Rəssam
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Alqışlar hər bir rəssam üçün arzu olunur. Müasirlərinin tərifləri onun üçün ən böyük mükafatdlr. Jan Jak Russo
- Allah da başqa rəssamlar kimi rəssamdır. Pablo Pikasso
B[redaktə]
- Böyük səbir lazımdır! İlhama ümid bəsləməyin. Ümumiyyətlə, hər hansı bir ilham mövcud deyildir. Rəssamın yeganə sahib olduğu xüsusiyyətlər - müdriklik, diqqətlilik, səmimilik və iradədir. İşinizi dürüst zəhmətkeşlər kimi yerinə yetirin. Oqust Rodin
C[redaktə]
- Cavan rəssamı az adam başa düşür, yaşlı rəssamı ondan da azı. Pablo Pikasso
D[redaktə]
- Duyğularımı şeirlərlə anlada bilmərəm, çünki şair deyiləm; özümü kölgə və işıqlarla ifadə edə bilmərəm, çünki rəssam deyiləm; düşüncələrimi hərəkətlərlə də ifadə edə bilmərəm, çünki rəqqas deyiləm. Lakin bunların hamısını musiqi ilə edə bilərəm. Volfqanq Amadey Motsart
Ə[redaktə]
- Əgər insan ona yad, məsələn, incəsənətlə məşğul olub rəssam ola bilmirsə, sonda məmur olur. Elmin, teatrın, rəssamlığın ətrafında məmur libası geyinib parazitlik edən nə qədər belə insan var! Həyatı anlamayan, ona uyğunlaşmayan adam üçün də eyni hallar baş verir və belə adamın məmur olmaqdan başqa çarəsi qalmır. Anton Çexov
- Əgər rəssamlığı lal poeziya adlandırsan, onda rəssam da poeziyaya kor rəssamlıq deyəcək. Leonardo da Vinçi
H[redaktə]
- Heç bir dahi rəssam əşyaları olduğu kimi görməyib.Əgər belə olsaydı, o, artıq rəssam olmazdı. Oskar Uayld
İ[redaktə]
- İlk rəssamın qələmini məhəbbət yonmuşdur. Klod Adrian Helvetsi
- İncəsənətdə əxlaqsızlıq mövcud ola bilməz. Hətta artıq iyrənc görünən istək tələb olunsa belə, incəsənət həmişə müqəddəsdir. Çünki o yalnız müşahidə səmimiliyini özündə birləşdirir, özünü aşağılamağa qadir deyildir. Əsl incəsənət əsəri həmişə alicənabdır. Hətta mal-qaranın həyəcanını verməyə çalışan rəssam belə hiss etdiyi ən insaflı təəssüratı verməyə çalışır.Oqust Rodin
- İnsan zəif bir əsər yaradanda deyil, hər hansı bir riskdən qorxmağa başlayanda rəssam olmağı dayandırır. Henrix Böll
- İstedadı özünü istedadına həsr etmək üçün alimin, yaxud rəssamın öz sakitliyinə, xoşbəxtliyinə verdiyi qurbanla müəyyən etmək və sübut etmək olar. Lev Tolstoy
K[redaktə]
- Kandinski? Rusların arasında rəssamlar ola bilməz və bu şübhəsizdir. Salvador Dali
M[redaktə]
- Maddi dəyərlər uğrunda mübarizəyə ideyaların mübarizəsi qarışanda, rəssamları və şairləri ilhamlandıran həyat çarpışmaları daha faciəli hal alır. Teodor Drayzer
- Müasirlik rəssamın ən yüksək keyfiyyətidir. Vissarion Belinski
P[redaktə]
- Portretin əsas xarakterik cizgisini tapmaq rəssam Buludun məharətidir. Tofiq Mahmud
R[redaktə]
- Rəsm rəssamı necə anlaya bilər ki,ona bütün qüdrəti verən rəssamdır. Mövlana Cəlaləddin Rumi
- Rəsmlər rəssamların ruhlarından törəyən həyatlarına sahibdir. Vinsent van Qoq
- Rəssam həqiqəti gözəlliklə uyğunlaşdırmalıdır. Lion Feyxtvanger
- Rəssam mövcud obyekt və onun vasitəçiliyi ilə obyektin interpretasiyası (təqlidi) arasındakı fərqi öyrənməlidir. Rəssam alovu etməzdən əvvəl qığılcımı yaratmalı; incəsənət doğulmamışdan əvvəl isə öz yaradıcılıq alovunu söndürməyə hazır olmalıdır. Oqust Rodin
- Rəssam nə qədər böyükdürsə, o, bir o qədər müdafiəsinə xidmət edən rütbələri və ordenləri arzulamalıdır. Stendal
- Rəssama alqışlar 500 il sonra qismət olur.[1]
- Rəssamın birbaşa vəzifəsi sübut etmək yox, göstərməkdir. Aleksandr Blok
- Rəssamın intim arzuları və fantaziyaları yalnız transformasiya yolu ilə incəsənət əsərlərinə çevrilir, bu arzularda ədəbsiz olanlar yumşalır, onların şəxsi mənşəyi maskalanır və gözəllik qaydalarına riayət olunması nəticəsində başqa insanlara zövqün cazibədar payı təklif olunur. Ziqmund Freyd
- Rəssamın orijinallığı xəyalında yaratdığı ideyada, sənətkarlığı isə by ideyanı kətana köçürmək məharətində üzə çıxır. Əbu Turxan
- Rəssamın şəxsi mənfəət məqsədi hər cür incəsənət əsərini məhv edir. Stendal
- Rəssamlar yalanın köməyi ilə həqiqəti açır, siyasətçilər isə gizlədirlər. V for Vendetta
S[redaktə]
- Səmanı yaşıl, otları isə mavi rəngdə təsvir edən rəssam sterilizasiya olunmalıdır. Adolf Hitler
T[redaktə]
- Təbiətcə, dünya yalnız bədii əsər yox, həm də rəssamdır. Mark Tulli Siseron