Məzmuna keç

Cavad Heyət

Cavad Heyət
Doğum tarixi 24 may 1925
Doğum yeri Təbriz
Vəfat tarixi 12 avqust 2014
Vəfat yeri Bakı
Dəfn yeri II Fəxri Xiyaban
Vikipediya məqaləsi

Cavad Heyət (24 may 1925, Təbriz — 12 avqust 2014, Bakı) — Azərbaycan alimi və maarifçisi, həkim, cərrah.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allah insana hüriyyət, seçmək imkanı verib. Mən də azad olmaq üçün həkimliyi seçdim.
  • Azərbaycan xalqı dünyanın ən igid, comərd, çalışqan və anlayışlı xalqlarındandır. Tarixin faciəsi onu parçalamışdır.[1]
  • Fars dili əsrlər boyu Orta Şərqin, xüsusən, türklərin də ədəbi dili kimi işləndiyi üçün Azərbaycan, osmanlı, cığatay ədəbiyyatlarında, xüsusən, şeir və qəzəldə farsca estetik ifadələr bol işlənmişdir. Füzulinin ədəbi dili də bu qaydadan müstəsna deyildir. Lakin onun işlətdiyi farsca sözlər daha çox xalqına, xüsusən, ədəbi mühitə tanış sözlərdir.
  • Tarixdə bir rejimi bir gündə yıxmaq mümkün olmuşsa da, onun xalqa verdiyi, daha doğrusu, aşıladığı mədəniyyəti və onun izlərini aradan qaldırmağa illər lazımdır.

Mənbə

[redaktə]
  • Nizami Xudiyev. Cavad Heyət möcüzəsi. Bakı, 2005.

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 190.