Nəvə
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Allahların məhkəməsi necə də mükəmməldir! Məgər hansısa bir dövlət, atanın, yaxud babanın törətdiyi cinayətə görə oğlu və nəvəni mühakimə edən qanun təsis edən qanunvericini qəbul edərdi? Mark Tulli Siseron
- Ata torpağı ələk-vələk edir, oğul əkir, nəvə varlanır. Fin atalar sözləri
B
[redaktə]- Babadan hikmət – nəvədən xidmət.[1]Azərbaycan atalar sözləri/B
- Babalarımın kim olduğu mənə maraqlı deyil, mənə maraqlı olan nəvələrimin gələcəkdə kim olacağıdır. Avraam Linkoln
- Babanın üzünü ağardan nəvəsi olar.[2]Azərbaycan atalar sözləri/B
- Birinci nəvə, adama doğma uşaqlarından əziz olar. Yapon atalar sözləri
D
[redaktə]- Dövlətə dəvə, nənəyə nəvə. Azərbaycan atalar sözləri/D
M
[redaktə]- Mükəmməl sevgi bəzən nəvələr dünyaya gəlməyincə gəlmir. Dmitri Pisarev
N
[redaktə]- Nənə nəvənin oyuncağıdır.[3] Azərbaycan atalar sözləri/N
- Nəvələr babalardan ağıllıdır. Vyetnam atalar sözləri
O
[redaktə]- Oğul, nəvə, dost, müttəfiq, mənimlə bağlılığı olan hər kəs yaxşılığımdan nəsibləndi. Səadətimin parlaqlığı və yüksəkliyi heç kimi unutmağa səbəb olmadı. Tərəfimdən hər vaxt, hər kəs layiq olduğu mükafat və hörmətə qovuşdu. Ulduzumun sönüklüyü zamanlarında əldə etdiyim təcrübələr, dostlara qarşı necə, düşmənlərə qarşı necə davranmaq lazım olduğunu mənə öyrətmişdi. Teymurləng
Ö
[redaktə]- Ölməz, itməz Xədicə, görər nəvə-nəticə. Azərbaycan atalar sözləri/Ö
- Övladda nəvə, dövlətdə dəvə. Azərbaycan atalar sözləri/Ö
- Övladlarını sevməyən atalar ola bilər; amma, nəvəsini dəli kimi sevməyən baba ola bilməz. Viktor Hüqo
P
[redaktə]- Pis oğula ana cavabdehdir, pis nəvəyə — nənə. Vyetnam atalar sözləri
İstinadlar
[redaktə]- ↑ Atalar sözü və məsəllər. Toplayanı və tərtib edəni: Aslan Əsədov. Bakı-2008
- ↑ sözləri. Bakı, "Nurlan", 2013
- ↑ Azərbaycan folkloru antologiyası. VII cild. Qaraqoyunlu folkloru. Tərtib edənlər: f.e.n. Hüseyn İsmayılov, Qurban Süleymanov. Elmi redaktoru prof. Qara Namazov. Bakı–"Səda"–2002, səh: 192–220