Növ
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq. Məmməd Əmin Rəsulzadə
B[redaktə]
- Bir növ qovuşmaqdır xatırlamaq; unutmaq - azadlıqdır. Cübran Xəlil Cübran
- Bir şeyin tam tərsini etmək də bir növ təqliddir. Qeorq Kristof Lixtenberq
- Biznes aləmində iki növ mənfəət anlayışı mövcuddur: nağd və təcrübə, ilk növbədə təcrübə toplayın, nağd isə sonra özü gələcək. Harold Qenin
- Bu dünyada yalnız iki növ fəlakət vardır, biri məqsədinə çata bilməmək, digəri isə çatmaq. Oskar Uayld
E[redaktə]
- Elm sahibi olmadığını bilməyin özü də bir növ elm sahibi olmaq deməkdir. Konfutsi
G[redaktə]
- Gözəl hərəkətləri tərifləmək, bunlarda bir növ pay sahibi olmaq kimidir. Fransua de Laroşfuko
H[redaktə]
- Hər bir insan bir şey etmək istəyəndə üç növ düşmənlə qarşılaşır: bunu onun əvəzinə etmək istəyənlər; birbaşa bunu əksini istəyənlər və heç bir şey etmək istəməyənlər. Çoxluğu təşkil edən üçüncülər elə ən parlaq etirazçılar sayılır. Bernar Verber
İ[redaktə]
- İmkansızı etmək, bir növ, əyləncədir. Uolt Disney
- İnsan ağlı üç növ olur: birinci kəslər hər şeyi özləri dərk edir; ikincilər birincilərin dərk etdiklərini anlayır; üçüncülər isə nə özləri bir şeyi dərk edir, nə də başqalarının dərk etdiklərini anlayır. Nikkolo Makiavelli
Q[redaktə]
- Qəhrəmanlıq - həyat tərzi deyil, bir ölüm növüdür. Qabriel Laub
M[redaktə]
- Mən növ rejissoruyam. Sindrellanı film etsəm, insanlar at arabasında cəsəd axtararlar. Alfred Hiçkok
S[redaktə]
- Sükut da bir növ danışmaq sənətidir. Uilyam Hezlitt
Ü[redaktə]
- Üç növ insan qəzəbdən uzaq olmalıdır: dövlət məmurları, müştərilər və dul qadınlar. Çin atalar sözləri
- Üç növ yalan vardır, bəsit yalan, quyruqlu yalan və statistik yalan. Bencamin Dizraeli
- Üç növ yalançı var: xam yalançı, and içən yalançı və heç vaxt yalan söyləmədiyini iddia edən yalançı. Nikola Şamfor
Y[redaktə]
- Yüz növ şeyi yarım bilməkdənsə, bir şeyi tam bilib tətbiq etmək insanı daha yaxşı yetişdirir. Yohann Volfqanq Göte