Məzmuna keç

Say



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağılın istəyi ilə edilən axmaqlıqların sayı, ağılsızlıqla edilən axmaqlıqların sayından qat-qat çoxdur. Çarli Çaplin
  • Ağıllı insanlar susduqca, axmaqların sayı artmağa başlayır. Nelson Mandela
  • Almanı soy ye, armudu say ye. Çərkəz atalar sözləri
  • Ata, Oğul, Müqəddəs Ruh üçlüyünə inanlara onların olmadığını sübut etmək olmaz, amma bu təsdiqin biliksizlik yox, inam olduğunu onlara göstərmək olar və onlar Allahların üç olduğunu təsdiqləyirlərsə, o zaman mən də eyni hüquqla təsdiq edirəm ki, onların sayı 17 ½-dir. Lev Tolstoy
  • Avraam Linkolun sevimli bir tapmacası vardı: “ Əgər itin quyruğunu pəncə hesab etsək, itin neçə pəncəsi olar?” Əksər insanlar “beş” cavabını verirdi. O zaman Linkoln cavab verirdi: “Xeyr, onların sayı yenə də dörddür. Pəncə adlanan quyruq hələ pəncə deyil”. Avraam Linkoln
  • Başların sayı qədər düşüncə növü olduğu kimi, qəlblərin sayı qədər də sevgi növü vardır. Lev Tolstoy
  • Bir ölkədə spirtli içkilərə qadağa qoyulsa, orada cinayətlərin sayı azalar və polisin başqa işlərlə məşğul olmağa daha çox vaxtı qalar. [1] Ellen Molton
  • Bizə paxıllıq edənlərin sayı, bacarıqlarımızı doğrular. Oskar Uayld
  • Bütün insanlar şəxsi və ictimai həyatda qanunsuz əməllər etməyə meyillidirlər və heç bir qanun onları bu işdən çəkindirə bilmir. Dövlətlər hər cür cəza tədbirləri sınamış və hər zaman da bu tədbirləri gücləndirmişlər. Müəyyən müddətdən sonra demək olar ki, bütün cəzalar ölüm cəzası ilə əvəz edilmişdir. Buna baxmayaraq, cinayətlərin sayı azalmadı. Beləliklə, ya daha qorxunc cəzalar fikirləşmək, ya da heç bir cəza ilə cinayətkarı qorxutmağın mümkün olmadığını etiraf etmək lazımdır. Fukidid
  • Dövlətin gücünü təmin edən ən yaxşı zabitləri, tədrisçiləri himayə et. Onlarla nəzakətlə rəftar et və şərəf ver. Bir fəzilətli adamdan bəhs edildiyini öyrəndinsə, onunla səmimi bir şəkildə söhbətə və əlaqəyə gir, ona mülk ver və onu himayə et. Ərdəm, alim və təhsilli insanların sayı onda artacaq. I Osman
  • Döyüşdə qələbəyə say çoxluğu yox, igidlik aparır. Latın atalar sözləri
  • Dünya əhalisi artdıqca, insan sayı azalır. Çak Palanik
  • Dünyanın ilk bəndəsi say bilmədiyindən özünü tənha da hiss etmirdi. Stanislav Eji Lets
  • "Elmdən əvvəlki günlər" adlandırdığımız dövrlərdə insanlar yuxuların yozulmasında heç də çətinlik çəkmirdilər. O vaxtlar yuxular cin və şeytan kimi xəbis ruhların, yaxud mələk və Tanrı kimi müqəddəs qüvvələrin ifadə tərzi kimi qəbul edilirdi. Ancaq elmi düşüncənin yaranması və yayılması ilə birlikdə bu mitalogiya psixologiya ilə əvəz olundu. Müasir dövrümüzdə yuxunun insanın ruhi fəaliyyət olduğundan şübhələnən savadlı şəxslərin sayı çox azdır.[2] Ziqmund Freyd
  • Eskimoslar arasında kişilərin sayı daha çoxdur. Çox zaman bir qadının iki əri olur. Necə də praktik bir xalqdır. Rual Amundsen
  • Ədalətsiz idarəetmə bir çox şəxslər tərəfindən həyata keçirilərsə, bu, demokratiya adlanır. Xalqın hakimiyyəti o zaman bərqərar olur ki, geniş kütlələr öz güc və say üstünlüklərindən istifadə edərək varlıları əzirlər. Bu zaman bütün xalq bir vahid tiran kimi çıxış edir. Foma Akvinski
  • Əgər hirslənmisənsə, 10-a qədər say, sonra danış, əgər bərk qəzəblənmisənsə, 100-ə qədər say, bəlkə onda heç danışmağa da ehtiyac qalmasın. Tomas Cefferson
  • Xoşbəxtlik nə paltarların, nə də bank hesabının sayı ilə ölçülür və sən onun nədən ibarət olduğunu, harada və necə axtarılmasını bilmirsən. Teodor Drayzer
  • İnsan nə qədər böyükdürsə, onun həyatında artıq düzəldilə bilməyəcək şeylərin sayı da bir o qədər çoxdur. Haruki Murakami
  • İnsanın böyüklüyü onun boyu ilə ölçülmədiyi kimi xalqın böyüklüyü də onun sayı ilə ölçülmür. Yeganə ölçü vahidi əqli inkişaf və mənəvi səviyyə ola bilər. Viktor Hüqo
  • Qanunların sayı nə qədər çox isə sui-istifadə də o qədər çox olar. Qai Korneli Tasit
  • Materialın xassəsi onda olan elektronların sayı ilə təyin olunur. Kütlənin səviyyəsi isə hər bir fərdin təfəkkür səviyyəsindən asılıdır. Frans Kafka
  • Nə qədər çox yaxşı kitabla tanış olsan, birlikdə olmaqdan zövq aldığın insanların sayı o qədər azalacaq. Lüdviq Feyerbax
  • O günü, o saatı bədbəxt say ki,yeni bir şey öyrənməmişsən və öz təhsilinə heç nə əlavə etməmisən. [Yan Komenski[]]
  • Ömür yadda qalan günlərın sayı ilə ölçülür. Xudu Məmmədov
  • Öz arzularını ölç, fikirlərini çək, sözlərini say. Pifaqor
  • Öz pərəstişkarlarının sayı ilə yox, sanbalı ilə maraqlan. Seneka
  • Özünü tanıyandan bəri, ərzaq heç vaxt çox olmamışdı, heç vaxt bütöv corabı və altpaltarı olmamışdı, mebel həmişə sınıq-sökük, otaqlar qızdırıcısız, metroda gediş – basa-bas, evlər – rəngləri solmuş, çörək – qara, qəhvə – iyrənc, çay – nadir hallarda, siqaretlər – say hesabı olardı. Corc Oruell
  • Pulunu ver, könülünü ver, canını ver.. Amma sirrini vermə! Günlərini say, qazancını say, böyüklərini say, amma yerində sayma! Mövlana Cəlaləddin Rumi
  • Riyazi teoremin zərifliyi, teoremdə görünə bilən müstəqil fikirlərin sayı ilə düz mütənasibdir və onları görmək üçün lazım olan səylə tərs mütənasibdir. Corc Polya
  • Riyaziyyat elmin, say nəzəriyyəsi riyaziyyatın kraliçasıdır; çox vaxt astronomiya və təbiət elmlərinə təvazökarlıqla xidmət edir və bütün bu əlaqələrdə aparıcı rol oynayır. Karl Qaus
  • Ruhun zəifliyi, daşıya biləcəyi həqiqətlərin sayı ilə düz mütənasibdir. Erik Hoffler

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh. 388
  2. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015