Anlayış
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Axtardığımız sükut və xoşbəxtliyi təmin edə biləcək yeganə şey mərhəmət və anlayışdır. Tenzin Gyatso
- Anlayış dairəsindən kənara çıxan maraq insanı müxtəlif uydurmalara əl atmağa vadar edir. Mirzə Kazım bəy
B[redaktə]
- Bəzən səmada qara buludlar olar; səma bu qara buludlar üzündən dəyişməz. Və bəzən ağ buludlarda olar və səma bu ağ buludlar üzündən də dəyişməz. Buludlar gəlirlər. Sən səmasan və düşüncələrdə buludlardır. Əgər düşüncələrini vasvasılıqla izlərsənsə, əgər onları qaçırmazsansa, əgər onlara doğrudan baxsan ilk şey bunu anlamaq olacaq və bu çox böyük bir anlayışdır. Bu sənin işıqlanmanın başlanğıcıdır. Artıq sən yuxuda deyilsən, artıq gəlib gedən buludlarla eyni deyilsən, artıq sonsuza qədər qalacağını bilirsən. Oşo
C[redaktə]
- Cins yoxdur, növ yoxdur: “insan” görürəm, amma “insanlığı” görmürəm, “atları” görürəm, amma “at” görmürəm. Ona görə də bu ümumi anlayışlar ümumiyyətlə mövcud deyil. Antisfen
D[redaktə]
- Dil olmadan heç bir anlayış və ya düşüncə yoxdur; bütün biliklər sözə nüfuz etdikcə aydınlanır. Bhartihari
Ə[redaktə]
- Əgər başımızı cəsarət, sevgi, anlayış və güzəşt düşüncələri ilə doldursaq, bütün mənfi düşüncələr çıxıb gedər.[1] Nüvit Osmay
F[redaktə]
- Fəzilət növlərinin əhatə etdiyi anlayışlar bunlardır. Bunların bəzilərinin tərkibinə daxil olanları isə hədsiz-hüdudsuz təsəvvür etmək olar, onların bəzilərinin özünəməxsus adı var, bəzilərinin isə yoxdur... Nəsirəddin Tusi
H[redaktə]
- Hafizə ona deyilir ki, ağıl, təsəvvür, təfəkkür və ya təxəyyül vasitəsilə ümumiləşdirilib yığcamlaşdırılmış anlayışlar (surətlər) yaxşı mühafizə edilib, yaxşı yadda saxlanıla bilsin. Nəsirəddin Tusi
- Hər kəsin anlayış dərəcəsi fərqlidir. Izah etdiyin hər şeyi anlamalarını gözləmə, Çünki bu qarşıdakının tutumuna bağlıdır... Bob Dilan
İ[redaktə]
- İnsanları daş divarlarla dəmir barmaqlıqlar arasında öyrətməyi və düşüncələrinin qarşısını almağı düşünən anlayış məhv olacaq. Yılmaz Güney
M[redaktə]
- Mən öz dinimi, öz ədəbiyyatımı, öz duyğularımı, kədər və iztirablarımı, dərdlərimi və ehtiyaclarımı düşündüyüm zaman, gerçəkdə özümü düşünürəm. Mənim fərdi deyil, ictimai və tarixi özüm bu mədəniyyətin doğulub ortaya çıxdığı qaynaqdır. Bu səbəbdən mədəniyyət mənim cəmiyyətimin, tarixin varlığı olan quruluşun təcəllisidir, əks olunmasıdır; lakin xüsusi şərtləri olan özünə xas tarixi dövrdə iştirak edən, fərqli mənşəyi olan, maddi, iqtisadi və ictimai quruluşun meydana gətirdiyi xüsusi dərdlərə, düşüncələrə, anlayış və meyllərə alışmış bir cəmiyyətdə bir sıra saxta taktikalar, o cəmiyyətin mədəniyyətini zehnindən silir. Sonra başqa bir zamana və tarixi dövrə, başqa bir iqtisadi sistemə, başqa sosial və siyasi bağlara aid olan mədəniyyəti mənim mədəniyyətimin yerinə yerləşdirir. Artıq mən özümü düşünmək istədiyim zaman, başqa bir cəmiyyətin mədəniyyətini öz mədəniyyətim olaraq düşünürəm, o zaman özümə aid olmayan dərdlərə həmsöhbət oluram. Mənim mədəni, fəlsəfi və ictimai həqiqətimlə uyğunlaşmayan problemlərdən ötəri fəryad edirəm. Nəticədə o cəmiyyətə və o cəmiyyətin sosial, iqtisadi, siyasi və tarixi şərtlərinə aid olan, lakin mənə aid olmayan ideallar və iztirablarla qarşılaşıram. O dərdləri, iztirab və idealları öz dərd, iztirab və ideallarım olaraq görməyə başlayıram. Əli Şəriəti
- Mənəvi gərginlik olmasaydı, biz ruhani anlayışa malik olmazdıq. Sahib olduğumuz ruhani fikir, yəqin ki, kitablardan və ya insanların danışdıqlarını eşitməkdən gəlir. Biz buna mənəvi ideyalarımız və ideallarımız deyirik. Biz həyatımızı bunlarla bağlı yaşayırıq, lakin mənəvi gərginlik fikrinə çox da əhəmiyyət vermirik. Biz haradan bilirik ki, bu mənəvi ideyalar və ideallar sadəcə illüziya deyillər? Biz illüziyanı yalnız mənəvi gərginliyin qurulması nəticəsində yaranan mənəvi dərrakədən tanıya bilərik. Mənəvi gərginlik insanların əksəriyyətində həyatı boyu davamlı olmur. Bu, bizə verilən bir şey deyil və bir dəfə ona sahib olsaq, ona sahib oluruq. Davamlı olaraq bükülməyə ehtiyacı olan bir saata bənzəyir... Ruhani batareyalar da sarılır və meditasiyanın dəyəri budur ... Bencamin Xrem
