Yoxsulluq
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
D[redaktə]
- Diş ağrısı çəkənlər dişləri möhkəm olanları; yoxsulluq çəkənlər də pulu çox olanları xoşbəxt sanarlar. Corc Bernard Şou
E[redaktə]
- Ermənilərin yoxsulluq və əzab-əziyyət çəkməsi məndə onlara qarşı böyük rəhm oyatmasına baxmayaraq, onların haramzadalığı, kələkbazlığı o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilməzdim. Qraf De Şole (Fransız səyyahı)
Ə[redaktə]
- Ən dəhşətli yoxsulluq cahillikdir. Karl Veber
- Ən pis yoxsulluq axmaqlıqdır. [1] Əli
H[redaktə]
- Həyat, fəlakət, təklik, üz üstə buraxılmışlıq, yoxsulluq özünə görə qəhrəmanları olan döyüş sahələridir. Viktor Hüqo
İ[redaktə]
- İncəsənət gəncliyə tərbiyə, qocalığa qazanc, yoxsulluğa var-dövlət və var-dövlətə bəzək verir. Fridrix Şiller
M[redaktə]
- Mən hiss edirəm ki, insana bədbəxtlik, çətinlik, yoxsulluq, ya da dərd qəm lazımdır, yoxsa adam özünü tez unudar. Uilyam Şekspir
- Möminin beş əlaməti var: xəlvət və təklikdə olanda pəhrizkar olmaq, yoxsulluq zamanı sədəqə vermək, bəlalar müqabilində səbrlilik, qəzəblənəndə həlimlik və qorxu olmasına baxmayaraq doğruçuluq.[2] İmam Səccad
Ö[redaktə]
- Ölkəmdə xəstəliyi asanlıqla müalicə edilə biləcək minlərlə insanın yoxsulluqdan ölməsi məni az qala üsyan səviyyəsinə çatdırdı. Əbdül Səttar Ədhi
T[redaktə]
- Tənbəllik o qədər yavaş hərəkət edir ki, yoxsulluq çox keçmədən gəlib ona çatır. Bencamin Franklin
- Tənbəllik ilə ətalət bir-birilə evləndi, iki uşaqları oldu: birinin adı yoxsulluq, digərinin adı məhrumiyyət. Ərəb atalar sözləri
V[redaktə]
- Varlılığa tələsən yoxsulluğa tez düşər. Azərbaycan atalar sözləri/V
Y[redaktə]
- Yalnız qalmaq və sevilmədiyni bilmək, bir insan üçün ən böyük mənəvi yoxsulluqdur. Tereza Ana
- Yoxsul varlandıqca ağıllanar, varlı yoxsullaşdıqca sərsəmləyər. Fin atalar sözləri
- Yoxsulların nifrət etdikləri bir şey varsa, o da digər yoxsullardır. Müriel Barberi
- Yoxsulluq çox bahalı bir lüksdür, xərcini qarşılaya bilmərik. Eleanora Ruzvelt
- Yoxsulluq varlılıqdan yaxşıdır. Azərbaycan atalar sözləri/Y
Z[redaktə]
- Zənginlik qürbətdə vətəndir, yoxsulluq vətəndə qürbət. Dostları itirmək qürbətə düşməkdir. Həzrəti Əli
- Zənginliyin olmaması hələ yoxsulluq demək deyil. Yoxsulluq – zənginliyə olan hərislikdir. - Sun Dzı