Məzmuna keç

Təhsilli



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllı, təhsilli insanlar lazımdır. Bəşəriyyət daha yaxşı həyata yaxınlaşdıqca, bu adamların sayı çoxalacaq və sonda əksəriyyət təşkil edəcək. Anton Çexov
  • Alim və təhsilli adam üçün yaşamaq, düşünmək deməkdir. Mark Tulli Siseron
  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
  • Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə. Hacı Zeynalabdin Tağıyev
  • Dövlətin gücünü təmin edən ən yaxşı zabitləri, tədrisçiləri himayə et. Onlarla nəzakətlə rəftar et və şərəf ver. Bir fəzilətli adamdan bəhs edildiyini öyrəndinsə, onunla səmimi bir şəkildə söhbətə və əlaqəyə gir, ona mülk ver və onu himayə et. Ərdəm, alim və təhsilli insanların sayı onda artacaq. I Osman
  • Hər bir ali təhsilli məmur ziyalı, əsilzadə sayılmadığı kimi, hər var-dövlət sahibi, vəzifəli şəxs də, əgər daxilən mənəviyyat sahibi deyilsə, mədəni ola bilməz. [1] Teymur Əhmədov
  • Hər cahil və təhsilsiz insan bir mənada uşaqdır və uşaq kimi mifləri sevir. Yarı təhsilli bir insanı fərqləndirən budur, çünki zehni kifayət qədər inkişaf etməyənlər üstəlik uşaqlıqdan əldə etdiyi vərdişini qoruyub saxlayır. Ancaq miflərdəki möcüzəli ünsür nəinki zövq verir, hətta qorxu da aşılayır, onda həm uşaqlar, həm də böyüklər üçün hər cür miflərdən istifadə edə bilərik. Strabon
  • Hökmdar kimi zəngin, təhsilli, maariflənmiş, səltənətin yarısını ələ keçirmiş saray əhlindən yaxa qurtara bilməyən hökmdar məhkumdur. Çanakya/Hökmdar
  • Qəhrəman olduğumu iddia etmirəm, amma sağlam, təhsilli və ağıllıyam. Uilyam Qoldinq
  • Qoca, məşhur, təhsilli, bacarıqlı, cəsarətli, ayələri bilən, poetik, nəcib insanlar zənginə yaxınlaşıb deyəcəklər:“Uğurlar və uzun ömür!” Çanakya
  • Ordu komandiri hərbi elmlərdə bilikli, təhsilli, yorulmaz və cəsarətli olmalıdır. Çanakya
  • Planetlər və peyklər günəşin olduğu kimi, təhsil də intellektin təbii üstünlüyüdür. Çünki, təhsilli adi adam özünün fikirləşdiyini yox, başqalarının fikirləşdiklərini deyir və özünün edə biləcəyi şeyləri yox, başqalarından öyrəndiyi şeyi edir. Artur Şopenhauer
  • Savadsızları və cahillərı Siz, əgər belə demək mümkündürsə, zərif sənətlərə (incəsənətə) öyrədirsiniz ki, sizə nə vaxt lazım olsa, əlinizin altında təhsilli insanlar olsun. Niyə siz pis insanları yenidən tərbiyələndirmirsiniz ki, sonra namuslu insanlara ehtiyac olanda, onlardan istifadə edə biləsiniz, necə ki, siz özgə şəhərləri və düşərgələri zəbt edərkən, başkəsənlərə ehtiyac duyursunuz? Sinoplu Diogen
  • Təhsilli axmaq təhsilsizdən daha dözülməzdir. Robert Lembke
  • Təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olarsa üsyankar olarlar. Kiçik insanlar ədalət olmadan cəsarət sahibi olarsa quldur olarlar. Konfutsi
  • Təhsilli olmaq hələ ağıllı olmaq demək deyil. Umberto Eko
  • Tərbiyə hər şeydi. Şaftalı keçmişdə acı badam idi. Rəngli kələm isə ali təhsilli adi kələmdən başqa bir şey deyildi. Mark Tven

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.486.