Məzmuna keç

Qürur və qərəz

Qürur və qərəz
Pride and Prejudice
Janr novel of manners, satirical fiction, psychological fiction, romantic fiction
Müəllif Ceyn Ostin
Orijinal dili Britaniya ingiliscəsi, ingilis dili
Yazılma ili 1800s
Nəşr ili 28 yanvar 1813
Əvvəlki Sense and Sensibility
Sonrakı Mansfild parkı

Qürur və qərəz — İngiltərə yazıçısı, satirik Ceyn Ostinin əsəri.

Əsərdən sitatlar

[redaktə]

A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bəyan edirəm ki, mütaliədən daha böyük həzz yoxdur! Kitabdan savayı hər şey daha tez bezdirir insanı. Öz evim olanda əla kitabxanam olmasa özümü səfil biri kimi hiss edərəm.
  • Bir adama görə dürüstlük və ləyaqətə olan baxışlarınızı dəyişmək olmaz.
  • Bir inadkar tərəfim var ki, heç vaxt mənim başqalarının istəyi ilə qorxmağıma yol verməz. Kimsə məni sıxışdırmağa çalışanda cəsarətim hər zamankından daha da yüksəlir.
  • Bizi öz şöhrətpərəstliyimiz yanıldır. Qadınlar tək bir məftunedici baxışa həddindən çox önəm verir. Kişilər isə çalışır ki, onları bu yanılmada dəstəkləsinlər..
  • Bu dünyada məhəbbətimdən faydalanan az adam var. Həqiqətən hörmət etdiklərim isə ondan da azdır. Dünyanı müşahidə etdikcə, ondan daha az xoşum gəlir.
  • Dağlar da insanlar da dağıla bilər. Hərçənd insanlar öz lovğalığı və axmaqlığı ucbatından…
  • Evliliyi çıxsaq, hər xanımın ən çox xoşladığı şey vaxtaşırı uğursuz məhəbbətdən əzab çəkməkdir. Bu onun fikirlərini məşğul edir və rəfiqələrinin gözündə ona maraq qatır.
  • Əlbəttə, əsl məziyyətlərimin nədən ibarət olduğu heç ağlınıza da gəlməyib. Zira aşiq olanda onlar haqda heç düşünmürlər də!
  • Ən yaxşı həyatınızı indi yaşayın.
  • Əsl zəkaya sahib kəs qüruru həmişə lazım olan sərhəddə saxlaya bilir.
  • Gerçəkdən sevdiyim insanların sayı çox azdır, haqqında yaxşı düşündüyüm isə daha da az. Dünyanı daha çox gürdükcə, daha çox narazı qalıram.
  • Gərəksiz həyəcana yol verməyə tələsməyin.. Özünüzü ən pisə hazırlamaqda fayda olsa da, buna əmin olmaq üçün yetərli səbəb yoxdur.
  • Heç bir şirnikləndirmə olmadan sevən, ürəyiaçıq adamlar çıraqla axtarılan qədərdir. On haldan doqquzunda qadın həqiqətdə olduğundan daha çox sevdiyini göstərir.
  • Həqiqətən sevdiyim insanlar çox azdır, haqqlarında yaxşı düşündüklərimsə ondanda azdır.
  • Xanımlar vaxtaşırı öz qəlblərini sındırmağı xoşlayırlar – demək olar, ərə getmək kimi.
  • Xoşbəxtliyə ən doğru yol sağlam düşüncəyə etinasızlıqdır.
  • İcazə verin deyim ki, sizə necə heyranam və sizi nə qədər hərarətlə sevirəm.
  • İnanıram ki, hər bir insani xasiyyətdə müəyyən qədər pisliyə meyl var – ən yaxşı təhsilin belə aradan qaldıra bilməyəcəyi təbii bir qüsur.
  • İndi məni sənin hisslərinlə oynamaq niyyətində olan zərif bir qadın kimi yox, ürəyindən həqiqəti söyləyən rasional bir məxluq kimi qəbul et.
  • İnsan qarşısına məqsəd qoyduqda, məsafələr gözünə görünmür.
  • İnsan qürurlu olub şöhrətpərəst olmaya bilər. Qürur daha çox bizim özümüz haqda fikirlərimiz, şöhrətpərəstlik isə başqalarının bizim haqda olan, daha doğrusu olmasını istədiyimiz fikirləri ilə bağlıdır.
  • Keçmişi yalnız, xatirələr sizə zövq verdikdə düşünün.
  • Kişini cəzb etmək üçün qadının istifadə etdiyi hər üsul iyrəncdir. Hiyləgərliklə yoğrulan hər şey iyrəncdir.
  • Qadın təxəyyülü necə sürətlidir! O bir dəqiqənin içində adi təqdir edilmədən məhəbbətə, məhəbbətdən evliliyə tullanır.
  • Qarşında müəyyən məqsəd olanda məsafəyə fikir vermirsən.
  • Qəzəbli insanlar həmişə müdrik olmurlar.
  • Qürurunu ona asanlıqla bağışlardım, əgər o mənim qürurumu incitməsəydi.
  • Mən layiq olduğumdan daha xoşbəxt olmaqdan məmnun olmağı öyrənməliyəm.
  • Mən sizə və ya mənimlə tamamilə əlaqəsi olmayan başqa birinə məhəl qoymadan, öz fikrimcə, məni xoşbəxt edəcək şəkildə hərəkət etməkdə qərarlıyam.
  • Mənim biri haqqında yaxşı fikrim dəyişdisə, əbədi dəyişmişdir.
  • Nə demək olar, o, xoşagəlimlidir. Bununla belə, qəlb rahatlığımı pozmaq üçün kifayət qədər yaxşı deyil.
  • Nə istərsəniz edin, sevgisiz evlənmək xaric.
  • Nə qədər bu dünyaya çox baxıram, bir o qədər o, mənim xoşuma gəlmir.
  • Nifrət etməyə hazırlaşdığın insanı xoşagəlimli hesab etmək – bu, bəlkə də ən böyük bədbəxtlik olardı.
  • Onların baxışları dərhal rastlaşdı və hər ikisinin yanaqlarına dərin bir qızartı yayıldı.
  • Onun qürurunu həvəslə bağışlayardım, əgər mənimkinə toxunmasaydı.
  • Rahatlıqla uzun məktub yaza bilən adam pis yaza bilməz.
  • Rəqs etməyi sevmək aşiq olmaq yolunda ilk addım idi.
  • Siz mənə göstərdiniz ki, mənim məmnun edilməyə dəyər bir qadını məmnun etmə cəhdlərim nə qədər yetərsiz qalır.
  • — Siz onunla yaxından tanışsınız?

