Robert Lembke
Görünüş
Robert Lembke | |||
Doğum tarixi | 17 sentyabr 1913 | ||
Doğum yeri | Münxen | ||
Vəfat tarixi | 14 yanvar 1989 | ||
Vəfat yeri | Münxen | ||
Dəfn yeri | Westfriedhof | ||
|
Robert Lembke (1913–1989) — alman jurnalist və televiziya aparıcısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bir qadın eyni suala bir neçə dəfə "yox" deyirsə, bu, "bəlkə" deməkdir.
- Boşanmada təcrübəli qadın əri də daxil olmaqla hər şeyi özü üçün saxlayır.
Ə
[redaktə]- Əgər nənə və babalar nəvələrinin tərbiyəsinə müdaxilə etməyi lazım bilirlərsə, bu, onların övladlarının tərbiyəsində o qədər də uğurlu olmadıqlarını göstərir.
H
[redaktə]- Hər qadının həyatında iki əsas kişi var: evləndiyi və evlənmədiyi.
İ
[redaktə]- İçki sirr və namusdan başqa hər şeyi qoruyur.
- İqtisadiyyatın əksər rəhbər vəzifələrini qadınların tutduğu yeganə sahə evlilikdir.
- İndiki vaxtda uşaqlar haradan gəldiklərini bildiyi halda, valideynləri hara getdiklərini bilmirlər.
J
[redaktə]- Jurnalistlər uzun müddət sənin kürəyini sığallayır, bıçaq vurmağa yer axtarırlar.
M
[redaktə]- Məhəbbət iki nəfəri birdən yatağa salan ağır xəstəlikdir.
P
[redaktə]- Pessimist olmaq yaxşıdır, çünki pessimistlər nadir hallarda məyus olurlar.
R
[redaktə]- Rəhbərin bacarığı onun tabeliyində olanların bacarıqlarını qiymətləndirmək bacarığı ilə ölçülür.
S
[redaktə]- Sevilmək bəzən bir cəzadır. Sevilib sevilmədiyini bilməmək işgəncədir.
T
[redaktə]- Təhsilli axmaq təhsilsizdən daha dözülməzdir.
Y
[redaktə]- Yalnız yaxın insanlar ayaqlarınızı daima basa bilərlər.
- Yollarda ən böyük təhlükə, sürücüsünün düşündüyündən daha sürətli gedən avtomobildir.