Ədəbiyyat

Vikisitat saytından
Ədəbiyyatın tədrisi, əgər şüurlu olmaq istəyirsə, ideyaların öyrədilməsindən üstün olmalıdır.İrvinq Babbitt
Wikipedia logo
Wikipedia logo
Ədəbiyyat haqqında Vikipediyada məqalə var.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Azərbaycan ədəbiyyatı – tarixi, kökü olan bir ədəbiyyatdır. Bayağı ədəbiyyat isə zamanın hökmü ilə ölümə məhkum olur, yəni o ötəridir, əbədi deyil. İlyas Əfəndiyev

B[redaktə]

  • Balaca oxucuları bədii əsərdə ən çox əhvalat və hadisələr maraqlandırır. Zahid Xəlil
  • Bədii ədəbiyyat oxumaq üçün də vaxt tapmaq lazımdır, yoxsa insanın beyni quruyar. Sergey Kirov
  • Bədii ədəbiyyatın tərbiyəvi əhəmiyyəti olduqca böyükdür. Ona görə ki, bədii ədəbiyyat fikrə və hisslərə eyni vaxtda və eyni qüvvə ilə təsir edir. Maksim Qorki
  • Bədii əsər oxucuda gözəl hislər yaradır, həyatı, insanları başa düşməkdə ona kömək edir. Fikrət Qoca
  • Bədii əsərdə sözlər üçün darısqallıq, fikir üçün genişlik olmalıdır. Maksim Qorki
  • Bədii əsərin ömrü onun xalq tərəfindən bəyənilməsindən asılıdır. Səməd Vurğun
  • Bir ədəbiyyat milli olduğu nisbətdə millətlərarası dəyərə sahib olar. Əhməd Hamdi Tanpınar
  • Bir millət özünü tanımayınca, hüququnu düşünməz. Tanımaq üçün də milli dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır. Bunların da meydana gəlməsi və tərəqqisi bizim üçün hürriyyətə bağlıdır. Nəriman Nərimanov
  • Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik, özlərinə deyil! Biz istəyirik ki, islam ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri girməsin. Biz istərik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın… Əli bəy Hüseynzadə
  • Bu dəyər miqyasını kim və necə əlaqələndirəcək? Bəşəriyyət üçün yaxşı və pis əməllər, dözülməz olanlar üçün bu gün fərqləndirilən bir şərh sistemini kim yaradacaq? Bəşəriyyətə nəyin həqiqətən ağır və dözülməz olduğunu və dərini yalnız yerli olaraq nəyin otardığını kim izah edəcək? Kim qəzəbi daha yaxın olana yox, ən dəhşətlisinə yönəldər? Kim belə bir anlayışı öz insan təcrübəsinin hüdudlarından kənara köçürməyə müvəffəq ola bilər? Başqalarının uzaq sevincini və kədərini, özünün heç vaxt yaşamadığı ölçüləri və aldatmaları dərk etməyi fanat, inadkar bir insan məxluquna təlqin etməyə kim müvəffəq ola bilər? Təbliğat, məhdudiyyət, elmi sübut - hamısı faydasızdır. Ancaq xoşbəxtlikdən dünyamızda belə bir vasitə var! Yəni sənətdir. Yəni ədəbiyyatdır. Onlar bir möcüzə göstərə bilərlər: insanın yalnız şəxsi təcrübədən öyrənmək kimi zərərli xüsusiyyətinə qalib gələ bilərlər ki, başqa insanların təcrübəsi ondan əbəs yerə keçsin. İnsandan insana, Yerdəki qısa sehrini başa vurduqca, sənət bütün yükləri, rəngləri, həyat şirəsi ilə tanış olmayan, ömürlük təcrübənin bütün ağırlığını köçürür; o, naməlum bir təcrübəni bədəndə canlandırır və ona özümüz kimi sahib olmağımıza imkan verir. Və daha çox, daha çox; həm ölkə, həm də bütün qitələr bir-birinin səhvlərini əsrlərlə davam edə biləcək vaxt fasilələri ilə təkrarlayır. Onda düşünmək olardı ki, hər şey çox aydın olacaq! Amma yox; bəzi xalqların artıq yaşadıqları, nəzərdən keçirdikləri və rədd etdikləri birdən-birə başqaları tərəfindən ən son söz olaraq kəşf edilir. Yenə də özümüzün heç vaxt yaşamadığımız təcrübənin yeganə əvəzedicisi incəsənət, ədəbiyyatdır. Onlar gözəl bir qabiliyyətə malikdirlər: dil, adət, sosial quruluş fərqlərindən kənarda, bir xalqın həyat təcrübəsini digərinə çatdıra bilirlər. Təcrübəsiz bir xalqa onilliklər boyu davam edən sərt milli sınaqları çatdıra bilər, ən yaxşı halda bütün bir xalqı lazımsız, ya səhv, hətta fəlakətli kursdan xilas edə, bununla da bəşər tarixinin döngələrini cilovlaya bilərlər. Aleksandr Soljenitsın
  • Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir. Hüseyn Cavid
  • Bütün incəsənətlər, özəlliklə də yazarlıq sənəti, müəllifin istənilən obrazını tamaşaçıya təlqinetmə arzusunda uduzur. Dövlət qanunu müəllifləri anonimliyə məcbur etsəydi və heç bir əsərin müəllif adı ilə nəşr olunmasına icazə verilməsəydi, ədəbiyyat tamam sönməsə də, büsbütün yenidən yaranardı. Dəftərlər

