Məzmuna keç

Metod



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
  • Bilik qüvvədirsə, metod ona aparan yoldur, yolçunun yolunu işıqlandıran fanardır. Frensis Bekon
  • Bir din, sonsuz və mütləq bir qəti həqiqəti təcəssüm etdiyi iddiası ilə bir elmi nəzəriyyədən fərqlilik göstərərkən, elm isə daima təcrübəyə söykənir, indiki nəzəriyyələrin tez ya da gec yenidən biçimləndirilməsini zəruri hesab edir və metodunun məntiqi bir bütün ilə son nəticəyə çatmasında yetərsiz olduğunu dərk edir. Bertran Rassel
  • Bir mədəniyyəti dəyərləndirmənin ən doğru metodu onun yaratdığı insan tipinə baxmaqdır. Avraam Linkoln
  • Biz elmi metodlar sayəsində dünyəvi həqiqətlər haqqında biliklərə malik olacağımıza, qazandığımız biliklərlə gücümüzü daha da artıracağımıza və həyatımızı sahmana salacağımıza inanırıq. Əgər bu inamımız illüziyadan ibarətdirsə, deməli, biz də sizinlə eyni vəziyyətdəyik. Ancaq elm öz çoxsaylı vacib uğurları ilə bizə göstərmişdir ki, bu inancımız heç də illüziya deyildir. Ziqmund Freyd
  • Hökmdar layiqli metodlarla sərvət toplamalı, eyni zamanda nəcib ziyalıları da mükafatlandırmalıdır. Çanakya/Hökmdar
  • İndiki rəhbərliyə sürətli və аsаn yоl, sаdəcə, mövcud dеyil. Hunlаr bütün həyаtlаrı bоyu оxumаlıdırlаr, yеni idеyаlаrı, nоvаtоrluq prоsеdurlаrını və mеtоdlаrı öyrənməli və bu imkаnı hеç vаxt əldən vеrməməlidirlər. Atilla
  • İnsan haqqında danışarkən bütövlükdə bütün bəşəriyyəti təsəvvür edirik və ayrıca bir şəxsə elm metodlar tətbiq edərkən bu fiziki faktı nəzərə almaq lazımdır. Məgər bu gün bu milyon fərdlərin, sonsuz tiplərin, xarakterlərin bütöv bir vahid təşkil etməsinə kimsə şübhə edə bilərmi? Nikola Tesla
  • Nəticənin məqsədi- biz hər hansı bir vəziyyəti müdafiə edəndə ortaya çıxan problemdən nəticə çıxarmağa, ziddiyyətə yol verməməyə kömək edə biləcək metod tapmaqdır. Aristotel
  • Ruhun sirləri təbiət elmlərinin metodları ilə açılmalıdır. Edmund Husserl
  • Sülhə çatmağın yeganə yolunun dinc metodlarla olduğuna qərar verən hər bir xalq tezliklə başqa bir xalqın bir hissəsi olacaqdır. Riçard Nikson
  • Şairlər və filosoflar təhtəlşüuru məndən əvvəl kəşf etdilər. Mən isə təhtəlşüuru araşdırmaq üçün lazımi elmi metodu kəşf etmişəm. Ziqmund Freyd
  • Üç Veda (Dünyanın dərk edilməsinin üç metodu) biliyinə malik olanlar qurban verməyin mənasını anlayırlar. Çanakya
  • Varlıq problemini həll etməyin yollarından biri də, bizə uzaqdan möhtəşəm və sirli görünən insanlara yaxınlaşıb heç bir sirləri, gözəllikləri olmadığını anlamaqdır; sağlamlığı qorumağın saf-çürük edilmiş fərqli yollarından biridir bu; çox da tövsiyə edilən bir metod olmaya bilər, amma yenə də həyatımıza davam etməyimizi və — ən yaxşısına çatdığımızda və ən yaxşısının çox da qeyri-adi olmadığına bizi inandırmaq şərtiylə, nəyinsə həsrətində olmamağımıza yol verdiyindən – ölümə boyun əyməyimizi təmin edən bir dinclik verir bizə. Marsel Prust
  • Yaxşı heykəl yaratmaq üçün qədimi əsərlərinin surətini deyil; ilk əvvəl təbiətin əsərlərinə baxmaq, klassiklərdə isə onların təbiəti izah etdiyi metodu görmək lazımdır.
    • Aysedora Dunkan Ogüst Roden tərəfindən sitatın söylənildiyini bildirmişdir. Sitat Con Ernest Krouford Flitçin "Müasir rəqslər və rəqqaslar" (1912) kitabında qeyd olunmuşdur.
  • Zorakılığı öz metodu elan edən hər kəs qaçılmaz olaraq yalanı öz prinsipi kimi seçməlidir. Aleksandr Soljenitsın

İstinadlar

[redaktə]