Kimya

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Allahın iradəsini pərgarla ölçmək istəyən riyaziyyatçı, həmçinin Zəbur kitabının köməyi ilə astronomiyanı və ya kimyanı dərk etməyin mümkün olduğunu düşünən ilahiyyatçı müəllim axmaqdır. Mixail Lomonosov

C[redaktə]

  • Cəmi dörd mövzu mənim adımla bağlıdır: dövri qanun, qazların elastikliyi, məhlulların assosiasiya kimi başa düşülməsi və “Kimyanın əsasları”. Bu mənim sərvətimdir. Onu heç kimdən almamışam, özüm yaratmışam. Dmitri Mendeleyev

Ə[redaktə]

  • Ərim kimya professorudur və çox məşğul bir insandır. Onilliklər boyu bərabərlik uğrunda mübarizə apardıqdan sonra, ondan yalnız gündəlik həyatımı dolduran hadisələrdə məni müşayiət edə bilməsi üçün qurban tələb etməyim ədalətli olmazdı. Angela Merkel

H[redaktə]

  • Həqiqətən dil milləti hər şeydən daha gözəl təmsil edir. Millət dil vasitəsi ilə bütün məziyyət və mövcudiyyətini ərz edə bilir. Adəm oğlunun sözü bəzi riyazi və fənni məfhumları andıran əlcəbr və ya kimya əlamətləri kimi ölü hərflər deyildir. Onun qanı, canı vardır. Millətlə bərabər doğar, onunla bərabər yaşar, tərəqqi edər. Məhəmməd Əmin Rəsulzadə
  • Həqiqi kimyaçı yalnız praktik və nəzəriyyəçi yox, həm də filosof olmalıdır. Mixail Lomonosov

X[redaktə]

  • Xeyr, bu hiylə işləməyəcək ... Kimya və fizika qanunları ilk sevgi kimi vacib bir bioloji hadisəni necə izah edə bilər. Albert Eynşteyn

K[redaktə]

  • Kimya - fizikanın sağ əli, riyaziyyat - onun gözləridir. Mixail Lomonosov
  • Kimyaçı qəlbindən şəfqət, hörmət, həsrət, səbr, peşmanlıq və əfv etmək kimi elementləri çıxarıb onları birləşdirərək sevgi adlı bir atoma çevirə bilər. Cübran Xəlil Cübran
  • Kimyəvi çevrilmələri aparmadan və onu praktikada görmədən kimyanı heç vəchlə öyrənmək olmaz. Mixail Lomonosov

M[redaktə]

  • Məndən nə kimyaçı? Mən siyasi iqtisadçıyam. “Kimyanın əsasları” da nə var ki? “İzahlı tarif” isə başqa məsələ. Dmitri Mendeleyev
  • ..Müşahidə elmlərinin “dəqiq” adlanan iki qrupu var - astronomiya, fizika, kimya və s., digəri isə ağ və qara sehr, astrologiya, qrafologiya, palmistika və s.. Meteorologiya da bu ikinci qrupa aiddir. Aleksey Krılov

O[redaktə]

  • (Oksigen haqqında) Ruh kimyaçılar tərəfindən uydurulub. Deyirlər ki, onsuz yaşamaq mümkün deyil. Boş şeylərdir. Yalnız pulsuz yaşamaq mümkün deyil. Anton Çexov

S[redaktə]

Ş[redaktə]

  • Şair üçün mirvari dənəsi - dənizin gözyaşı, şərq xalqları üçün daşa dönmüş şeh damcısı; qadınlar üçün sədəf rəngli qiymətli bəzək daşı, kimyaçı üçün fosfor duzlarının kalium –karbonatla birləşməsi, nəhayət, naturalist üçün yumşaq mantiya toxumasının içərisində sədəfin kürəcikli axınlarından ibarət ağrılı şişdir. Jül Vern

İstinadlar[redaktə]