Ç[redaktə]

  • Çox böyük tarix lazımdır ki, bir az ədəbiyyat alınsın. Uilyam Ceyms

D[redaktə]

E[redaktə]

  • Elmi ədəbiyyat insanları nadanlıqdan, bədii ədəbiyyat isə kobudluq və bayağılıqdan xilas edir. Nikolay Çernışevski

Ə[redaktə]

  • Ədəbiyyat – azad insan sözləri ilə ifadə olunur ki, bu da həm səs, həm lövhə, həm də müəyyən aydın ifadə olunmuş təfəkkürdür. Buna görə də ədəbiyyat incəsənət növlərinin bütün başqa ünsürlərinə malik olub, ayrılıqda onların hər birindən tamamilə istifadə etmiş olur. Ədəbiyyat bütün küll halında, incəsənətin tərkibindən ibarət olub, onun bütün cəhətlərini əhatə etməklə bərabər, bütün fərqlərini müəyyən və aydın bir şəkildə ehtiva edir. Vissarion Belinski
  • Ədəbiyyat dünyanı insan qəlbinin işığı ilə nurlandırdı. Rabindranat Taqor
  • Ədəbiyyat – əbədiyyəti ana, anı əbədiyyətə çevirir. Əbu Turxan
  • Ədəbiyyat gücü təmsil etmir, ədəbiyyat idrakdan, yaşamağın xoşbəxtliyindən və sözlə müşahidə və varlığın həzzindən danışır. Orxan Pamuk
  • Ədəbiyyat hər yerdə mənfur obrazlara görə yox, cəmiyyəti həqiqətən irəli aparan obrazlara görə qiymətləndirilir. Saltıkov-Şedrin
  • Ədəbiyyat xalqa sadiq olmalı, onun tərəqqisi, firavanlığı, xoşbəxtliyi üçün ehtirasla, qeyrətlə ayağa qalxmalıdır. Çarlz Dikkens
  • Ədəbiyyat xalqın maddiləşmiş yaddaşıdır. Uilyam Folkner
  • Ədəbiyyat xalqın şüurudur, onun mənəvi həyatının diriliyidir. Vissarion Belinski
  • Ədəbiyyat ictimai hadisədir. Henrix Mann
  • Ədəbiyyat mahiyyət etibarilə deməyə sözü olmayan, lakin yazmaq ehtiyacları güclü olan adamlarla doludur. Dəftərlər
  • Ədəbiyyat mənim utopiyamdır. Burada mən seçki hüququndan məhrum deyiləm. Heç bir hiss maneəsi məni kitab dostlarımın şirin, lütfkar söhbətlərindən uzaqlaşdırmır. Onlar mənimlə utanmadan, yöndəmsiz danışırlar. Helen Keller
  • Ədəbiyyat millətdəki əhvali-ruhiyyənin inikası deməkdir. Hüseyn Cavid
  • Ədəbiyyat sizin üçün digər dövrlər və başqa millətlər barədə bələdçi rolunu oynayır, insanların qəlbini sizə açır - bir sözlə sizi müdrik edir. Dmitri Lixaçov
  • Ədəbiyyat sözlərin köməyi ilə özünü ifadə etmək sənətidir. [1] Rünoske Akutaqava
  • Ədəbiyyat sürtünmə qanunlarından götürülüb. Yalnız o, ölümü inkar edir. Saltıkov-Şedrin
  • Ədəbiyyat üçün bir material olaraq, slavyan-rus dilinin bütün Avropa dillərindən üstün bir üstünlüyü var. Aleksandr Puşkin
  • Ədəbiyyatda ancaq öküzlər var. Dahilər onların ən böyüyüdür - gündə on səkkiz saat yorulmadan əylənə bilənlər. Jül Renar
  • Ədəbiyyatı bütünlükdə mütaliə işləvləri (funksiyaları) müəyyənləşdirir. Əsas işlərlərdən biri -- düşünmək zərurətindən qurtulmaqdır. "Fikri dağıtmaq" dediyimiz mütaliə, düşünməməyə bərabərdir. Lakin düşündürən mütaliə də mövcuddur. Yaratdığımız əsərlərə yalnız bir tələb qoymaq olar, o da bizə bir şeylər öyrətməsidir. Dəftərlər
  • Ədəbiyyatın tədrisi, əgər şüurlu olmaq istəyirsə, ideyaların öyrədilməsindən üstün olmalıdır. İrvinq Babbitt
  • Ədəbiyyatın vəzifəsi hadisələri ideyaya çevirməkdir. Corc Santayana
  • "Ədəbiyyatşünaslıq, ədəbiyyat nəzəriyyəsi bu gün ədəbiyyat aləminə açılan qapılardır. Bunlarsız nə ədəbi proseslərin istiqamətlərini müəyyənləşdirmək olar, nə də bu sahəyə ümumən ayaq basmaq olar"[2]İsa Həbibbəyli
  • Əfsanəsiz xalq, əsatirsiz ölkə yoxdur: köçərilərdə onlar şifahi nağıl və hekayətlər şəklində nəsildən-nəslə ötürülür; yarımmədənilər üçün bu əfsanə və əsatirlər onların inamının əsası, onların yazılarının, ədəbiyyat və tarixlərinin əsas məzmunudur; mədəni xalqlarüçün isə onlar təxəyyülü qidalandırmaq üçün ən gözəl qida, mənəvi sərvətdir. Mirzə Kazım bəy

