Əsr

Vikisitat saytından
Naviqasiyaya keçin Axtarışa keçin



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Biz çox tez ruhdan düşürük, hər zaman ”bunu etməyin mənası nədir ki” deməyə hazırıq. Lakin, yalnız ümid elə bir xoş haldır ki, bu əsrdə, bu günlərdə insanları yalnız həvəsləndirmək lazımdır. Aqata Kristi
  • Bu əsrin gücü sərvətdir. Oskar Uayld

C[redaktə]

  • Cəsarət bizim irsimizdən yoxa çıxıb. Güman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld

E[redaktə]

  • Elm neçə əsrlər ərzində hamılıqla tikilən möhtəşəm bir məbəddir ki, onun hər bir daşını qoymaq bir çox alimlərə bütün ömrü müqabilində müyəssər olmuşdur. Anri Puankare

H[redaktə]

  • Hər şeyə baxanda məni kifayət qədər ciddi qəbul edirlər. Təsəvvür edin ki, belə də ola bilərdi və heç mənə fikir vermədilər. Bir Amerika burjua sözü var: “Pis reklam yoxdur!”. Doğrudan da, belə hücumlar mənim üçün son dərəcə xoşagəlməzdir. Həm də hədələyici zənglər və məktublar, kitab çıxandan sonra aldığım xəbərlər də mənim üçün xoşagəlməzdir. Amma belə kitab yazan insan hər şeyə hazır olmalıdır. Kimisə bu qədər qəzəbləndirəcəyimi düşünməzdim. Və kitabın bu qədər yaxşı satılacağını ağlıma belə gətirmirdim. Hətta ön sözdə yazıram ki, təəssüf ki, çox az adam oxuyacaq. İnsanların məni əclaf və yalançı adlandırması məni çox narahat edir. Tənqidçilərimin çoxu kitabı ümumiyyətlə oxumayıb. Amma ən qəribəsi odur ki, mən həmişə fələstinli dostlarımı İsraili tarixi fakt kimi qəbul etməyə inandırmağa çalışdığım halda, məni İsrail dövlətinin məhvinə çağırmaqda ittiham edirlər. Zamanı geri qaytarmaq olmaz. Siyasi məsələlərə həsr olunmuş son fəsilləri də məhz buna görə əlavə etdim - anlaşılmazlıq olmasın. Mən təklif edərdim ki, bu fəsillər yazılmasaydı, Kiminsə mənim İsraili məhv etməyə çağırdığımı düşünməsi tamamilə məntiqli olardı. Amma iki dövlət prinsipi haqqında ən sadə ivrit dilində danışdıqdan sonra İsraili məhv etməyə çağırdığımı iddia etmək... artıq istənilən çərçivədən kənara çıxır. Mən əsrlər boyu təqiblərə məruz qalmış yəhudilərin nəslindənəm və bu mənada şikayət edəcəyim bir şey yoxdur. Şlomo Zand

İ[redaktə]

  • İyirminci əsrimiz qorxu çağıdır. Deyəcəksiniz ki, qorxu bir elm deyil, amma bu qorxuda elmin payı var. Alber Kamyu

K[redaktə]

  • Kədərlənmə getdi deyə, bu ilin dəbi belədi! 3 gün sevər, sonra bezər, sənin axtardığın Əsli ilə Kərəm XXI əsrdə nə gəzər?! Sunay Akın

M[redaktə]

  • Mənə müasir deyil deyirlərmiş. Nə böyük bir qürur! Mən bu əsrin xaricində qalmayım da, içindəmi boğulum? Nəcib Fazil Qısakürək

N[redaktə]

  • Neçə əsr əvvəl dünyadan köçmüş dahilərlə siz kitablar sayəsində görüşə bilirsiniz. Rene Dekart
  • Nə pisdir insanın ağılıyla ürəyi arasında çarəsiz qalmağı. Nə pisdir ona an qədər yaxın, bir əsr qədər uzaq olmağı. Nazim Hikmət

O[redaktə]

  • Orta əsrlər olsaydı özümü tonqala atardılar. İndi isə təkcə kitablarımı yandırırlar. Görünür, tərəqqi elə buymuş (Nasist Almaniyasında kitablarının yandırılması haqqında) [1] Ziqmund Freyd

T[redaktə]

  • Türklərin tək sonsuz bir cəsarəti deyil, iradələri gicləşdirən bir sehrbaz zəkası vardır. Budur Türk, bu zəkasıyla zəfər qazanar, sivilizasiyalar yaradar və insanlıq dünyasında ən şərəfli xidməti bacarar. Onsuz da Avropanın yarısını əsrlər boyu boyunduruq altına almaq başqa cür mümkün ola bilməzdi. Çarnayev (Rus komandir)

V[redaktə]

  • Vətənpərvərlik - əsrlər və min illər boyu vətənlərin bir-birindən ayrı olmasının doğurduğu ən dərin duyğulardan biridir. Lenin

Y[redaktə]

  • Yoldaşlar! İnqilabımız Türkiyənin əsrlər üçün xoşbəxtliyini boynuna götürmüşdür. Bizə düşən onu qavrayaraq və təqdir edərək işləməkdir. Mustafa Kamal Atatürk

İstinadlar[redaktə]

  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015