— Daha yaxından tanış olmaq istəməyəcək qədər.

  • — Sizin zəifliyiniz insanlara nifrət etmək amadəliyidir.

– Sizinki isə qəsdən onları başa düşməməkdir.

  • Süni təvazökarlıqdan aldadıcı heç nə yoxdur. Onun altında çox vaxt başqalarının fikirlərinə laqeydlik və bəzən də maskalanmış lovğalıq gizlənir. Məncə mən heç vaxt müdriklik və xeyirxahlığa lağ etməmişəm. Axmaqlıq və ədabazlıq, şıltaqlıq və məntiqsizlik mənə gülünc görünür. Və buna müyəssər olanda onlara gülürəm də.
  • Şikayət etməyən heç vaxt təsəlli olunmur.
  • Şöhrətpərəstlik və qürur fərqli şeylər olsa da, sözlər tez-tez sinonim kimi istifadə olunur. İnsan şöhrətpərəst olmadan da qürurlu ola bilər. Qürur daha çox özümüz haqqındakı fikrimizlə, söhrətpərəstlik isə başqalarının bizim haqqımızda nə düşünməsini istədiyimizlə bağlıdır.
  • Təkəbbür zəifliyi gizlədir.
  • Yalnız dərin hisslər məni mehraba sürükləyə bilər, bu səbəbdən qarıyıb qalacam.
  • Yaşadığım hər gün mənə insan xaraketinin tutarsızlığını və təzahürdə görünən ləyaqət və sağlam düşüncəyə güvənməmək inancımı təsdiqləyir.

İstinadlar

[redaktə]