Rəzil

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Antisemitizm heç də qorxunc deyil, sadəcə iyrənc, rəzil və axmaqdır: ona görə iyrəncdir ki, şəxsiyyətə qarşı deyil, qana qarşı yönəlibdir, ona görə rəzildir ki, həqarətli görsənmək istəsə də, paxıldır, ona görə axmaqdır ki, məqsədi dağıtmaq olduğu halda onu daha da birləşdirir. Yəhudilər o zaman yəhudi olmayacaq ki, yəhudi olmaq milli anlamda sərfəli olmayacaq, əxlaqi anlamda rüsvayçılıq olacaqdır. Əxlaqi mənada yəhudi olmaq o zaman rüsvayçılıq olacaq ki, bizim xristian ağalar, nəhayət, həqiqi xristian olacaqlar, başqa sözlə — başqalarının həyatını yaxşılaşdırmaq xətrinə öz həyat şərtlərini şüurlu şəkildə pisləşdirəcək, bu pisləşmədən də həzz alıb sevinəcəklər. Amma hələ ki, bu baş verməyib, iki min il də bunun üçün kifayət etməyib. Mark Levi
  • Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalaiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi

B[redaktə]

  • Bəziyər vəzir edər, soyundurar, rəzil edər. Azərbaycan atalar sözləri/B
  • Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən daha rəzil düşmən ola bilməz. Sokrat
  • Bu dünya üçün çalışan təvazökar fasiq (fasiq-alçaq, rəzil, murdar adam) o dünya üçün çalışan mütəkəbbir abiddən (abid - İbadət edən) yaxşıdır. Nuşirəvan Adil Xosrov

K[redaktə]

  • Küçə itlərinin ov itini görməyə gözü olmadığı kimi hünərsizilərin də hünər sahibini görməyə gözləri olmaz, hay-küy qoparırlar, lakin qabağa gəlməkdən qorxarlar, yəni rəzil adam sənətdə birinə üstün gələ bilmədikdə böhtana başlayıb onun üstə düşər. Sədi Şirazi

M[redaktə]

  • Mənə həsəd aparır hər tərəfdə min düşmən
    Çuğullayır məni hər yanda min rəzil, ədna.
    Mənim tək arif olanlar həsəddən olmaz iraq,
    Mənim tək alim olanlar çəkir həmişə cəfa. Əbül-üla Gəncəvi
  • Mənim xalqımı rəzil edən o bayquşları (mollaları) tabutum üstündə ulaşmağa qoymayın! Mirzə Fətəli Axundov

Ş[redaktə]

  • Şərəfsiz şair poetik istedaddan məhrum olan hər hansı başqa bir şərəfsizdən daha mənfur, daha rəzil və günahkar bir vücuddur. Viktor Hüqo

Y[redaktə]

İstinadlar[redaktə]