İş
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Axşam çörəyini sabaha saxla, axşamın işini səhərə saxlama. Kürd atalar sözləri
- Axşam düşündüyün işi səhər gör. Udmurt atalar sözləri
- Ağıllı iş - qanadlı quş. Özbək atalar sözləri
B[redaktə]
- Başlamaq işin yarısıdır. Koreya atalar sözləri
İ[redaktə]
- İgidin əli işdə gərək. Azərbaycan atalar sözləri/İ
- İş adamı korlamır, adam işi korlayır. Fin atalar sözləri
- İş aslandır, alarsan ələ, olar tülkü. Kürd atalar sözləri
- İş bizi üç bəladan: avaraçılıqdan, qəbahətdən və ehtiyacdan xilas edir. Volter
- İş güclüdən yox, can yandırandan qorxar. Fin atalar sözləri
- İş həyatdan həzz almağın ən yaxşı üsuludur. İmmanuel Kant
- İş həyatı hər vaxt şirinləşdirər. Amma hər kəs şirin sevməyə bilər. Viktor Hüqo
- İş ideya üçün yaranmır - ideya iş üçün yaranır. Volter
- İş insanı safa çıxardar. Azərbaycan atalar sözləri/İ
- İş insanı üç bəladan - avaraçılıqdan, qəbahətdən və ehtiyacdan xilas edir. Volter
- İş insanın cövhəridir. Azərbaycan atalar sözləri/İ
- İş istəyin, iş verməsələr çörək istəyin. Çörək verməsələr, çörəyinizi alın. Emma Qoldman
- İş, işi çəkər. (alm. Arbeit zieht Arbeit nach sich.) Alman atalar sözləri
- İş iştaha açar, tənbəl işdən qaçar. Özbək atalar sözləri
- İş ustasından qorxar. Azərbaycan atalar sözləri/İ
- İşi yaxşı olanda yad olur, pis olanda - qohum. Koreya atalar sözləri
- İşi başlayan yarıda qoymaz. Azərbaycan atalar sözləri/İ
- İşləmək çörək, tənbəllik qıtlıq gətirər. (alm. Arbeit bringt Brot, Faulenzen Hungersnot.) Alman atalar sözləri
- İşləmək dərdindən yeməyə həsrət canım. Azərbaycan atalar sözləri/İ
- İşləmək məcburiyyətindəyəm, yoxsa əxlaqım pozular. Lev Tolstoy
- İşləməyən dişləməz. Azərbaycan atalar sözləri/İ
- İşlənməyən dəmiri pas tutar. Azərbaycan atalar sözləri/İ
- İşləri nə qədər pis gedirsə, bir o qədər gözəl görünməlidir qadın. Koko Şanel
- İşləyən o adam deyil ki, iş axtarır; o adamdır ki, iş onu axtarır. Fin atalar sözləri
S[redaktə]
- Sevdalın bu dağı deş desə, qaçar, deşərsən! İş Allaha gəldimi, gücün yox, səndələyərsən! Nəcib Fazil Qısakürək
T[redaktə]
- Tələsik işə şeytan qarışar. (alm. Eile mit weile.) Alman atalar sözləri
- Tənbələ iş buyur, o sənə nağıl danışsın. Azərbaycan atalar sözləri/T
- Tənbəllik azar artırar, işləmək canı saf eylər. Azərbaycan atalar sözləri/T
Y[redaktə]
- Yeməyi ye ər kimi, işi gör şir kimi. Kürd atalar sözləri