Gəlin

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Atası evinə qaçan qızdan gəlin olmaz. Teymur Bünyadov
- Ay qaynana,elə bil,gəlin olmamısan?! Azərbaycan atalar sözləri/A
B[redaktə]
- Başqasının namusuna göz tikmə! Gördüyün hər bir gəlin bir evin çırağıdır. Məhəmmədhüseyn Şəhriyar
E[redaktə]
- Evdə öz başını bağlaya bilmir, toyda gəlin başı bağlayır. Azərbaycan atalar sözləri/E
- Evin yaraşığı gəlindir. Azərbaycan atalar sözləri/E
D[redaktə]
- Dəli qız deyər:anasız olaydım, bədəsil gəlin deyər:qaynanasız. Azərbaycan atalar sözləri/D
- Dəlicə qızdan dəlicə gəlin olar. Azərbaycan atalar sözləri/D
- Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan, lakin həqiqətdə sehrbaz bir qarıdır. Mövlana Cəlaləddin Rumi
G[redaktə]
- Gəlin at belində gələr. Ancaq kimə qismət olduğunu kimsə bilməz. Kürd atalar sözləri
- Gəlin atasına: "Həm ağlaram, həm gedərəm" deyər. Türk atalar sözləri
- Gəlin atlandı, gör kimə düşdü. Azərbaycan atalar sözləri/G
- Gəlin bəzənənəcən toy sovuşdu. Azərbaycan atalar sözləri/G
- Gəlin bəzənincə toy əldən gedər. Azərbaycan atalar sözləri/G
- Gəlin - çiçək; dediyi göyçək. Türk atalar sözləri
- Gəlin gəlin deyil, gəldiyi yer gəlindir. Azərbaycan atalar sözləri/G
- Gəlin mənim süpürgəmdi, hara qoydum, orda da durmalıdı... Qayınana (film, 1978)
- Gəlin ocağa, bərəkət bucağa. Azərbaycan atalar sözləri/G
- Gəlin ocağa çəkər. Azərbaycan atalar sözləri/G
- Gəlin ocağa gələr. Azərbaycan atalar sözləri/G
- Gəlin oldun, dilini çək. Azərbaycan atalar sözləri/G
- Gəlin oynaya bilmədi, dedi: otaq əyridi. Azərbaycan atalar sözləri/G
- Gəlini evdən qoruyarsan, oğru olar. Azərbaycan atalar sözləri/G
- Gəzəyən qızdan gəlin olmaz. Azərbaycan atalar sözləri/G
Q[redaktə]
- Qara qız gəlin oldu, ürəyi sərin oldu. Azərbaycan atalar sözləri/Q
- Qədəmi qutsuz gəlin deyincə, udsuz gəlin desinlər. Kitabi Dədə Qorqud
O[redaktə]
- Ocaq közsüz qalmaz, gəlin sözsüz. Azərbaycan atalar sözləri/O
Ö[redaktə]
- Ördək gəlib qaz olmaz, gəlin gəlib qız olmaz. Azərbaycan atalar sözləri/Ö
S[redaktə]
- Sarımsağı gəlin eləmişlər, qırx gün qoxusu çıxmamış. Azərbaycan atalar sözləri/S
- Subay adamın gözü ilə qız alma, gəlin gözü ilə bez. Azərbaycan atalar sözləri/S
Y[redaktə]
- Yaxşı gəlin doğma qızdan, yaxşı yeznə doğma oğuldan yaxşıdır. Vyetnam atalar sözləri
- Yaxşı qızdan yaxşı gəlin olar. Azərbaycan atalar sözləri/Y
İstinadlar[redaktə]
Ailə üzvləri və qohumlar | |
---|---|
Ər • Arvad • Ata • Ana • Baba • Nənə • Qardaş • Bacı • Oğul • Qız • Gəlin • Ögey • Əmi • Əmioğlu • Əmiqızı • Dayı • Dayıoğlu • Dayıqızı • Bibi • Bibioğlu • Bibiqızı • Xala • Xalaoğlu • Xalaqızı • Əmizadə • Qayın • Baldız • Qayınata • Qayınana • Kürəkən • Yeznə • Bacanaq • Süd anası • Nəvə • Nəticə • Kötücə • Yadicə • Kirvə • Yengə • Quda |