Ər
Görünüş
Ər — arvadın qanuni və məhrəm yoldaşı olan kişi
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllı qadın! Əgər istəyirsən ki, ərin boş vaxtlarını səninlə keçirsin, elə elə ki, o səndə gördüyü həzzi və rahatlğı, etibarı və təvazökarlığı heç yerdə tapa bilməsin. Pifaqor
- Ağıllı qadın ərini xoşbəxt, ağılsızı isə bədbəxt edir. Tristan Bernar
- Aldadıban ər tutmaq övrət işidir. Kitabi Dədə Qorqud
- Alın təri, ucaldar əri. Azərbaycan atalar sözləri/A
- Alp ər ərdəb adın yatırmaq eyib olur. Kitabi Dədə Qorqud
- Alp ərə qorxu vermək eyib olur. Kitabi Dədə Qorqud
- Arvadı göstər, deyim əri necə adamdır. İspan atalar sözləri
- Arvadın hörməti ərinə görə, oğlun izzəti atasına görə, şagirdin biliyi müəlliminə görə, ordunun gücü sərkərdəsinə görə müəyyən edilir. Kəlilə və Dimnə
- At işləməsə, ər öyünməz. Kitabi Dədə Qorqud
- At işlər, ər öyünər. Kitabi Dədə Qorqud
B
[redaktə]- Bir-birini sevən ər-arvad komada da xoşbəxt olar. Alman atalar sözləri
D
[redaktə]- Dağ başında qar olar, ər kişidə ar olar. Özbək atalar sözləri
E
[redaktə]- El tutanı ər tutar, Ər atanı el atar. Azərbaycan atalar sözləri/E
- Elin işi ər əlində, ərin işi el əlində. Tatar atalar sözləri
- Eskimoslar arasında kişilərin sayı daha çoxdur. Çox zaman bir qadının iki əri olur. Necə də praktik bir xalqdır. Rual Amundsen
Ə
[redaktə]- Ər ağırın, ər yürüsün at bilir. Kitabi Dədə Qorqud
- Ər comərdin, ər nakəsin ozan bilir. Kitabi Dədə Qorqud
- Ər, ərdən adın yaşırmaq eyib olur. Kitabi Dədə Qorqud
- Ər malına qıymayınca adə çıxmaz. Kitabi Dədə Qorqud
H
[redaktə]- Ərəb müdrikləri (filosofları) beş cür arvaddan qaçmağın vacib olduğunu demişlər: "hənnanə", "mənnanə", "ənnanə", "kiyyət əl-qəfa", "xəzra üd-dəmən".
"Hənnanə" başqa kişidən uşağı olan və təzə ərinin dövləti ilə onlara mehribanlıq göstərən qadına deyərlər. "Mənnanə" öz dövləti ilə ərinin boynuna minnət qoyan qadına deyərlər. "Ənnanə" əvvəllər daha yaxşı yaşamış, ya daha dövlətli ər görmüş, indiki halından və ərindən daima şikayət edən arvada deyərlər. "Kiyyət əl-qəfa" elə əxlaqsız qadına deyərlər ki, əri ayağını bir yana qoycaq özünə başqa bir kişi tapar, ərinin adını bədnam edər. "Xəzra üd-dəmən" bədcins gözəl arvada deyərlər, onu "yaşıl təzək" adlandırmışlar. Nəsirəddin Tusi
- Həyatda bircə günah var, o da oğurluqdur. Bütün digər günahlar oğurluğun növləridir. Kimisə öldürəndə onun həyatını oğurlayırsan, arvadından ərini, uşaqlardan atasını oğurlayırsan. Yalan danışanda birinin həqiqəti bilmə haqqını oğurlayırsan. Oğurluqdan daha alçaq hərəkət yoxdur. Xalid Hüseyni
X
[redaktə]- Xala evinə dadanan, ər evində dayanmaz. Azərbaycan atalar sözləri/X
İ
[redaktə]K
[redaktə]- Kar bir ərlə, kor bir qadın xoşbəxt bir cütdür. Danimarka atalar sözləri
- Könlün yuca tutan ərdə dövlət olmaz. Kitabi Dədə Qorqud
Q
[redaktə]- Qadir Tanrı verməyincə, ər bayımaz. Kitabi Dədə Qorqud
- Qadın ərini daha az sevməli, lakin daha çox anlamalı, kişi, arvadını daha çox sevməli, lakin anlamağa çalışmamalıdır. Oskar Uayld
Ö
[redaktə]- Öyünməklə övrət ər olmaz. Kitabi Dədə Qorqud
P
[redaktə]- Pinti arvada kor ər gərək. Ləzgi atalar sözləri
Ü
[redaktə]Y
[redaktə]- Yaxşı arvad səfeh kişini ər eylər, səfeh arvad yaxşı kişini zəlil. Qırğız atalar sözləri
- Yaxşı ər heç vaxt axşam birinci yatmır və səhər sonuncu oyanmır. Onore de Balzak
- Yağışın çoxu — yeri zay elər, sözün çoxu — əri zay elər. Özbək atalar sözləri