Şagird
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Arvadın hörməti ərinə görə, oğlun izzəti atasına görə, şagirdin biliyi müəlliminə görə, ordunun gücü sərgərdəsinə görə müəyyən edilir. Kəlilə və Dimnə
- Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
B
[redaktə]- Bir sənətkar özünü müstəqil mənəvi dünyanın yaradıcısı kimi görür; o, bu dünyanı yaratmaq, onu insanlarla təmin etmək və onun üçün hərtərəfli məsuliyyət daşımaq vəzifəsini çiyinlərinə qaldırır; amma onun altında əzilir, çünki fani bir dahi belə bir yükü daşımağa qadir deyil. Necə ki, insan ümumilikdə özünü varlığın mərkəzi elan edərək, tarazlaşdırılmış mənəvi sistem yaratmağa müvəffəq olmayıb. Əgər ona bədbəxtlik gəlsə, o, günahı dünyanın əsrlər boyu davam edən disharmoniyasına, bugünkü parçalanmış ruhun mürəkkəbliyinə və ya ictimaiyyətin axmaqlığına atır. Başqa bir rəssam, yuxarıda daha yüksək bir gücü tanıyaraq, Allah cənnətinin altında təvazökar bir şagird kimi məmnuniyyətlə çalışır; o zaman yazılan və ya çəkilən hər şeyə, onun işini dərk edən ruhlara görə onun məsuliyyəti həmişəkindən daha tələbkardır. Amma bunun müqabilində bu dünyanı yaradan deyil, onu idarə edən də deyil, onun əsaslarına şübhə yoxdur; Sənətkar sadəcə olaraq dünyanın harmoniyasını, ona bəşəriyyətin töhfəsinin gözəllik və çirkinliyini başqalarından daha dərindən dərk etməli və bunu öz həmkarlarına kəskin şəkildə çatdırmalıdır. Bədbəxtlikdə və hətta varlığın dərinliklərində - yoxsulluqda, həbsxanada, xəstəlikdə - sabit harmoniya hissi onu heç vaxt tərk etmir. Ancaq sənətin bütün irrasionallığı, onun göz qamaşdıran dönüşləri, gözlənilməz kəşfləri, insana sarsıdıcı təsiri - onlar çox sehrlə doludur ki, bu sənətkarın dünyaya baxışı, bədii konsepsiyası və ya layiq olmayan əsərinin işi ilə yorulmaq olmaz. Aleksandr Soljenitsın
- Bütün böyük müəllimləri bir otağa toplayın, və onlar hər şeydə bir-biri ilə razılaşacaqlar. Onların şagirdlərini bir yerə toplayın, və onlar hər şeydə bir-biri ilə mübahisə edəcəklər. Brüs Li
D
[redaktə]- Dərsini hazırlamağı sabaha saxlayan şagird yolda çaya rast gəlib onun axıb keçməsini gözləyən insana bənzəyir. Çay dayanmadan axır, o isə dayanıb gözləyir. Horatsi
Ə
[redaktə]- Əgər müəllim ancaq işini sevirsə, o yaxşı müəllim olacaq. Əgər müəllim bir ata, bir ana kimi şagirdi sevirsə, o bütün kitabları oxuyan, lakin nə işini, nə də şagirdləri sevməyən müəllimdən yaxşı müəllim olacaq.Əgər müəllim işinə və şagirdlərə olan məhəbbətini özündə birləşdirirsə, o kamil müəllimdir. Lev Tolstoy
H
[redaktə]- Həmişə şagird qalan insan deməli, öz müəlliminə borcunu pis ödəyir. Fridrix Nitsşe
M
[redaktə]- Müəllim həqiqəti heç zaman deməməli, hər bir şagirdin özü üçün tapmalı olduğu həqiqətə bələdçi, yolgöstərən olmalıdır. Yaxşı müəllim ancaq katalizatordur. Brüs Li
- Müəllimin evi kitabxanadır, dövləti kiçik şagirdlər, sazı və nəğməsi şagirdlərin savadı, qazancı isə millətin məhəbbət və ehtiramıdır. Sultan Məcid Qənizadə
Ş
[redaktə]- Şagird bir qab deyil ki, onu doldurasan, o bir məşəldir, onu alovlandırmaq lazımdır. Konstantin Uşinski
- Şagirdinizin zehnini tərbiyə etmək istəyirsinizsə, onun idarə etməsi lazım olan gücü tərbiyə edin. Bədənini daima çalışdırın, onu sağlam və güclü edin. Qoy o işləsin, hərəkət etsin, qaçsın,qışqırsın, daima hərəkətdə olsun, güclü insan olsun ki, ağlı başına gəlsin. Əgər biz bu qaydanı təhrif etsək, tələsik qərar vermiş olarıq. O zaman onun korlanmasına mane ola bilməyən nə yetkinliyi, nə zövqü olacaq, əvəzində gənc alimlər və qocalmış uşaqlar olacaq. Jan Jak Russo
- Şagirdlərin bilmələri lazım olduğundan daha çox şey bilməyən bir müəllimdən daha qorxunc heç bir şey ola bilməz. Yohann Volfqanq Göte
- Şagirdlərindən biri Konfutsiyə, “Ölüm nədir?” deyə sual verəndə, Konfutsinin, şagirdinə cavabı belə olub: “Həyat haqqında nə bilirsən ki, sənə ölümdən bəhs edim?” Konfutsi
U
[redaktə]- Usta görməyən şagirdin gözü əllərdə qalar. Azərbaycan atalar sözləri/U
Y
[redaktə]- Yaxşı şagird, ustası yoxkən aydın olur. - Braziliya atalar sözləri
Z
[redaktə]- Zaman ən yaxşı müəllimdir, amma bütün şagirdlərini öldürür İngilis atalar sözləri [1]
- Zaman ən yaxşı müəllimdir, təəssüf ki, o öz şagirdlərini öldürür. Hektor Berlioz
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014