Övlad
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ata-ana övlad üçün, övlad - özü üçün. Abxaz atalar sözləri
- Ata-ananın borcu övladlarına, hər şeydən əvvəl, vicdanlı olmağı öyrətməkdir. Nəsirəddin Tusi
- Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir. Demokrit
- Ata-ananın övlada məhəbbəti təbii, övladların ata-anaya məhəbbəti isə iradidir. Nəsirəddin Tusi
- Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
B[redaktə]
- Bir ata, yüz övlada baxar da; Yüz övlad bir ataya baxa bilməz. Qabriel d'Annunzio
E[redaktə]
- Erkən qalxmayan arvad, söz dinləməyən övlad, mahmızla getməyən at qapında varsa, qaldır at. Çin atalar sözləri
D[redaktə]
- Dörd şey kişinin xoşbəxtliyidir: ləyaqətli yoldaşlar, əməlisaleh övlad, uyğun olan zövcə və iş yerinin öz şəhərində olması. Məhəmməd peyğəmbər
İ[redaktə]
- İnsanın şərafəti öz qabiliyyətinə görədir, nəslinə görə deyildir. Ağıllı övladın nəslə ehtiyacı yoxdur, naxələf övlad isə nəslin adını batırır. Abbasqulu ağa Bakıxanov
Ö[redaktə]
- Övlad ata-ananın ürəyidir. Azərbaycan atalar sözləri/Ö
- Övlad bir turş almaya bənzər, yeyənin dişi qmaşar, yeməyənin könlü istər. Azərbaycan atalar sözləri/Ö
- Övlad can yanğısıdır. Azərbaycan atalar sözləri/Ö
- Övlad insanın məbədidir. Azərbaycan atalar sözləri/Ö
- Övlad könül meyvəsidir. Azərbaycan atalar sözləri/Ö
- Övlad üçün ananın ürəyi ağrıyar, atanın - biləyi. Başqırd atalar sözləri
- Övlad ya ataya oxşar, ya anaya. Azərbaycan atalar sözləri/Ö
- Övladda nəvə, dövlətdə dəvə. Azərbaycan atalar sözləri/Ö
- Övladlarınız arasında oğlanla qıza fərq qoymayın; fərq qoymaq lazım gəlsəydi, mən qızları üstün tutardım. Məhəmməd peyğəmbər
- Övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin. Həzrəti Əli
P[redaktə]
- Pis övlad altıncı barmaq kimidir-kəsərsən, ağrıyar, kəsməzsən, eybəcər göstərər. Azərbaycan atalar sözləri
Y[redaktə]
- Yaxşı övlad atanı vəzir edər, pis övlad rəzil. Türk atalar sözləri