Qohum
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Aclıq, nə dost, nə qohum, nə insanlıq, nə də haqq tanıyar. Daniel Defo
- Adam kasıblayanda köhnə borclarını və uzaq qohumlarını xatırlayır. Kürd atalar sözləri
- Adil hakimin qohumu yoxdur, qohumu çox olan hakimin insafı. Qırğız atalar sözləri
- Ağılla gözəlliyin qohum olması nadir hallarda olar. Alman atalar sözləri
- Amansız hökmdarı, savadsız müəllimi, qəzəbli arvadı və laqeyd qohumları təcili tərk etmək lazımdır. Çanakya
- Arvad qohumu süfrə başında, kişi qohumu tabut başında. Assuri atalar sözləri
- Arvad qohumu yuxarı başda, kişi qohumu - qapı yanında. Qırğız atalar sözləri
B[redaktə]
- Bir kənd bütöv qohum olunca, hər kənddə bir qohum olması yaxşıdır. Adıgey atalar sözləri
Ə[redaktə]
- Ən pis nifrət qohumların nifrətidir. Qai Korneli Tasit
İ[redaktə]
- İşi yaxşı olanda yad olur, pis olanda - qohum. Koreya atalar sözləri
Q[redaktə]
- Qohum qohumun ətini də yesə, sümüyünü yeməz. Assuri atalar sözləri
M[redaktə]
- Müasir həyatda heç nə yaxşı bayağılıq qədər təsiredici deyil. Bu bütün dünyanı bir-birinə qohum edir. Oskar Uayld
N[redaktə]
- Nə ana, nə ata nə də hər hansı bir qohum insana yaxşı idarə olunan bir ağıldan daha çox faydalı ola bilər. Qautama Budda
R[redaktə]
- Rəhmdillik ona deyilir ki, dünyadakı xeyir işlərdə vətəndaşlara, qohum-qardaşlara, dost-aşnalara əl tutasan. Nəsirəddin Tusi
V[redaktə]
- Varlı üçün yoxsul qohum, yad kimidir. Madaqaskar atalar sözləri
- Vəzifə maqinit, dost-tanış, qohum-qəblə isə dəmir qırıntılarıdır. Elman Həbib