İsa Həbibbəyli

Vikisitat saytından
Jump to navigation Jump to search

İsa Əkbər oğlu Həbibbəyli — Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü - akademik.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • "Azərbaycan xalqı dünyanın ən dəhşətli soyqırımına məruz qalmış xalqlarından biridir"[1]

E[redaktə]

  • "Elmi potensialı və ənənələri güclü olan ölkələr dünyanın qüdrətli dövlətləri sırasına çıxa bilmişlər"[2]

Ə[redaktə]

  • "Ədəbiyyatşünaslıq, ədəbiyyat nəzəriyyəsi bu gün ədəbiyyat aləminə açılan qapılardır. Bunlarsız nə ədəbi proseslərin istiqamətlərini müəyyənləşdirmək olar, nə də bu sahəyə ümumən ayaq basmaq olar"[3]

H[redaktə]

  • Hazırkı şəraitdə nəciblik fəlsəfəsini şərtləndirən, daxili saflıq, müdriklik, əxlaqi kamillik və bütövlük kimi mənəvi dəyərlərə çağırmaq ciddi yazıçılıq və vətəndaşlıq işidir.[4]

X[redaktə]

M[redaktə]

  • "Molla Nəsrəddin" jurnalı Azərbaycan xalqının milli oyanışına bir ordu qədər xidmət etmişdir”.[6]
  • "Molla Nəsrəddin" jurnalı - Azərbaycan milli mətbuatının şah əsəri, millətimizin və milli dövlətimizin dərin mənalı istiqlal kitabıdır.[7]
  • Mollanəsrəddinçilik - ictimai satira vasitəsilə mövcud cəmiyyəti dəyişmək, yeniləşdirmək, məmləkəti irəli aparmaq deməkdir.[8]
  • Mollanəsrəddinçilik - xalqın milli-mənəvi özünüdərkinin, millətin siyasi oyanışı və ayıqlığının hərəkətverici qüvvəsidir. [9]
  • Milli müstəqillik və azadlıq uğrunda mübarizə mollanəsrəddinçilik təliminin baş xəttini təşkil edir.[10]
  • Mollanəsrəddinçilik - gerilik, nadanlıq və fanatizmin karikaturasıdır.[11]

T[redaktə]

  • "Tarixin çox maraqlı və qəribə həqiqətləri var. Onlarla nümunə göstərir ki, istedadın ilk cücərtiləri lap kiçik yaşlardan özünü büruzə verir, ilk istedad görüntüləri sonradan inkişaf edir, böyüyür."[12]

V[redaktə]

"Vətənçilik, milli müstəqillik və dirçəliş, tarixi ərazilərin bərpa edilməsi, ana dili, milli-demokratik cəmiyyət quruculuğu kimi məsələlər Cəlil Məmmədquluzadənin azərbaycançılıq prinsiplərinin əsasını təşkil edir.”[13]

İstinadlar[redaktə]

Vikikitabda İsa Həbibbəyli ilə əlaqəli kitablar var.

Vikimənbədə İsa Həbibbəyli ilə əlaqəli məlumatlar var.