Ö[redaktə]
- Özünüzü qurban kimi qələmə verməkdən hər vəchlə çəkinin. Bədən üzvlərinizin arasında ən çox işarət barmağınıza qarşı sayıq olun, o barmaq ittiham eləmək istəyi ilə alışıb-yanır. İşarət barmağı qurbanın əlamətidir – “Victoria” işarəsi şəklində qaldırılan orta və işarət barmağının əksinə olaraq irəli tuşlanmış işarət barmağı təslimçiliyin sinonimidir. Vəziyyətiniz nə qədər dözülməz olur-olsun, bunda kənar gücləri — tarixi, dövləti, müdiriyyəti, irqinizi, valideynlərinizi və sairəni — günahlandırmayın. Günahı nəyinsə, ya da kiminsə üzərinə atdığınız an siz nəyisə dəyişmək üçün sahib olduğunuz qətiyyəti yox eləyirsiniz. Böyük-böyük ölkələr, qitələr qurban şüurunun doğurduğu mental endirimlərin kölgəsində nazlanır. Məğlubiyyətiniz nə qədər aşkar, nə qədər təkzibedilməz olur-olsun, nə qədər ki ağlınız yerindədir, nə qədər ki dodaqlarınız “yox” sözünü deyə bilir, o məğlubiyyəti inkar eləyin. Ümumiyyətlə, həyata təkcə gözəlliklərinə yox, həm də çətinliklərinə görə hörmət eləməyə çalışın. Hər dəfə çarəsiz qalanda, ya da ümidsizliyin son həddinə çatanda, çətinliyə düşəndə, ya da başınıza xoşagəlməz bir iş gələndə unutmayın: bu – həyatdır və o, sizinlə bildiyi yeganə dildə danışır. Yadda saxlamağa çalışın ki, insan ləyaqəti – dəyişkən yox, absalyut anlayışdır; o, xüsusi xahişlərlə paralel mövcud ola bilməz, onun kökündə aydın görünənlərin inkarı dayanır. Düşünün ki, özünüzü qurban hesab eləməklə siz yalnız məsuliyyətsizlik vakuumunu böyüdürsünüz. Demaqoqlar və iblislərinsə o vakuumu doldurmaqdan ötrü ürəkləri gedir, zira mələklər iflic olmuş iradəni sevmirlər. İosif Aleksandroviç Brodski
S[redaktə]
- Sadə xalqla xalqın dili ilə yox, öz dili ilə danışmaq istəyən müdrik insanı xalq heç vaxt başa düşməyəcək. Buna baxmayaraq, xalqın dilinə tərcümə etmək mümkün olmayan bir çox müxtəlif anlayışlar var. Jan Jak Russo
- Sənin üçün nəyin yaxşı, nəyin pis olduğunu yalnız sən tapa bilərsən. O zaman bütün hərəkətlərinin içindən keçən fərqindəlik ipini tut, həyatında heç bir nifrət, heç bir hirs, heç bir qısqanclıq tapa bilməyəcəksən. Ona görə yox ki, bunlardan vazkeçdin, ona görə yox ki, onları sakitləşdirdin, ona görə yox ki, bir şəkildə onlardan qurtuldun, ona görə yox ki, onlara qarşı nəsə etməyə cəhd etdin. Xeyr, heç bir şey etmədin, onlara toxunmadın belə. Fərqindəliyin gözəlliyi budur: Əsla bir şeyi sakitləşdirməz, amma fərqindəliyin işığında sanki əriyən və dəyişən şeylər vardır. Və daha sağlam, daha bütün, daha dərin, daha qüvvətli hala gələn şeylər vardır: sevgi, mərhəmət, yaxşılıq, dostluq, anlayış. Oşo
- Soyuq yoxdur! Bu sözü istilik olmayanda keçirdiyimiz hissi təsvir etmək üçün yaratdıq. Qaranlıq da yoxdur. Qaranlıq əslində işığın olmamasıdır. Qaranlıq, insanın işıq olmayanda nə baş verdiyini təsvir etmək üçün istifadə etdiyi bir anlayışdır. Pislik yoxdur! Pislik, sadəcə Allahın olmamasıdır. Pislik, insan qəlbində ilahi sevginin olmamasının nəticəsidir. Bu bir növ istilik olmayanda düşən soyuğa, işıq olmayanda isə düşən qaranlığa bənzəyir. Albert Eynşteyn
V[redaktə]
- Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən mənəvi qüvvədir. Lev Tolstoy
Y[redaktə]
- Yalnız yetkin olanda anlayışlardan istifadə etməyi öyrənirik, obrazları şairlərin öhdəsinə buraxırıq. Stiven Edvin Kinq
İstinadlar[redaktə]
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 111