Sənət
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı adam həmişə sənət və hünər əldə edib yaxşı ad qoymağa çalışar. Kəlilə və Dimnə
B[redaktə]
- Bütün sənət təbiətin bir təqlididir. Seneka
- Bütün sənətlərin açarı elm və tərbiyədir. Qabusnamə
- Bütün sərvətlər içərisində ən gözəl sənət sərvətləri bacarmaqdır. Qabusnamə
D[redaktə]
- Dünya işıqlıq olsaydı, sənət olmazdı. Alber Kamyu
E[redaktə]
- Elm adamlarının inkişafı pillə-pillə, sənət adamlarının inkişafı isə birdən-birə və ani baş verir. Viktor Hüqo
- Elm – beyini, sənət – ürəyi, din – ruhu qidalandırır. Əbu Turxan
- Eyni sənət bizə eyni şeylərin məlumatını verməli başqa bir sənət ayrı bir sənət olduğuna görə eyni şeylərin deyil başqa şeylərin məlumatını verməlidir. Platon
F[redaktə]
- Fəzilət öyrənilməli və öyrənilə bilən, ancaq taleyi qəribə bir sənətə çevrildi: digər sənətlər inkişaf etdirilərkən və bir nəsil digər nəsildən öyrənildiyi halda, yalnız əxlaq nəzərə çarpacaq dərəcədə artmadı və burada ortaya çıxdı hər kəs yenidən öyrənməyə məcbur olur və əvvəlki nəsillərin təcrübəsindən istifadə edə bilmir. Georq Vilhelm Fridrix Hegel
G[redaktə]
- Gözəl gənclər təbiətin əsəridir, gözəl yaşlılar isə sənətin. Albert Eynşteyn
H[redaktə]
- Həyat ilə Sənət arasındakı fərq, sənətin daha dözülə bilən olmasıdır. Çarlz Bukovski
İ[redaktə]
- İnsanları sevməkdən gözəl sənət olmadığını düşünürəm. Vinsent van Qoq
- İnsanı sadəcə elm və sənət yüksəldə bilər. Lüdviq van Bethoven
O[redaktə]
- Onlar sənət edirlər biz isə duadayıq. Əhməd Hamdi Tanpınar
S[redaktə]
- Sənət əsəri bənzərsizdir, nərgiz çiçəyindən fərqi budur. Oskar Uayld
- Sənət əsəri həm bir saat kimi içində olduğumuz zamanı, həm də bir kompas kimi gedilməsi lazım olan istiqaməti işarə etməlidir. Fazil Hüsnü Dağlarca
- Sənət əsəri sənətkarın yaradıcı təxəyyülünü hər dəfə yenidən canlandırmaqla zamanlar arasında virtual rabitə yaradır. Tur Xander
- Sənət gözümüzün həqiqətlə qamaşmasıdır. Arxaya qaçan, az təsadüf olunan, maskalar taxan bir işıqdır həqiqət. Başqa heç nə deyil. Frans Kafka
- Sənət, gülü incitmədən gül yarpağına şeir yazmaqdır. Həsən Nail Canat
- Sənət, ictimai bir səydir; cəmiyyətdən gəlir, cəmiyyətə dönür. Lakin gələnlə gedən eyni şey deyil. Attila İlhan
- Sənət insan üçün xəzinədir. Azərbaycan atalar sözləri/S
- Sənət millətin libasıdır. Onore de Balzak
- Sənət nə qədər uzun tanrım, həyat nə qədər qısa. Yohann Volfqanq Göte
- Sənət-təbiətdən sonsuzluğa atılan addımdır. Cübran Xəlil Cübran
- Sənət təqlidin bitdiyi yerdə başlayır. Oskar Uayld
- Sənət üçün soyunanı alqışlayanlar Allah üçün geyinənə niyə zülm edər? Aliya İzzetbeqoviç
- Sənət — yalnız həqiqət arxasınca yol gedən bir ekspedisiyadır. Frans Kafka
- Sənətə lazım olan əlaqəni göstərməmək günahdır. Həsən Nail Canat
- Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir... Onore de Balzak
T[redaktə]
- Teatr mənim üçün ən gözəl sənət sahəsidir. Həsən Nail Canat
- Təbiət elə sənət əsəridir ki, burada nisbilik anlayışı yalnız duyğusuzlara şamil edilməlidir. Həsən Əliyev
- Təbiət musiqi mənbəyi, şer, sənət guşəsi, ilham çeşməsidir. Təbiət ən gözəl müalicə vasitəsi, ən gözəl loğmandır. Həsən Əliyev
- Tənqid, ədəbiyyat və sənət əsərlərinin gözəlliklərini, çirkinliklərini ortaya çıxardan bir elmdir. Aleksandr Puşkin
Y[redaktə]
- Yeni söz demək o qədər də asan iş deyil. Yüz illərdən bəri yaranan sənət aləminə nəzər saldıqda adama elə gəlir ki, hər şeydən yazılmış, hər söz deyilmişdir. Lakin sənət xəzinəsinə baş vurduqda əl dəyməmiş, ələ gəlməsi çox çətin olan nə qədər cəvahirat görürsən. Əsl məsələ bu xəzinənin yolunu bilmək, onun açarını ələ keçirməkdir.[1]
Həmçinin bax[redaktə]
İstinadlar[redaktə]
- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.397