbərçiliyə başlamamışdan əvvəl, onların ürəklərində qanun yer alır. Rüşvət vermək gizli işdir. Əgər insanlar rüşvət alma və ya rüşvət təklif etmə zamanı bir-birinə qarşı xəbərçilik etməyə başlasalar, onda hər şey məhv olacaq. Buna görə qanun qarşısında keçilməz qorxu olmalıdır. İnsanlar rəhbərin qərarını yox, qanunu yerinə yetirməlidir. Bu prinsip ən ağır cəzaların köməyi ilə təyin olunub. Məsələn, taxt-tac varisi qanunlara əməl etmədiyinə görə, sarayda ən hörmətli adam olan müəlliminin burun və qulaqlarını kəsmişdir. Bundan sonra məmurlar və ölkənin əhalisi qanunları icra etməyə başlamışdır.
Q
[redaktə]- Qabıq böcəklərinin yuvasına çevrilən ağac yıxılmalıdır. Çatlayan divar yıxılmalıdır. Nazirlər bir-biri ilə eqoizm yarışına girəndə, xalqın qayğısına qalmayanda, aşağıda olanlar yuxarıdakılardan üz döndərir, ölkə çatlayan divar kimi olur. Bütün rütbəli məmurlar xalqı xəlvətcə talayanda qabıq böcəyi kimi olurlar.
- Qanun müdriklər üçün məşğuliyyətdir, axmaqlar üçün məhdudiyyət.[1]
- Qanunları yeniləri ilə əvəz etmək - gücün sübutudur.
M
[redaktə]- Müharibə sərvət və şərəf qapısı olanda insanlar bunu eşidib bir-birini təbrik edir, istər işdə, istər istirahətdə, istər yeyib-içərkən də müharibə mahnıları oxunur.
Ö
[redaktə]- Ölkənin yaxşı idarə olunması üçün qanunlar aydın olmalıdır.
S
[redaktə]- Sərvət və şərəf arzusu ancaq tabut bağlandıqdan sonra yox olur.
- Siz ancaq ziyalı insanların anlaya biləcəyi qanunlar qəbul etməməlisiniz. Çünki hamı ağıllı deyil.
Z
[redaktə]- Zənginlik və şərəf arzusu yalnız tabut bağlandıqdan sonra yox olur.
İstinadlar
[redaktə]- ↑ Aforizmlər. Bakı, 2013. səh.30.