Hörmət

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır. Heydər Əliyev
  • Ağlımda maraq,şübhə və hörmət oyandıran iki şey var: Üzərimdə ulduz kimi parıldayan cənnət və içimdəki əxlaq qanunu. İmmanuel Kant
  • Alim hər hansı bir fərziyyəni dinləməyə çalışan, lakin bunun ədalətli olub-olmadığını özü müəyyən edən insan olmalıdır. Fenomenlərin xarici əlamətləri alimin mühakimələrini bağlamamalı, sevdiyi bir fərziyyəyə malik olmamalı, məktəbdən kənar olmalı və heç bir səlahiyyətə malik olmamalıdır. Fərdlərə deyil, obyektlərə hörmət etməlidir. Bu keyfiyyətlərə zəhmət əlavə edilsə, təbiət məbədində pərdəni qaldıracağına ümid edə bilər. Maykl Faradey
  • Alimlərə hörmət edən şəxs elə bil mənə hörmət edir. Məhəmməd peyğəmbər
  • Arvad bizim məşuqəmiz deyil, dostumuzdur, həyat yoldaşımızdır. Ona görə də o, lap qocalıb qarı olduqda da biz onu sevməli və ona hörmət etməliyik. Vissarion Belinski
  • Arvadın hörməti ərinə görə, oğlun izzəti atasına görə, şagirdin biliyi müəlliminə görə, ordunun gücü sərkərdəsinə görə müəyyən edilir. Kəlilə və Dimnə
  • Аsiyаlı və аvrоpаlı əcdаdlаrımızdаn bizə irs qаlаn irqi, mədəni, əxlaqi və sоsiаl kоnsеpsiyаlаr həmvətənlərimizə, оnlаrın istedad və rifаhınа hörmətdən kеçməklə hər şеyi qəbul еtməli və еhtirаm göstərməlidir. Pirаmidаnı öz şəxsi şərəfin üzərində qurmаq yоlvеrilməzdir. Nə qədər ki, biz şəxsi və milli аdətlərimizi möhkəm sаxlаyırıq, bizim həyаt еnеrjimizi sümürən təmtərаqlı özünüsеvmə оyunlаrının qurbаnı оlmаmаlıyıq. Atilla
  • Atasına hörmət edən adamın ömrü uzun olar. Ərəb atalar sözləri
  • Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
  • Azad olmasaq, heç kim bizə hörmət etməyəcək. Abdul Kalam

B[redaktə]

  • Başqalarına hörmət etməyən özünə hörmət etmir. Fyodor Dostoyevski
  • Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabliyyəti hər bir adama lazımdır. Heydər Əliyev

Ə[redaktə]

  • Əgər öz ad-sanına hörmət edirsənsə yaxşı keyfiyyətli adamla otur-dur çünki, tək olmaq pis dostluqdan yaxşıdır. Corc Vaşinqton
  • Əgər qanunlara hörmət edilməsini istəyiriksə, əvvəl hörmət ediləcək qanunlar düzəltmək lazımdır. Louis Brandeis

G[redaktə]

  • Gəncliyə, yaşlılıqdan çox hörmət etməliyik. Viktor Hüqo

H[redaktə]

  • Hərçənd bizə milliyyətçi deyərlər. Amma, biz elə milliyyətçilərik ki, əməkdaşlıq edən bütün millətlərə hörmət və riayət edərik. Onların milliyyətlərinin bütün zərurətlərini tanıyarıq. Bizim milliyyətçiliyimiz hər halda xudbincə və məğrurca bir milliyyətçilik deyil. Mustafa Kamal Atatürk
  • Hörmət etmədiyiniz insanla heç vaxt dost olmağa çalışmayın. Çarlz Darvin
  • Hörmət hissindən məhrum olan məhəbbət çox davam gətirməz və yüksəlməz. Aleksandr Duma
  • Hörmət görmək istəyirsənsə, təhqirdən başlama. Baltazar Qrasian

İ[redaktə]

  • İnsan düşünən bir heyvandır, insanları tanıdıqca heyvanlara hörmət edirəm. Aristotel
  • İnsanları bir-birinə bağlayan məntiq deyil, qarşılıqlı hörmət və məhəbbətdir. Qustav Lebon

