Məzmuna keç

Müstəqil



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmaqlıq etmək haqqı – şəxsiyyətin müstəqil inkişafının təminatlarından biridir. Mark Tven
  • Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. Heydər Əliyev
  • Atom bombası olmayan ölkənin özünü müstəqil hesab etməyə əsası yoxdur. Şarl de Qoll
  • Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda çox işlər gördü. İlk dəfə olaraq müsəlman Şərqində demokratik bir respublika yaratdı. İlk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinin nə olduğunu hiss etdi, gördü. Heydər Əliyev
  • Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. İlham Əliyev
  • Bir milləti hürr, müstəqil, şanlı, yüksək bir toplu olaraq yaşadan da, pis vəziyyətə, yoxsulluğa salan da təhsildir. Mustafa Kamal Atatürk
  • Bir sənətkar özünü müstəqil mənəvi dünyanın yaradıcısı kimi görür; o, bu dünyanı yaratmaq, onu insanlarla təmin etmək və onun üçün hərtərəfli məsuliyyət daşımaq vəzifəsini çiyinlərinə qaldırır; amma onun altında əzilir, çünki fani bir dahi belə bir yükü daşımağa qadir deyil. Necə ki, insan ümumilikdə özünü varlığın mərkəzi elan edərək, tarazlaşdırılmış mənəvi sistem yaratmağa müvəffəq olmayıb. Əgər ona bədbəxtlik gəlsə, o, günahı dünyanın əsrlər boyu davam edən disharmoniyasına, bugünkü parçalanmış ruhun mürəkkəbliyinə və ya ictimaiyyətin axmaqlığına atır. Başqa bir rəssam, yuxarıda daha yüksək bir gücü tanıyaraq, Allah cənnətinin altında təvazökar bir şagird kimi məmnuniyyətlə çalışır; o zaman yazılan və ya çəkilən hər şeyə, onun işini dərk edən ruhlara görə onun məsuliyyəti həmişəkindən daha tələbkardır. Amma bunun müqabilində bu dünyanı yaradan deyil, onu idarə edən də deyil, onun əsaslarına şübhə yoxdur; Sənətkar sadəcə olaraq dünyanın harmoniyasını, ona bəşəriyyətin töhfəsinin gözəllik və çirkinliyini başqalarından daha dərindən dərk etməli və bunu öz həmkarlarına kəskin şəkildə çatdırmalıdır. Bədbəxtlikdə və hətta varlığın dərinliklərində - yoxsulluqda, həbsxanada, xəstəlikdə - sabit harmoniya hissi onu heç vaxt tərk etmir. Ancaq sənətin bütün irrasionallığı, onun göz qamaşdıran dönüşləri, gözlənilməz kəşfləri, insana sarsıdıcı təsiri - onlar çox sehrlə doludur ki, bu sənətkarın dünyaya baxışı, bədii konsepsiyası və ya layiq olmayan əsərinin işi ilə yorulmaq olmaz. Aleksandr Soljenitsın
  • Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə – Azərbaycan dili ilə fəxr edirik. Heydər Əliyev
  • Biz müstəqil dövlət olaraq özümümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkminləşdirəcək. Heydər Əliyev
  • Biz sizinlə birlikdə gözəl həyatı da tərəqqi edən müstəqil Azərbaycan dövlətində görəcəyik. Heydər Əliyev
  • Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar... Heydər Əliyev/Təhsil
  • Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycan yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə inkişaf edə bilməzdi. Bunlar olmasaydı biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır. Heydər Əliyev
  • Elə etmək lazımdır ki, sizin sifətiniz, gözləriniz, səsiniz bəzi hallarda müstəqil olsun. Pedaqoq həmişə üzdən şən görünməlidir. Anton Makarenko
  • Evlənmək qərarı kişinin axırıncı müstəqil qəbul etdiyi qərar olur. Vanda Blonskaya
  • Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik, Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə bu gün bəzi hallarda dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da, narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. İlham Əliyev
  • İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəldilsin. Heydər Əliyev/Təhsil
  • İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsəd Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Heydər Əliyev/Təhsil
  • Kitablar arzular doğurur və onları yaşadır. Kitablar insanı düşünməyə sövq edir, ona müstəqil fikir yürütməyi öyrədir.[1] Stanislav Strumilin
  • Məhəbbət digər duyğularla yanaşı, müstəqil şəkildə mövcud olan sadə duyğudur – altıncı duyğu! Kimdəsə var, kimdəsə – yox. Əbu Turxan
  • Məktəb, gənc beyinlərə insanlığa hörməti, millət və ölkəyə sevgini, müstəqillik qürurunu öyrədər. Mustafa Kamal Atatürk
  • Mən Fransanın əzəməti, böyüklüyü deyəndə onun müstəqil, asılı olmayan siyasət yeridə bilməsini nəzərdə tuturam. Şarl de Qoll
  • …Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir… Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də bir o qədər uğurlu, parlaq olacaqdır. Mən əminəm ki, xalqımızın fitri istedadı və XX əsrdə təhsil sahəsində toplanmış təcrübə, yaranmış məktəblərin potensialı, yüksək təhsil vermək səviyyəsi Azərbaycanın indi orta məktəbdə təhsil alan gənc nəslin gələcəyə hərtərəfli hazırlanmasına təminat verir. Heydər Əliyev/Təhsil
  • Müstəqil həyata qədəm qoyan gənclər utancaq və təvəzökar olmalıdır, öünə arxayınçılıq və lovğalıq son nəticədə azğınlğa çevrilə bilər.. Fransua de Laroşfuko
  • Müstəqil namizədə səs verəndə heç vaxt vicdan əzabı çəkmirsən. Mel Qibson
  • Müstəqil təfəkkürə gedən ən qısa yol riyaziyyatdır. V.A.Kaberin(1902) sovet yazıçısı
  • Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur. Heydər Əliyev/Azərbaycan dili
  • Tərbiyə bir milləti ya hürr, müstəqil, şanlı, ali bir cəmiyyət halında yaşadır, ya da onu əsarət və səfillik içərisində qoyur. Mustafa Kamal Atatürk

Istinadlar

[redaktə]
  1. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.