Məzmuna keç

Qabriel Laub

Qabriel Laub və Hamburq Müəlliflər Assosiasiyasının üzvü Fiedler-Vinter

Qabriel Laub (1928-1998) - yəhudi əsilli çex-alman jurnalisti, yazıçı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aforizmdə həqiqətin yarısı var - qeyri-adi yüksək faiz.
  • Arxeoloqlar torpaqdan siyasətçilərin basdırdıqları tarixi qazıb çıxarırlar.
  • Arvad: birlikdə yata bildiyimiz qadındır.
  • Bir məşuqənin ən böyük üstünlüyü ondan ibarətdir ki, onunla istənilən mövzuda danışa bilərsiniz. Xanımınızla məşuqənizin çatışmazlıqlarını danışmağa cəhd edə bilərsinizzmi?
  • Döyülmüş surət, stereotip hərəkətlər, darıxdırıcı personajlar - bir sözlə, bu filmdə həyatı olduğu kimi görürsən.
  • Ədəbiyyatın gələcəyi aforizmdədir. Onu ekranlaşdırmaq olmaz.
  • Heç bir şeyiniz yoxdursa, heç olmasa vicdanınız olsun.
  • Həbsxanaların əleyhdarları rəqiblərini hara qoyurlar?
  • Həqiqət həmişə gözəl olmadığı kimi gözəllik də həmişə doğru deyil.
  • Hər kişiyə yaşamaq üçün üç qadın lazımdır: ana, həyat yoldaşı və ən azı onu kişi kimi görən bir qadın.
  • Kişi ya bütün qadınlarla maraqlanır, ya da heç biri ilə. Qalan hər şey ikiüzlülükdür.
  • Kompüterin beyin üzərində üstünlüyü odur ki, ən azı ondan istifadə olunur.
  • Köləliyin ən inadkar tərəfdarları qul sahibləri deyil, imtiyazlı qullar idi.
  • Qadın iki halda daha təhlükəli olur: kişi onu qane etməyəndə və onu qane etdikdə.
  • Qəhrəmanlıq - həyat tərzi deyil, bir ölüm növüdür.
  • Qul azad olmaq istəmir. O, qul nəzarətçisi olmaq istəyir.
  • Ləyaqətli adam bir halda rüşvət alır - fürsət düşəndə.
  • Sevgi eqoizmin ən yüksək dərəcəsidir. Biz təkcə tərəfdaşımızı deyil, həm də onun bizi sevmə qabiliyyətini sevirik.
  • Sivilizasiya: Eskimoslar isti mənzillər alırlar və soyuducu almaq üçün işləmək məcburiyyətindədirlər.
  • Tənbəllik tərəqqinin gizli atasıdır.
  • Təvazökar insan ancaq özünə kifayət qədər inamı olandır.
  • Utopiklər xoşbəxt insanlardır, çünki onlar heç vaxt xəyallarının gerçəkləşdiyini görməyəcəklər.
  • Yetkin insan axmaqlara qarşı heç nə edə bilməyəcəyini artıq bilən adamdır.

İstinadlar

[redaktə]