Məzmuna keç

Qibtə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagirdlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
  • Başqalarına qibtə etmə, çoxları var ki sənin həyatına həsəd aparırlar. Mövlana Cəlaləddin Rumi
  • Başqalarının uğurlarına qibtə edirik, ancaq bu uğurların onlara nəyin bahasına başa gəlməsi barədə düşünmürük. Samuel Smayls
  • Bəzən həyatda qibtə etdiyiniz adam da ruhən sizə ehtiyac duya bilər. Onore de Balzak
  • Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
  • Gözəl qadınlar gözəl olmayan qadınların uğurlarına tez-tez qibtə eləyirlər, gözəl kişilər isə uğurların bəzən gözəl olmayan kişilərin payına düşdüyündən bixəbər olduqlarından öz gözəllikləri ilə öyünürlər. Anna Bartkulaşvili
  • Heç kimi qıcıqlandırmamaq, düşmənlərə və rəqiblərə malik olmamaq kimi qibtə edilən imtiyazlardan yalnız qızıl orta istifadə edir. Vissarion Belinski
  • Qısqanılmayan, qibtə ediləcək bir fəziləti olmayandır. Esxil
  • Mən daha heç nəyi tam olaraq bəyənib və ya bəyənmədiyimi söyləmirəm. Bu həyata qarşı göstərilmiş ən mənasız münasibətdir.Özünə sahib olan insan, məmnunluğunu rahat tapdığı kimi kədərini də asanlıqla yenə bilər.Həyat andır, bundan sonrası yoxdur. Onu ən gur yanan məşəllə alovlandır.Gözəlliyi məhv olmayan hər şeyə qibtə edirəm.Qadınlar biz — kişilərlə bəşəriyyətin Tanrıyla davrandığı kimi davranırlar, onlar bizə səcdə edirlər, lakin həm də davamlı şəkildə bizdən nəsə etməmizi istəyərək narahat edirlər. Oskar Uayld
  • Ümid edirəm ki, mən hesab etdiyim bütün titullardan ən qibtə ediləni olan səmimi adam xarakterini qoruyub saxlamaqda sarsılmazlıq və kifayət qədər comərdlik əldə edəcəyəm. Corc Vaşinqton

İstinadlar

[redaktə]