F[redaktə]

  • Fars dili camaatın şeir və ədəbiyyat dilidir. Saray əyanları, hərbçilər, böyük (nüfuzlu) adamlar və varlıların xanımları hamısı evdə türk (Azərbaycan) dilində danışırlar. Çünki padşah və sülalə üzvləri bütün əhalisinin dili türk dili olan Azərbaycandandırlar. Ərəb dili camaatın dini dili olduğu üçün möhtərəm sayılır.
  • Fars dili əsrlər boyu Orta Şərqin, xüsusən, türklərin də ədəbi dili kimi işləndiyi üçün Azərbaycan, osmanlı, cığatay ədəbiyyatlarında, xüsusən, şeir və qəzəldə farsca estetik ifadələr bol işlənmişdir. Füzulinin ədəbi dili də bu qaydadan müstəsna deyildir. Lakin onun işlətdiyi farsca sözlər daha çox xalqına, xüsusən, ədəbi mühitə tanış sözlərdir. Cavad Heyət

H[redaktə]

  • Hər bir insan öz yaddaşının məhsuludur. Xalqın maddiləşmiş yaddaşı isə yalnız onun ədəbiyyatıdır. Bu mənada ədəbiyyatı xalq yaratmır, ədəbiyyat xalqı, milləti yaradır. Uilyam Folkner
  • Hər bir sənətkar üçün mütaliə, müasir elmlərə, dünya ədəbiyyatına bələd olmaq, onun istedadı qədər vacib və zəruridir. İlyas Əfəndiyev
  • Həyat fəlsəfəsinə gedən ən geniş yol ədəbiyyatdan keçir. Əbu Turxan

M[redaktə]

