Məzmuna keç

Qəzəbli



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Açgöz adam qəzəbli olur, acgöz adamdan əxlaqsız hərəkətlər baş verir, acgözlük insanın gözünün işığını azaldır, axırda kor eləyir. Hind atalar sözləri
  • Ailədə hökm sürən ruh itlərə də sirayət edir. Belə ki, qəzəbli insanın qəzəbli, təhlükəli insanın isə təhlükəli iti olur. Hətta itlərin əhval-ruhiyyələrinin dəyişməsi insanların əhval-ruhiyyələrinin dəyişməsini təsir edir. Artur Konan Doyl
  • Amansız hökmdarı, savadsız müəllimi, qəzəbli arvadı və laqeyd qohumları təcili tərk etmək lazımdır. Çanakya
  • Bədbəxtlər axmaqlardan daha az eqoist, qəzəbli, ədalətsiz, amansız olur və bir-birini axmaqlardan daha az başa düşürlər. Bədbəxtlik insanları birləşdirmir, əksinə ayırır... Anton Çexov
  • Böyüklüyə cəhd edən insanlar mahiyyətcə çox qəzəbli insanlardır. Bu, özünü təsdiqləməyin bir üsuludur. Fridrix Nitsşe
  • Bu dünyada kim özünü qısqanclıqdan qoruya bilər? İnsanlar başqaları tərəfindən nə qədər qiymətləndirilirsə, vəzifəsi o qədər vacib və şərəfli olur, o qədər tez qəzəbli qısqanclığın hədəfinə çevrilir: palçıq axınları və böhtan okeanları üstünə tökülür. Jorje Amadu
  • Həyat sizdən israrlı, qəddar, səbirli, diqqətli, qəzəbli, rasional, yüngül düşüncəli, sevən, səyli olmağınızı tələb etmir. Ancaq həyat hər seçiminizin nəticələrini dərk etməyi tələb edir. Riçard Bax
  • Xəcalət ... insanın özünə qarşı kəskin şəkildə ifadə olunmayan qəzəbli bir qəzəbini təmsil edir, çünki öz fenomeninin gərək olduğum və olmaq istədiyimlə ziddiyyətinə bir reaksiya ehtiva edir ... Georq Vilhelm Fridrix Hegel
  • Qadın nifrət edəndə kişi ehtiyatlı olmalıdır. Çünki, qəlblərinin dərinliklərində kişi qəzəbli, qadın isə pisdir. Fridrix Nitsşe
  • Qəzəbli adamları eşitmək zülmün başlanğıcıdır. Konfutsi
  • Qəzəbli boba ilə (arvadla) yaşamaqdansa, sıx meşədə (cəngəllikdə) yaşamaq daha yaxşıdır. İsveçrə atalar sözləri
  • Qəzəbli, xoşbəxt olmaz. Monqol atalar sözləri
  • Qəzəbli insanın gözləri kor, hərəkətləri isə məntiqsizdir. [1] Jozef Rot
  • Qəzəbli insanlar həmişə müdrik olmurlar. Qürur və qərəz
  • Qəzəbli şahidin ifadələrinə güvənmək olmaz. Mark Tulli Siseron
  • Mən tərəfdaşımın nə dərəcədə ağıllı və ya axmaq, xeyirxah və ya qəzəbli olduğunu, nə düşündüyün bilmək istəyəndə sifətimə onun üzünün ifadəsini verməyə çalışır, sonra isə məndə hansı fikirlərin, hisslərin yaranacağını gözləyirəm. Edqar Allan Po
  • Öz ailəmi qurana və ilk övladım dünyaya gələnə qədər qəzəbli və məyus olmuşdum. O vaxta qədər həyatı lazım olduğu kimi qiymətləndirmirdim, amma xoşbəxtlikdən oyandım. Conni Depp
  • Sizə ən güclünüzdən xəbər verimmi? Bu, qəzəbli olanda özünü saxlayanınızdır. Məhəmməd
  • Şübhəsiz ki, insan qorxaq, qəzəbli və əsrarəngiz düşməndən daha çox hamının heyran olduğu və başa düşdüyü bir dostu ilə daha yaxşı ünsiyyət qura bilər. Abraham Maslau

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014.səh.285