Bar
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağac bar verdikcə başını aşağı əyər. Azərbaycan atalar sözləri/A
- Ağac barı, insan yaxşılığı ilə qiymətlidir. Assuri atalar sözləri
- Ağac barıyla tanınar. Benqal atalar sözləri
- Ağac və müəllim öz barı ilə tanınır. Fars atalar sözləri
- Ağacın barı özünə yük olmaz. Benqal atalar sözləri
- Ancaq məhəbbət – həmişə yenidir. Həyatın boyu məhəbbətlə neçə dəfə rastlaçacağının əhəmiyyəti yoxdur – bir, iki və ya üç. Hər dəfə biz məchulluq və sirlə qarşılaşırıq. Məhəbbət bizi göylərə qaldıra bilər, cəhənnəmə ata bilər, lakin heç vaxt əvvəlki yerimizdə qoymaz. Məhəbbətdən imtina etmək olmaz, zira o, yaşamımızın qidasıdır. Ondan imtina etsək, həyat ağacının bardan əyilmiş budaqlarına baxa-baxa və o bardan cürət etmədən aclıqdan ölərik, halbuki, budur onlar – sadəcə əlini uzatmalısan. Paulo Koelyo
B
[redaktə]- Bağ salan barın yeyər. Azərbaycan atalar sözləri/B
- Bağbanın könlü olsa, nə gəlib bağda bara. Azərbaycan atalar sözləri/Ümid, arzu və istək
- Bar verən ağacı kəsməzlər. Azərbaycan atalar sözləri/B
- Barlı ağaca daş atarlar. Azərbaycan atalar sözləri/B
- Barlı ağacın başı aşağı olar. Türkmən atalar sözləri
- Barlı ağacın başına dolanarlar. Azərbaycan atalar sözləri/B
- Barsız ağaca daş atmazlar. Azərbaycan atalar sözləri/B
Ə
[redaktə]- Əsəri olmayan alim barsız ağacdır. Sədi
H
[redaktə]- Hiylə və xəyanət ağacının barı müsibət və fəlakət olar. Kəlilə və Dimnə
N
[redaktə]- Nəticəsiz ümid barsız ağac kimidir. Ərəb atalar sözləri
V
[redaktə]- Vaxtsız çiçək açan arzular bar verməz. Əbu Turxan
Z
[redaktə]- Zəhmətin barı, torpağın varıdır. Azərbaycan atalar sözləri/Z