İlahiyyat
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Allahın iradəsini pərgarla ölçmək istəyən riyaziyyatçı, həmçinin Zəbur kitabının köməyi ilə astronomiyanı və ya kimyanı dərk etməyin mümkün olduğunu düşünən ilahiyyatçı müəllim axmaqdır. Mixail Lomonosov
H[redaktə]
- Həqiqətə münasibətdə tarix dinə münasibətdə ilahiyyat kimidir, yəni barələrində danışmağa dəyməz. Robert Xanlayn
X[redaktə]
- Xalis, hüdudsuz zəka elə ilahiyyatın özüdür. Georq Vilhelm Fridrix Hegel
İ[redaktə]
- İlahiyyat elmdir, lakin bu elmə nə qədər elmlər sığışıb! İnsan bir çox hissələrdən ibarətdir, lakin onu hissələrə ayırsan, hər bir hissə ayrılıqda insan ola bilərmi? Baş, ürək, damar, damarın hər parçası, qan, qanın hər damlası? Şəhər, yaxud kənd uzaqdan şəhər, yaxud kənd kimi görünür, lakin yaxına gələndə evləri, ağacları, yarpaqları, otu, qarışqanı, qarışqanın ayaqlarını, beləcə sonsuzluğa qədər minlərlə detalı görürsən. Və bütün bunlar "kənd" anlayışına daxildir. Blez Paskal
- İnam- bu, ilahiyyatın insan zəifliyi üzərində qələbəsidir. Volter
U[redaktə]
- Ulduzların mövcud olduğu müddətdə astronomiyaların dəyişməsi insan həyatının və düşüncəsinin hər bir sahəsinin, ən azı, dinin əsl bənzətməsidir. Heç bir mövcud ilahiyyat ruhani həqiqətin yekun ifadəsi ola bilməz. Harri Emerson Fosdik
Y[redaktə]
- Yemək üçün zəhər nədirsə, din üçün də ilahiyyat odur. Napoleon Bonapart