  • Mədəniyyəti yüksəltmək, hər şeydən əvvəl, bədii ədəbiyyatı bilməkdir. Kalinin
  • Məktəb sayəsində, məktəbin verəcəyi elm və fənn sayəsindədir ki, Türk milləti, Türk sənəti, Türk iqtisadiyyatı, Türk şeir və ədəbiyyatı bütün gözəllikləriylə inkişaf edər. Mustafa Kamal Atatürk
  • Mən öz dinimi, öz ədəbiyyatımı, öz duyğularımı, kədər və iztirablarımı, dərdlərimi və ehtiyaclarımı düşündüyüm zaman, gerçəkdə özümü düşünürəm. Mənim fərdi deyil, ictimai və tarixi özüm bu mədəniyyətin doğulub ortaya çıxdığı qaynaqdır. Bu səbəbdən mədəniyyət mənim cəmiyyətimin, tarixin varlığı olan quruluşun təcəllisidir, əks olunmasıdır; lakin xüsusi şərtləri olan özünə xas tarixi dövrdə iştirak edən, fərqli mənşəyi olan, maddi, iqtisadi və ictimai quruluşun meydana gətirdiyi xüsusi dərdlərə, düşüncələrə, anlayış və meyllərə alışmış bir cəmiyyətdə bir sıra saxta taktikalar, o cəmiyyətin mədəniyyətini zehnindən silir. Sonra başqa bir zamana və tarixi dövrə, başqa bir iqtisadi sistemə, başqa sosial və siyasi bağlara aid olan mədəniyyəti mənim mədəniyyətimin yerinə yerləşdirir. Artıq mən özümü düşünmək istədiyim zaman, başqa bir cəmiyyətin mədəniyyətini öz mədəniyyətim olaraq düşünürəm, o zaman özümə aid olmayan dərdlərə həmsöhbət oluram. Mənim mədəni, fəlsəfi və ictimai həqiqətimlə uyğunlaşmayan problemlərdən ötəri fəryad edirəm. Nəticədə o cəmiyyətə və o cəmiyyətin sosial, iqtisadi, siyasi və tarixi şərtlərinə aid olan, lakin mənə aid olmayan ideallar və iztirablarla qarşılaşıram. O dərdləri, iztirab və idealları öz dərd, iztirab və ideallarım olaraq görməyə başlayıram. Əli Şəriəti
  • Milləti ədəbiyyat yaradır. Uilyam Folkner
  • Mütaliə insanı kamilləşdirir, onun nitq qabiliyyətini inkişaf etdirir. Frensis Bekon

N[redaktə]

  • Nə qədər bir qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər onun ədəbiyyatı zəif və biməzmun olacaqdır. Hətta çox tayfalar vardır ki ədəbiyyat nə olduğunu bilməzlər. Bunlar dünya üzündə çox müddət yaşamayıb puç və zay olurlar. Tərəqqi və səadət fikrində olan və ədəbi zindəganlıq arzusuna düşən qövm və millət gərəkdir ən əvvəl öz ana dilinin vüssət və qüvvət tapmağına səy və himmət göstərsin və ədəbiyyati-milliyəsinin asari-nəfisə və təsnifati-məmduhə ilə zənginləşdirsin. Firidun bəy Köçərli

O[redaktə]

S[redaktə]

  • Siyasət ədəbiyyata müxalifətdə olduqca, yazıçı həmişə siyasətə müxalifətdə olacaq. Mixail Bulqakov
  • Sovet Rusiyasının ucsuz-bucaqsız söz düzənliyində mən yeganə ədəbiyyat canavarı idim. Məsləhət gördülər ki, dərimi rəngləyim. Səfeh məsləhət idi: hətta rənglənmiş, yaxud tükü qırxılmış canavardan da pudel yarada bilməzsən. Məni canavar kimi qəbul etdilər və uzun illər dörd bir tərəfdən çəpərə alınmış ədəbiyyat bağçasında ora-bura qovdular. Heç kimə qarşı kinim yoxdur, amma çox yorulmuşam. Mixail Bulqakov

T[redaktə]

  • Tənqid, ədəbiyyat və sənət əsərlərinin gözəlliklərini, çirkinliklərini ortaya çıxardan bir elmdir. Aleksandr Puşkin

Y[redaktə]

  • Yaxşı bədii əsər oxucunun hislərinə, düşüncəsinə təsir edir, onu hərtərəfli zənginləşdirir. İlyas Əfəndiyev
  • Yazıçı həqiqəti qələmə almalıdır.Yalan kitablara yol tapa bilər, amma heç vaxt ədəbiyyat ola bilməz. Yalan orduları hərəkətə gətirə bilər, bir xalqı aldadıb yolundan sapdıra bilər, hətta özünü "həyat" kimiqələmə verə bilər, amma heç vaxt böyük ədəbiyyat ola bilməz. Uilyam Folkner
  • Yazıçının hər şeydən əvvəl, istedadı olmalıdır, bu bir; yüksək savadı olmalıdır – yəni dünya ədəbiyyatının ən yaxşı nümunələrinə bələd olmalıdır, daha dəqiq desək, yazdığından çox mütaliə etməlidir, bu iki; böyük mədəniyyəti olmalıdır, bu da üç. İlyas Əfəndiyev

İstinadlar[redaktə]

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014.səh.139
  2. Nəbiyev A. İsa Həbibbəyli – 60 Zirvəyə aparan yollarda. "Ədəbiyyat" qəzeti, 2010, 4 iyun, s.4
  3. Şardenin səyahətnaməsi (farsca tərc. İqbal Yəğmayi), Tehran, 1372-75 şəmsi, 3-cü cild, səh. 946-947
  4. Erkən realizm dövrü – İsa Həbibbəyli