Məzmuna keç

Əcəl



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allah o kişiyə rəhmət etsin ki, hökmü eşidər, eşidib seçər, doğru yola çağırılarsa, yaxınlaşar, bir başçının kəmərindən yapışıb canını qurtarar və Rəbbinin əmrini gözlər, Ona qarşı günah işlətməkdən qorxar, özü doğru və yaxşı işlərə qurşanar, aza qane olub gərəksiz şeylərdən çəkinər. Oxu atıb hədəfi vurar, əvəzini əldə edər. Öz arzusuna qarşı durmağı bacarar; səbr edər; çəkinməyi ölüm günü üçün hazırlar; açıq və bəlli yola at sürər; açıq-aydın dəlilə inanar; fürsəti qənimət bilər; əcələ hazırlanar; qulluğunu özü üçün az hesab edər. Əli
  • Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər. Məhəmməd peyğəmbər
  • Elmi oğru apara bilməz, əcəl də öldürə bilməz. Elm zamanın gərdişindən nə xarab olandır, nə də seldə, suda batıb qərq olan. Əhvədi
  • Oğlum, ağlama, müdrik ol, həyatı dərk et... “Öz Yaradanının yanına qayıt” hökmü verilib... İlk andan dönə-dönə yoğrulmuş, diqqətlə düzəldilmiş və əmanət verilmiş maddi insan libası geri alınan gün yetişib... Əcəl çatdıqda onun bir an belə geci-tezi ola bilməz... Bu gün hökm hamıdan qüdrətli və tək olan Allahın hökmüdür... Nəsirəddin Tusi