K[redaktə]

  • Kimyaçı qəlbindən şəfqət, hörmət, həsrət, səbr, peşmanlıq və əfv etmək kimi elementləri çıxarıb onları birləşdirərək sevgi adlı bir atoma çevirə bilər. Cübran Xəlil Cübran
  • Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq. Maksim Qorki

Q[redaktə]

  • Qadın müğənnilərin və aktrisaların bir-birlərinə hörmət etdiklərini görəndə çox qürurlanıram, çünki onların qüvvətli olduqlarını düşünürəm.
  • Qanunlara ədalətli olduğuna görə deyil, qanun olduğuna görə hörmət edirlər. Monten

M[redaktə]

  • Millətçilik özü-özlüyündə hörmətə layiq, hətta möhtəşəm bir hadisədir, çünki o, xalqların həyatında bir zərurətdir. Mən hətta düşünürəm ki, bəşəriyyətin təkamülü tarixində millətçilik dindən sonra insan ruhunun ikinci böyük mərhələsidir. O, tarixdə ən böyük qəhrəmanlıqların nədəni olmuş, yenə də olacaq. Onsuz bir sıra xalqlar yenə də yadların zülmü altında inləməli olacaqdı və məhz onun sayəsində hələ bir çoxları uyğun çıxış yolu tapacaq... Həqiqi, dürüst, sonunadək özünə sadiq qalan millətçi, özününkünü müdafiə edərkən, başqasınınkı üzərində hər hansı zülmü də rədd etməlidir. [1]Əhməd bəy Ağaoğlu
  • Müəllimlərə, xilasedicilər və gecə gözətçilərinə hörmət qoy. Cekson Braun

O[redaktə]

  • O yerdə ki, qadına bir insan kimi hörmət yoxdur, orada mən yoxam. Çernişevski
  • Oğul, nəvə, dost, müttəfiq, mənimlə bağlılığı olan hər kəs yaxşılığımdan nəsibləndi. Səadətimin parlaqlığı və yüksəkliyi heç kimi unutmağa səbəb olmadı. Tərəfimdən hər vaxt, hər kəs layiq olduğu mükafat və hörmətə qovuşdu. Ulduzumun sönüklüyü zamanlarında əldə etdiyim təcrübələr, dostlara qarşı necə, düşmənlərə qarşı necə davranmaq lazım olduğunu mənə öyrətmişdi.

Ö[redaktə]

  • Öz-özünə hörmət etməyən adam heç vaxt xoşbəxt ola bilməz. Jan Jak Russo

P[redaktə]

  • Paxıl adam ölülərə dirilərə acıq vermək üçün hörmət edər. Klod Adrian Helvetsi: Fransız filosofu

S[redaktə]

  • Saç-saqqal ağartmaqla hörmət sahibi olmaq olmaz. Elm və kamal sahibləri hörmətə layiqdirlər. Hind atalar sözləri

Ş[redaktə]

  • Şit tərif nə onu deyənə, nə də aid olduğu adama hörmət qazandırır. Maksim Qorki

T[redaktə]

  • Tanrıya inanmasam da insanlara böyük hörmətim var. Bu ölkədə bir çox dinə sitayiş edən insanlar bir arada yaşayırlar. Əsas odur ki, inancımız nə olursa olsun, bir-birimizə hörmət qoymağı bacaraq. Ed Milibənd
  • Təcrübələrim mənə göstərdi ki, hüquqa bağlı olmayan bir hökumət uzun müddət ayaqda qala bilməz. Belə hökumətlər çılpaq olub, özünü görən hər kəsə qarşı gözlərini yerə dikən və kimsənin yanında hörmət və etibarı olmayan birinə bənzərlər. Hətta belə bir hökumət, tavanı, qapısı, həyət divarları olmayan və hər önünə gələnin içəriyə girdiyi bir evə də bənzədilə bilər. Teymurləng
  • Təmiz adamı təqib etmək olar, lakin hörmətdən salmaq olmaz. Volter

Ü[redaktə]

  1. "Bizim millətçilər" məqaləsindən