Məzmuna keç

Fəridəddin Əttar

Fəridəddin Əttar
Doğum tarixi mart 1145
Doğum yeri Nişapur
Vəfat tarixi 26 aprel 1221
Vəfat yeri Nişapur
Dəfn yeri Attar Mausoleum
Vikipediya məqaləsi
Fəridəddin Əttarın büstü, Nişapur

Fəridəddin ibn Məhəmməd Əttar (fars. فرید الدین عطار‎, Farid od Din Əttər; 1136-1221) — Orta əsr fars şairi və mütəsəvvüfü. Sufizm nəzərəiyyəçisi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allahdan qorxusu olmayanı Allah hər şeydən qorxudar.[1]
  • Allahı öz yeganə istəyinə çevir. O səbəbdən ki, yeganə ölməz və əbədi olan Odur.
  • Başqalarının ondan sui-istifadə etdiyi üçün bir şeydən imtina etmək axmaqlığın zirvəsi ola bilər.
  • Davamlı səylər və çalışmalar, Axtaran mələk halını qazandırar.
  • Eşq dərəsi ... bu vadiyə girmək üçün bütövlükdə alovun içinə qərq olmalısan, daha doğrusu od olmalısan, çünki əks halda orada yaşaya bilməzdin. Həqiqətən sevən od kimi, sifəti alovlu, alovlu, od kimi qıcıqlı olmalıdır. Sevmək üçün gizli niyyətlərə malik olmamalısan; yüz dünyanı oda atmağa hazır olmalıdır.
  • Əlindəki varlıqların hamısı müvəqqətidir. Səndən sonra qalacaq bir şey varsa, iztirablarındır.
  • Hər müəllim həqiqəti öz üsulu ilə açır və yoxa çıxır.
  • Qəlbini əbədi olmayan bir şeyə bağlayan insanın ürəyi sağlam olmaz.
  • Qənaət etməyəni dünya malı da zəngin etməz.
  • Məhəbbət elə bir şeydir ki, o hər şeyi unutdurur, birgə sevgilinizdən başqa.
  • Söyləmədiyin sözü nə vaxtsa, söyləyə bilərsən, Lakin söylədiyini gizlədə bilməzsən.
  • Tənhalıq mənəvi yolla gedənin ən yaxşı müəllimidir.
  • Ürəyin istədiyi hər işi etmə ki, belinə peşmançılıq yükü yüklənməsin.
  • Yaxşılıq etməyə gücün yetmirsə, heç olmasa pislik etmə.

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.24