Çərkəz atalar sözləri
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağlı olmayan yoxsuldur.
- Almanı soy ye, armudu say ye.
- Atı itənin qulağından at səsi getməz.
- Atına dostun kimi bax, düşmənin kimi min.
B
[redaktə]- Baxarsan bağ olur, baxmazsan dağ olur.
- Bir qığılcım bütün kəndi yandırar.
D
[redaktə]- Dama dama göl olar.
- Dəlinin bəyi olmaqdansa, ağıllının köləsi olmaq daha yaxşıdır.
- Dil zəhərdən açı, baldan şirin, qılıncdan kəskindir.
E
[redaktə]- Ev sahibi müsafirin xidmətçisidir.
Ə
[redaktə]- Əcəl nə tələsər, nə də geçikər.
- Əcəli axtarma, o səni tapar.
H
[redaktə]- Hədiyyə deyil, sevgi dəyərlidir.
K
[redaktə]- Keçmişi olmayanın gələcəyi də yoxdur.
- Kitab elmin açarıdır.
Q
[redaktə]- Quşu yüksəldən qanad, insanı yüksəldən ağıldır.
Ö
[redaktə]- Öküz taxta çıxsa padşah olmaz, saray axur olar.
P
[redaktə]- Pis yoldaş pis silah kimidir.
S
[redaktə]- Sevdiyinlə deyil, səni sevənlə evlən.
- Səni daşla vuranı sən çörəklə vur.
Ü
[redaktə]- Ümid atadan qalma mirasdır.
V
[redaktə]- Vaxt qızıldan daha dəyərlidir.
- Verənə ver, vurana sən də vur.
Y
[redaktə]- Yaxşı qonşu qardaş sayılır.
- Yaz yoxsulun cənnətidir.
- Yırtıcı quşun ömrü az olar.
- Yoxsulun aynası aydır.
- Yoldaşın qorxaqdırsa, ayı ilə boğuşma.