Hüseyn Cavid
Hüseyn Cavid | |||
Doğum tarixi | 24 oktyabr 1882 | ||
Doğum yeri | Naxçıvan | ||
Vəfat tarixi | 5 dekabr 1941 | ||
Vəfat yeri | Tayşet rayonu | ||
Dəfn yeri | Naxçıvan | ||
|
Hüseyn Cavid — Azərbaycan şairi və dramaturqu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ah, nə xoşdur əbədi sülh olsa,
Bəşəriyyət acıdan qurtulsa.[1]
- Arslanların saymazlığı şikarı tülkülərə qapdırar.
B
[redaktə]- Bəxtiyarsan, əgər çəkdiyin əmək,
Cahan süfrəsinə versə bir çiçək. - Bir millətin lisanı mövcudiyyətinin ən parlaq bürhanıdır.
- Bir millətin tərəqqi və tənəzzülünü bilmək üçün onun məktəblərini görmək kifayət edər.
- Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir.
E
[redaktə]- Eşqdən başqa hər nə varsa, əvət,
Tövbə, min tövbə, eylədim nifrət.
Ə
[redaktə]- Ədəbiyyat millətdəki əhvali-ruhiyyənin inikası deməkdir.
- Əsərlər zəhərli, əxlaqsız, kefşək bir mövzu təqib edərsə, gec-tez bütün oxucularını da zəhərləmiş olar.
- Əsiri olduğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir.
G
[redaktə]- Gənclik, əlbəttə, böyük nemətdir,
Ən umulmaz böyük səadətdir.
H
[redaktə]- Hər qaranlıqda çırpınır bir nur,
- Hər həqiqətdə bir xəyal uyuyur.[2]
- Hər qüvvətə üstün gəlir ancaq qorxusuz bəşər,
- Cahan igid ərlərindir, qorxan gözə çöp düşər…
- Həp sevgidir gözəlliyi insana sevdirən,
- Məhrumi-eşq olunca gözəllik də can sıxar.
- Hər ümidsizlikdə bir ümid, hər qaranlıqda bir işıq yaşayır…
İ
[redaktə]- İdrakı sönük başçıların qəfləti ancaq
Etmiş, edəcək milləti həp əldə oyuncaq.
K
[redaktə]- Kəssə hər kim tökülən qan izini,
- Qurtaran dahi odur yer üzünü.
- "Koroğlu" operası Azərbaycanın opera aləmində öz revolyusion coşğunluğu ilə bədii yenilikləri ilə, parlaq xalq musiqisi ilə son dərəcə yüksək bir yer tutmaqdadır.
Q
[redaktə]- Qaranlıq gecələr olmasaydı, gözləri oxşayan ulduzlar bunca sevilməzdi.
- Qüvvət üstündə varsa əqli-səlim
Sana həp kainat olur təslim!
L
[redaktə]- Lazımdırsa cəhalətlə güləşmək,
Bir çarə var, o da yeniləşmək!
M
[redaktə]- Mən gözəllərdə gözəl ruh araram,
Ruhu düşkünləri çirkin sanaram.
- Mümkün olsaydı da yurdumdakı meyxanələri həp kütübxanə yapardım.
Ö
[redaktə]S
[redaktə]- Siyasət rol oynarkən, ədəbiyyat susur.
T
[redaktə]- Təzad həyatın ahəngidir.
Y
[redaktə]- Yaşadan kainatı qüvvətdir,
Gücsüzün həp nəsibi zillətdir. - Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq…
Z
[redaktə]- Zaman gələcək yazılmamış əsərlərimə, qaranlıq zindanıma xalqım da ağlayacaq. Tarixə, xalqa xeyir vermiş, vaxtından əvvəl itirilmiş günahsız, ləkəsiz zavallılar için nə qədər təəssüf ediləcək.
Hüseyn Cavid haqqında sitatlar
[redaktə]- Babam Hüseyn Cavid bir günəş idi. Yüksəldi, parladı, yarasaraların gözünü kor etdi, lakin dumanlar onun qarşısını aldılar.
- Ərtoğrol Cavid, H. Cavidin oğlu
- Biz Hüseyn Cavid yaradıcılığından istifadə etmiş və edəcəyik. H. Cavid yaradıcılığında biz şairlər üçün öyrənməli şeirlər çoxdur.
- Səməd Vurğun. Xalq şairi
- Bu dil gələcək nəslimizə təsiri olmamış olmaz. Və bu dil təsiri ilə yaranacaq Azərbaycan türk ədəbiyyatı marksist görüşü və qayələrilə qüvvətləndikdən sonra, əmsalsız əsərlər meydana gətirə biləcəkdir. Bu da Cavidin Azərbaycan ədəbiyyatına ən böyük xidmətlərindən biri sayılacaqdır. Azərbaycandakı şair və
ədiblərimiz içində ən müstəsna, ən zərif və ən narın bir dildir.
- Hənəfi Zeynallı, folklorşünas
- Cavid dünyası hikmətli söz və aforizmlərlə, şah beytlərindəki məna dərinlikləri ilə zəngin olan bəşəri dəyərlərdir. Onun həyat amalı xalqın azad və xoşbəxt görmək, türk dünyasının birliyi istəyidir.
- Yusif Aslanov, elmlər namizədi
- Əcaba Cavidin hansı əsəri yaşadığı mühitin, içində dolandığı xəlqin, xüsusilə Azərbaycan Türk xəlqinin ifadeyi-hal və keyfiyyətindəndir. Biz onu heç bir vəqt xəlqimizin fəryadlarilə inlədiyini, xəlqimizin sevinclərilə güldüyünü görmüyoruz.
Caviddə su kimi duru, almas kimi saf, parlaq və oynaq bir lisan vardır ki, bu, islahın çalışan lisahımızın təkamül özülü ola biləcəkdir zənnindəyik. Zatən, bir millət üçün lisanı onun şairləri, ədibləri yaradırlar ki, Cavid də bu cəhətdən qiymətlidir. Caviddə hər kəsi məftun və əsir edəcək bir qüvvəyi-şeiriyyət vardır. Zatən, əsərlərinin ən böyük gözəlliyi və qüvvəti də burasındadır… Tamaşaçılar adətən səhnəyi unudur Cavidin şeirlərindəki gözəlliklə əylənirlər. Biz bu şeir və lisanı ümumtürk aləmi-ədəbiyyat səhnəsinə xüsusi malımız kimi çıxara bilərik.
- Cəfər Cabbarlı, yazıçı, dramaturq
- Hələ tarix Cavidə əl vurmayıbdır, şairimiz bir tərəfdə oturub əsərlərini yazır. Tarix isə qulaq asır və gözləyir. Şəksiz ki, tarix vaxtında onu sənət mühakiməsinə alacaq, təbiətin ona verdiyi qüdrət və istedadın hesabını istəyəcəkdir.
- Əziz Şərif, ədəbiyyatşünas, tənqidçi
- Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaradıcılığı və əsərləri Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır. Yaratdığı əsərlər Azərbaycan xalqınının milli sərvətidir.
- Heydər Əliyev, Ulu öndər
Mənbələr
[redaktə]- [1] Hüseyn Cavid. Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı Bakı, 2017
Xarici keçidlər
[redaktə]İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.407.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.170
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.