Tofiq Mahmud
Görünüş
Tofiq Mahmud | |||
Doğum tarixi | 6 noyabr 1931 | ||
Doğum yeri | Şahbuz rayonu | ||
Vəfat tarixi | 4 aprel 1997 | ||
Vəfat yeri | Bakı | ||
|
Mehdiyev Tofiq Mahmud oğlu — şair, nasir, tərcüməçi, publisist, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1984).
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Balaca vaxtdan özünü zəhmətə, öyrənməyə, şirin və gözəl arzularla yaşamağa, kitabı sevməyə, müntəzəm surətdə mütaliə etməyə öyrədən bir uşaq gələcəkdə, heç şübhəsiz, ağıllı, kamallı, yüksək səviyyəli, mədəni, inkişaf etmiş bir vətəndaş olacaqdır.
- Biz uşaqlarımızı yüksək, mədəni, dünyagörüşü geniş, hərtərəfli inkişaf etmiş, ağıllı görmək istəyirik. Müəllim bu məqsəd üçün gözünün nurunu, qüvvəsini, qanını, bir sözlə bütün varlığını şagirdlərə verir. Bununla yanaşı valideynlərin də əməyi çox olmalıdır! Onların birgə səyi nəticəsində uşaqlarımız yüksək duyğularla: vətənpərvərlik, mübarizlik, hər cür riyakarlıqdan, yalançılıqdan, pis əməllərdən uzaq olan təmizlik, nəciblik ruhunda böyüməlidirlər. Bu, ən müqəddəs və ən şərəfli bir işdir.
- Bütün dünyada ən ülvi nemət poeziyadır, onsuz həyat solğun və mənasız görünərdi.
P
[redaktə]- Portretin əsas xarakterik cizgisini tapmaq rəssam Buludun məharətidir.
U
[redaktə]- Uşaq ədəbiyyatına, nəsr yaradıcılığına güclü meyl göstərməyim poeziyadan soyumağım, ondan uzaqlaşmağım demək deyildi. Daxili, mənəvi böhranlar, tərəddüdlər, əzablar çəksəm də, hətta bəzən poeziyadan uzaqlaşmaq fikrinə düşsəm də, müvəqqəti fasilə versəm də, ondan uzaqlaşa bilmədim.
- Uşaq kitablarının yüksək səviyyədə çıxmasına biganə münasibət təhlükəlidir və dözülməzdir. Səliqəli, gözəl geyinən, ağıllı, kamallı uşaqlar hamının xoşuna gəldiyi kimi, onlar üçün buraxılan kitabların da məhz belə səliqəli və gözəl olmağını istəmək də təbiidir, lazımdır və vacibdir. Belə yüksək kitabları buraxmaqbalalarımıza böyük məhəbbət bəsləmək deməkdir. Əgər bu məhəbbət varsa, ümid etmək olar ki, tezliklə həm bədii, həm poliqrafik səviyyəli yüksək kitab nümunələri üzə çıxacaqdır. Uşaq ədəbiyyatına asan, ötəri bir sahə kimi baxmaq düzgün deyildir. Uşaq ədəbiyyatı böyük, ciddi, məsuliyyətli və çox şərəfli bir ədəbiyyatdır. Bu sahədə uşaq ruhu, psixologiyası ilə yanaşı sənətkarlıq da olmalıdır. Özü də böyük və yüksək sənətkarlıq! Azərbaycan uşaq ədəbiyyatında isə sənətkarlıq məsələsində ciddi qüsurlar nəzərə çarpır. Bir çox əsərlərdə tələsiklik, səthilik, yüngül münasibət duyulur ki, bunlar uşaq ədəbiyyatına ziyan gətirir.[1]
- Uşaqlar balaca kosmonavtlara bənzəyirlər. Onların elə güclü xəyalları, elə gözəl arzuları vardır ki, həmişə, hər zaman bu xəyallar və arzularla yaşayırlar.