Adət

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Adamlar adət etdikləri pis hərəkətlərdən heç vaxt vicdan əzabı çəkmirlər. Volter
  • Adət min illər yaşar. Monqol atalar sözləri
  • Adət təbiətə qalib gələ bilmədi. Çünki, o həmişə məğlubedilməzdir. Mark Tulli Siseron
  • Adətin köləsinə çevrilmiş ruhda həqiqət axtarmaq, təbiəti tədqiq edən və sınaqdan keçirən fizik üçün ayıb deyilmi?
  • Аsiyаlı və аvrоpаlı əcdаdlаrımızdаn bizə irs qаlаn irqi, mədəni, əxlaqi və sоsiаl kоnsеpsiyаlаr həmvətənlərimizə, оnlаrın istedad və rifаhınа hörmətdən kеçməklə hər şеyi qəbul еtməli və еhtirаm göstərməlidir. Pirаmidаnı öz şəxsi şərəfin üzərində qurmаq yоlvеrilməzdir. Nə qədər ki, biz şəxsi və milli аdətlərimizi möhkəm sаxlаyırıq, bizim həyаt еnеrjimizi sümürən təmtərаqlı özünüsеvmə оyunlаrının qurbаnı оlmаmаlıyıq. Atilla
  • Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi

B[redaktə]

  • Bir adam cavanlığın ilk çağlarında nəfsini şəhvətdən qoruya bilsə, qəzəbinin qarşısını ala bilsə, dilini saxlaya bilsə, özünü ələ almağa adət etsə, belə adam üçün bu cür tərbiyə çətin olmaz, dəlilərin çənginə keçməkdən qorxmaz, nalayiq söz və söyüşlərə məhəl qoymaz, cürbəcür təhqiramiz tənələrə dözüb özündən çıxmaz, əksinə, belə danışıqlara gülər, onları zarafata salıb üstündən keçər. Nəsirəddin Tusi

Ç[redaktə]

  • Çox şeylər insanları idarə edir: iqlim, din, qanunlar, idarəetmə prinsipləri, keçmişin nümunələri, adət və ənənələr, vərdişlər: bütün bunların məcmuusu olaraq xalqın ruhu yaranır. Şarl Lui Monteskyö

E[redaktə]

  • Eybəcər sifətə adət etmək və uyğunlaşmaq olar, çünki o həmişə eyni cür təzahür edir; eybəcər mənəviyyata isə uyğunlaşmaq olmur, çünki o həmişə müxtəlif formalarda təzahür edir. Əbu Turxan

G[redaktə]

H[redaktə]

X[redaktə]

K[redaktə]

  • Kamil insan bu dəyişkən dünyaya nikbin nəzərlərlə baxır və onu olduğu kimi qəbul edir. Hətta köhnə adət və ənənələrin müasirliyə uyğun gəlmədiyini görsə belə, onlara hörmətlə yanaşır. Nikola Şamfor

M[redaktə]

  • Məhəbbət nə qədər təmkinli və sakit olarsa, o qədər də çox davam edər. Adət onu möhkəmləndib bütün həyat boyu saxlayır. Vissarion Belinski
  • Mən ona görə diqqətimi karyera və pula cəmlədim ki, bizim cəmiyyət pulun əhəmiyyətinin həddindən artıq şişirdilməsinə meyllidir. Onlar dəyərləri pulla ölçməyə adət ediblər. Corc Soros

O[redaktə]

  • O dövlət demokratikdir ki, orada dədə-baba adəti ilə Allahlara səcdə edilir, valideynlərin hörməti saxlanılır, böyüklərə ehtiram göstərilir, qanunlara itaət olunur və bütün bunlarla yanaşı həlledici qələbə xalqın böyük əksəriyyətlə qəbul etdiyi qərarlara məxsusdur. Polibi

Y[redaktə]

  • Yaxşı yazan müəlliflərin əsərlərini oxuyarkən, yaxşı danışmağa adət edirlər. Volter.
  • Yalan danışmağa adət edən adam tez rüsvay olar və çox ehtimal ki, onun doğru sözünə də inanmazlar. Abbasqulu ağa Bakıxanov

İstinadlar[redaktə]