Cəmil Məric
Jump to navigation
Jump to search
Cəmil Məric - (12 dekabr 1916, Reyhanlı - 13 iyun 1987, İstanbul) — türk yazıçısı, tərcüməçisi və mütəfəkkiri.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağıllı və yetkin insanlar, ancaq əbədi olan dəyərlərdən və mənəviyyatdan həzz duyarlar. Axmaqlar şəhvət və digər hakimlərinin əsiridirlər.
B[redaktə]
- Bir ölkədə şair nə qədər çoxdursa, həmin ölkə düşüncə baxımından o qədər geridir. İnsanlar və millətlər yaşlandıqca şerin yerinə nəsr keçər.[1]
D[redaktə]
- Dilə uzanan əl namusa uzanmış kimidir.
- Düşüncə təzadları ilə bütündür.[1]
- Düşüncəni parlaq və cazibədar formaya salmaq onu kiçildir.[1]
F[redaktə]
- Fikri söyləyərkən adamların xoşuna gəlib-gəlməyəcəyini düşünməyin.[1]
G[redaktə]
- Günümüzün insanı köklərindən qopmuş bir ağacdır. Həm özünə yad olubdu, həm təbiətə.
İ[redaktə]
- İnsanlar daim pis oyuncaqların dalınca qaçan uşaqlar kimidir.[1]
K[redaktə]
- Kitab bir limandı mənim üçün. Kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim.
T[redaktə]
- Tanrı insanlığın ən böyük kəşfidir.[1]
Y[redaktə]
- Yaşayanları yönəldən çox vaxt ölülərdir. Deməli, öldürülməsi lazım olan ölülər də var.[1]
Mənbə[redaktə]
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
- Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı: Çaşıoğlu, 2012, 560 səh.
İstinadlar[redaktə]
- ↑ 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 Xəlilov, Səlahəddin (2012). Aforizmlər: seçilmişlərdən seçilmişlər.. Bakı: Çaşıoğlu. p. 560. https://www.felsefedunyasi.org/files/254_2rx4ze1lzc.pdf.